Xalq artistinin xatirə gecəsi keçirildi

Xalq artistinin xatirə gecəsi keçirildi
21 fevral 2022
# 14:00

Akademik Milli Dram Teatrında İsmayıl Dağıstanlının xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, fevralın 20-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlının 115 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov İsmayıl Dağıstanlının Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Hacı İsmayılov bildirib ki, İsmayıl Dağıstanlı haqqında danışanda Azərbaycan teatrının intibah dövrü yada düşür. Sənətkar Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb, teatrsevərlərin yaddaşında unudulmaz izlər qoyub: “İsmayıl Dağıstanlı hərtərəfli, maraqlı adam idi. O, təkcə aktyor deyildi, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur, özündən sonra tələbələr yetişdirirdi. Bizim aktyor kimi yetişməyimizdə İsmayıl müəllim kimi aktyorların böyük rolu olub. Onun kimi sənətkarların sayəsində biz sənəti və teatrı sevmişik”.

Xalq artisti Rafiq Əzimov tədbir iştirakçıları ilə İsmayıl Dağıstanlı haqqında xatirələrini bölüşüb, onu unudulmaz sənətkar və insan kimi dəyərləndirib: “Bu böyük sənətkarla mən çox tamaşalarda tərəf müqabili olmuşam. İsmayıl Dağıstanlının çox gözəl yaradıcılıq fəaliyyəti vardı. Onun səhnəyə qədəm qoyması çox böyük çətinliklər bahasına başa gəlmişdi. Çünki o dövrdə səhnəyə çıxmaq böyük hünər istəyirdi. İsmayıl müəllim teatrın həyatında çox fəal idi, xeyirxah işlərlə məşğul olurdu. Həmişə insanlara əl tutub, yardım edib. Ona görə də bu gün İsmayıl Dağıstanlı kimi sənətkarlar bizim qəlbimizdə yaşayır”.

Daha sonra İsmayıl Dağıstanlının xatirəsinə həsr olunmuş “Mənim günahım” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

İkihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artist Əlvida Cəfərov, Elşən Rüstəmov, Elnar Qarayev, aktyorlar Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Rada Nəsibova canlandırıb.

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

İrəvan teatrının bayram repertuarı

İrəvan teatrının bayram repertuarı

14:00 16 mart 2026
İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
“Birinci akt”  tamaşasının premyerası oldu

“Birinci akt” tamaşasının premyerası oldu

14:40 13 mart 2026
“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər