Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur
29 oktyabr 2024
# 12:00

Qazaxıstanın paytaxtı Astanada III “Teatral” Beynəlxalq Teatr Festivalı təşkil olunub.

Kulis.az xəbər verir ki, Qazaxıstanın yazıçı-dramaturqu, Dövlət mükafatı laureatı Roza Mukanovanın 60 illik yubileyinə həsr olunan festivala bir sıra ölkələrdən teatr və sənət mütəxəssisləri qatılıblar.

Festivalda Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qazax Dövlət Dram Teatrı təmsil edir. Yaradıcı heyət yubilyar müəllifin “Bir çətir altında – mən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərəcək.

İnsan münasibətlərinin ön plana çıxarıldığı psixoloji dramın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarovadır.

Festival noyabrın 3-dək davam edəcək.

# 2451 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər