“Nəsildən nəslə teatr” davam edir

“Nəsildən nəslə teatr”  davam edir
24 sentyabr 2024
# 14:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən nəslə teatr” layihəsi davam edir.

Kulis.az xəbər verir ki, “Nəsildən nəslə teatr” layihəsi çərçivəsində keçiriləcək tematik seminarın “Akyorluq: təbiət və paradoks” adlı növbəti paneli 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq. Panelin qonağı Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı gənclərlə aktyor sənətinin sirrləri, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və. s mövzularda fikir mübadiləsi aparacaq.

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhvə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.
Giriş sərbəsdir!

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu

"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu

13:10 7 aprel 2026
Gənc Tamaşaçılar Teatrının aprel repertuarı

Gənc Tamaşaçılar Teatrının aprel repertuarı

14:00 6 aprel 2026
“Mesenat”  tamaşasının premyerası olacaq

“Mesenat” tamaşasının premyerası olacaq

11:30 6 aprel 2026
Oqtay Rəcəbovun 85 illiyi qeyd olundu

Oqtay Rəcəbovun 85 illiyi qeyd olundu

11:01 6 aprel 2026
“Məni dinləyin!”  adlı monotamaşa nümayiş olundu

“Məni dinləyin!” adlı monotamaşa nümayiş olundu

16:00 2 aprel 2026
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq

Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq

15:38 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər