Seksual pozğunluqlar: şikəstlərdən həzz alanlar

Seksual pozğunluqlar: şikəstlərdən həzz alanlar
3 iyul 2013
# 10:10

Seks deyəndə ağlımıza qadın və kişi arasındakı normal münasibətləri gəlsə də elə insanlar var ki, onlar üçün seks daha geniş mənalar ifadə edir. Bu insanlar elə vasitələrlə seksual həzz duyurlar ki, çoxumuz üçün bu anormal hal kimi qəbul olunur. Belə seksual istəklərə adətən seksual pozğunluq deyilir. Kulis.Az onlardan bəzilərini təqdim edir.

Parsializm

Parsializm – insan bədəninin seksual olmayan üzvlərinə qarşı hədsiz seksual maraqdır. Pəncələrə olan maraq podofiliya, qoltuqaltına olan maraq maskalaniya, buruna olan seksual maraq isə nazofiliya adlanır.

Klizmofiliya

Bəzi insanlar imalə olunmaqdan həzz alırlar. Düz bağırsağın maye ilə dolması ilə yaranan təzyiq onları ehtiraslandırır. Amma bu olduqca təhlükəlidir.

Belə ki, 2005-ci ildə bir nəfər kişi imalə vasitəsilə anusuna epoksid yeridibmiş. Bir müddətdən sonra bərkiyən mayeni yalnız cərrahi müdaxilə vasitəsilə kənarlaşdırmaq mümkün olub.

Mazoxizm

Mazoxizm-ağrıdan, təhqirdən, seksual akt zamanı özünü qul kimi aparmaqdan alınan seksual ləzzətdir. Mazoxizm termini Avstriya yazarı Zaher-Mazoxun əsərlərində yer alan işgəncəverici səhnələr əsasında yaranıb

“Sex Research” jurnalının sorğusuna əsasən mazoxizm həvəskarlarının yalnız 6 %-i özlərini seksual pozğun hesab edir və müalicə olunmaq istəyirlər.

Urofiliya

Urofiliya- sidikdən seksual həzzalmadır. Urofiliyanın mazoxizmlə oxşar xüsusiyyətləri də var. “Qızıl yağış” həvəskarları kiminsə onların, ya da onların bir başqasının üstünə sidiyə çıxmasını sevir, bundan ehtiraslanırlar.

Telefon skataloqiyası

Belələri naməlum nömrələrə zəng edərək özləri haqqında seksual əhvalatlar danışırlar. Bəzən bu əhvalatlar heç həqiqi də olmur. Bu adamlar adətən qarşı tərəfi intim söhbətə dəvət edirlər.

Plüşofiliya

Püşofobiya - heyvan uyuqlarına, müqəvvalarına seksual maraqdır. Bu maraq heyvanların bir növünə və ya bütün heyvanlara qarşı ola bilər. Araşdırmaların nəticələrinə görə plüşofoblar ən çox kişilərin arasından çıxır.

Dakrayfiliya

Sən demə heç də bütün kişilər qadınların göz yaşlarından pis olmurlarmış. Kimlərsə bundan həzz alırlarmış. Deməli dakrayfillər müxtəlif vasitələrlə, ələlxüsus da mazoxist vasitələrlə partnyorlarını ağlama həddinə çatdırır və bundan seksual həzz alırlar.

Fetişizm

Bir çox kişi hündürdaban ayaqqabı geyinən qadınları seksual hesab edir. Bu əlbəttə normaldır. Yox əgər həmin kişi üçün həzz obyekti o qadın deyil, onun dikdaban ayaqqabılarıdırsa bu zaman böyük ehtimal ki, həmin adam fetişistdir. Adətən fetişizm obyekti ayaqqabı və alt paltarları olur.

Troylizm

Troylist başqalarının seksual oyunlarından ehtirasa gələnlərə deyirlər. Bura qrup seksi də aid etmək olar.

Akrotomofiliya

Akrotomofiliya əlillərə, şikəstlərə qarşı seksual maraqdır. Bu zaman seksual həzz obyekti həmin insanlar deyil, onların amputasiya olunmuş üzvləri olur. Hətta akrotomofillərin seksual həzz almaq naminə öz sağlam bədən üzvlərini amputasiya etdirmələri faktları belə mövcuddur.

# 18366 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #