“Köhnə çamadanlar” tələbələr üçün nümayiş olundu

“Köhnə çamadanlar”  tələbələr üçün nümayiş olundu
28 fevral 2025
# 10:53

“Xəzər” Universitetində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Köhnə çamadanlar” filmi nümayiş olundu.

Kulis.az xəbər verir ki, müəllim və tələbələrin izlədiyi nümayişdən öncə universitet nümayəndələri və filmin yaradıcı heyət üzvləri çıxış edərək Xocalı qurbanlarını, onların timsalında Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad etdilər.

Bildirildi ki, zorla cəlb olunduğumuz və minlərlə dinc soydaşın əziyyət çəkdiyi müharibə və onun izləri uzun illər yaddaşlardan silinməyəcək. Sözsüz ki, bu gerçəkliyin ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə yaradıcılığın bütün sahələrində geniş şəkildə əks olunması və gələcək nəsillər ötürülməsi vacib amildir.

Real hekayələr əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi, savaşdan əziyyət çəkən insanların, xüsusən qadın və uşaqların ümumiləşmiş obrazını yaratdığını dedilər.

Ekran işi maraqla izlənildi və nümayişin ardınca tamaşaçıları maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.
Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

# 2972 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər