Sumqayıt Teatrında premyera: "İrəvanda nəyim qaldı..."

Sumqayıt Teatrında premyera:  "İrəvanda nəyim qaldı..."
6 may 2025
# 14:39

Mayın 8-i saat 17:00-da yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında hazırlanmış "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası baş tutacaq.

Kulis.az xəbərverir ki, tamaşa yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Ulu öndər sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizə aparırdı. Əlbəttə, daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi.

Tamaşa boyunca bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.

Qeyd edək ki, "İrəvanda nəyim qaldı..." tamaşası Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə ithaf olunur.

# 3372 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər