Kuklaçılar festivala gedir

Kuklaçılar festivala  gedir
4 sentyabr 2025
# 16:26

Azərbaycan Dövlət Kukla Teatrı dost Qazaxıstan Respublikasında keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək “NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində olacaq.

Tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdirəcəklər.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.

Tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət hasilinə vurğu ön plana çıxır.
Yalquzaqın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.

Məlumat üçün deyək ki, festival kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği, teatr aləmində yeni adların kəşfi, yaradıcı təcrübə mübadiləsi, eləcə də kukla sənəti rejissor və aktyorlarının peşəkarlıq səviyyəsinin artırılması, birgə yaradıcı layihələrin həyata keçirilməsi və Qazaxıstan kukla teatrı sənətinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Tanınmış teatr mütəxəssislərindən ibarət münsiflər heyəti qarşısında oynanılacaq iştirakçı tamaşalar - Manqistau vilayətinin hakiminin xüsusi mükafatı, eləcə də Qran-pri ilə dəyərləndiriləcəklər.

Həmçinin, iştirakçılar “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor ansamblı”, “Ən yaxşı aktyor”, “ Ən yaxşı aktrisa” və “Ən yaxşı kuklacı” nominasiyalarında qalib elan ediləcəklər.

# 1984 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər