Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər...– Düşmən olan aktyorlarımız

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər...– Düşmən olan aktyorlarımız
5 sentyabr 2019
# 15:41

Dünyanın bütün sənət cameələrində şəxsi münaqişələr, davalar və küsüşmələr olur. Bizim istəyimizdən asılı olmayaraq bu, bir gerçəklikdir. İnkişaf etmiş ölkələrdə bu cür münaqişələri mətbuatdan və oxucudan gizləmirlər. Çünki gerçəklikdən qorxmağa dəyməz. Əksinə sənət dünyası bu çtışan-çatışmayan cəhətlərinə görə də maraqlıdır. Azərbaycanın sənət cameəsində, o cümlədən teatr aləmində də çoxlu münaqişələr olub. Onların bir qismi ilə sizi tanış edirik.

Mehdi Məmmədov – Adil İsgəndərov

Hər ikisi böyük rejissor olduğuna görə aralarındakı qısqanclıq bir az ifrata varmışdı. Uzun sürən münaqişənin nəticəsində Adil İskəndərov teatrdan uzaqlaşıb kino sahəsinə getdi.

Adil İsgəndərov – Yusif Vəliyev

Bir-birini dindirməyiblər. Lakin Adil İsgəndərov “Axırıncı aşırım” filmində özünün oynadığı Kərbəlayi İsmayıl rolunun səsləndirilməsin üçün Yusif Vəliyevin çağırılmasını tapşırıb. Eyni zamanda, “Nəsimi” filminin çəkilişləri öncəsi Teymurləng rolu üçün özü foto-sınaqda iştirak etsə də, bu rola Yusif Vəliyevi seçmişdi. Hər iki hadisə baş verəndə Adil İsgəndərov C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru idi.

Nəcibə Məlikova - Hökümə Qurbanova

Şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin Hökümə Qurbanova Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olur.

Leyla Bədirbəyli – Əliağa Ağayev

Onlar arasındakı söz-söhbət teatrın rəsmi iclasına da yansıyır. Deyilənə görə, onlar burda bir-birilərini təhqir də etmişdilər. Çoxu isə bu hadisəni lətifə kimi danışır.

Cənnət Səlimova – Amaliya Pənahova

Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı və Cənnət Səlimovanın rəhbərlik etdiyi Kamera Teatrı eyni binada – Şəhriyar klubunda yerləşirdi. Hər iki sənətkar öz teatrına yer almağa çalışdığı üçün mənafelər toqquşurdu. Münaqişə də burdan başlamışdı.

Fuad Poladov – Bəsti Cəfərova

Fuad Poladov Bəsti Cəfərovaya görə Mehriban Ələkbərzadənin “Afət” tamaşasında baş rolu oynamaqdan imtina edir. O, tərəf-müqabil kimi onunla oynamaq istəmir. Bu hərəkətinə görə, Bəsti Cəfərova onu heç vaxt bağışlamır və yasına getmir.

Bəsti Cəfərova – Hicran Nəsirova

Şəxsi zəmində dərin münaqişə yaşayıblar. Lakin bu münaqişənin içərisində iki gözəl aktrisanın bir-birinə sənət qısqanclığı da vardı.

Səyavuş Aslan - Vaqif Mustafayev

“Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev kadrın təbii alınması üçün Muxtar Maniyevin gizlincə Səyavuş Aslanı vurmasını istəyir. M.Maniyev onu vuru və kadr çəkilir. Lakin bundan sonra Səyavuş Aslan Vaqifdən inciyir və ömür boyu onu danışdırmayıb. Beləliklə, Vaqif Mustafayevin filmlərində çəkilmək imkanını itirir.

Səyavuş Aslan – Hacıbaba Bağırov

Biri-biri yaxın dost olan hər iki komik aktyorun Musiqili Komediya Teatrında münaqişəsi başlayır və bunun nəticəsi olaraq Səyavuş Aslan teatrdan uzaqlaşır, öz profilinə uyğun olmayan Akademik Dövlət Dram Teatrına gedir. Hacıbaba Bağırov isə Musiqili Komediya teatrının direktoru olur.

Leyla Şıxlinskaya - Amaliya Pənahova

“Gün keçdi” filmində Leyla Şıxlinskayanın oynadığı Əsmər rolunu Amaliya Pənahova səsləndirib. Leyla xanım onun ifasını bəyənməyib və “Ordakı ehtiraslı səslər obrazımı korlayıb” deyərək etirazını bildirib. Hər iki aktrisanın konflikti də elə burdan başlayıb.

Amaliya Pənahova – Məlahət Abbasova

Aktrisa Məlahət Abbasova Amaliya Pənahovanın plastik əməliyyatını bəyənmədiyini bildirmiş və Amaliya xanım da cavab atəşi ilə həmkarını susdurmuşdu: “Onun özünün də plastik əməliyyata ehtiyacı var”.

Fuad Poladov – Məlik Dadaşov

Bu konfliktinin səbəbi dəqiq məlum deyil. Görünür, elə də açıb-ağardılası məsələ deyilmiş. Deyilənə görə, “Güllələnmə təxirə salınır” filmində bir yerdə oynayan hər iki aktyor aralarındakı küsülülüyü büruzə verməyiblər.

Ramiz Məlik – Məleykə Əsədova

Ramiz Məlik mətbuatda Xalq artisti Məleykə Əsədovanın şərəf və ləyaqətinə toxunan sözlər demiş, iş məhkəməyə qədər gedib çıxmışdı.

Ramiz Məlik – Ramiz Novruz

Həmişə münaqişələrlə zəngin olan “Azdrama”nın bu iki adaş aktyoru arasında baş verənləri teatr tariximizin ən yaddaqalan münaqişələrindən hesab etmək olar. Bu münaqişə “Azdrama”nın aktyorlarını iki cəbhəyə bölmüşdü. Əvvəlcə əlbəyaxa davaya, ordan isə məhkəməyə qədər uzanan münaqişə rəhbərliyin ciddi müdaxiləsi nəticəsində öz yoluna düşdü.

Hikmət Rəhimov – Azər Paşa Nemət

Kulis.aza verdiyi müsahibədəki tənqidi fikirlərə görə “Azdrama”dan kənarlaşdırıldı və beləliklə teatrın rəhbəri ilə münaqişəsi başladı.

Fuad Poladov – Azər Paşa Nemət

Teatr cameəsinin hələlik son və bəlkə ən ağrılı söz-söhbəti oldu. Fuad Poladov heç bir səbəb açıqlamadan teatrı tərk etdi və öz gənclik dostundan küsülü öldü. Hətta onların müalicə üçün köməyindən də imtina etdi.

# 7930 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #