Qadın = böyük zərərli fitnə?
6 iyul 2011
10:38
Hindistan yaxşı və pis qəribəlikləri ilə həmişə dünyanı təəccübləndirib.Təzəlikcə bir xəbər yayılıb: qız uşaqlarının əməliyyat ilə cinsiyyətini dəyişirlər.
Hindistanda qız uşaqlarının abortu da geniş yayılıb. Dünyaya gələcək körpənin qız olacağını öyrənən valideynlər bu yükü daşımaqdan canlarını qurtarmaq üçün abortu seçirlər.
Qəribə dilemma var ortalıqda. Onsuz cinsiyyət dəyişmə əməliyyatı ən azı 3000 dollara başa gəlir. Hələ üstəlik bu uşaqlar həyatları boyu kişilik hormonları qəbul etməlidirlər. Yəqin, bu üsulla valideynlər gələcəkdəki cehiz xərclərindən qurtulmaq istəyirlər. Amma cinsi dəyişdirməyə indidən cehizə çəkiləcək xərcdən çox xərcləyirlər.
Bir dostumun qohumunun evdə iki-üç qızı var. Daha qız uşağı istəməyən ata hər dəfə arvadı hamilə qalanda USM-ə saldırıb dölün cinsiyyətini öyrənir. Hər dəfə qız olacağını öyrənən ata, o dəqiqəcə abort əmri verirmiş. Növbəti dəfə USM onu oğlanla müjdələsə də, məlum oldu ki, döl sağlam deyil və onun dünyaya gəlməsi ehtimalı çox azdır.
Qız uşaqlarına qarşı diskriminasiyanın kökü qədimə dayanır. Bu vəhşilik patriarxal düşüncədən irəli gəlir.
Əgər bir cəmiyyətdə qız uşağına münasibət “qız yükü duz yükü” kimi dəyərləndirilirsə, o cəmiyyətdə qadın hər zaman arzuolunmaz məxluq olacaqdır. Qadının ərə verilmək kimi, cehiz almaq kimi, papağı yerə soxmaq kimi adı olacaqdır.
Qadın həmişə kişinin “duz yükü” hesab olunub, buna görə də o yükdən tez qurtulmaq kimi ehtiyac olub. Kimi bu yükü rəhmdə boşaldır, kimi qızın ərlik yaşı çatanda.
Bir evdəki qız uşaqlarının sayı o evə alınacaq cehizlərin qiymətinə bərabərdir və bu say nə qədər çox olsa, bir o qədər ağır yük hesab olunur. Tarixən belə olub.
Qız uşağını bələkdəcə boğmaq, diri-diri basdırmaq adətləri dindən əvvəl partiarxal cəmiyyətlərdə vardısa, dindən sonra bu münasibət sadəcə formal olaraq dəyişdi. İslamda qadının fitnəkar, şeytanın dostu kimi bir obrazı mövcud olub. Bir neçə hədisə nəzər salaq:
Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz.
Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz.
Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım.
Xristianlıq isə onun ehkamlarına tabe olmayan qadınları ifritə adı ilə damğalayaraq tonqala atırdı.
Corc Oruelin “Heyvanstan” əsərində yaxşı bir ifadə var: “Bütün heyvanlar bərabərdirlər, bəziləri daha çox bərabərdirlər”.
Bu misalı kişi və qadın münasibətlərinə də aid etmək olar.

5067 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024