Qafqaz nefti üçün İstanbula gələn, Lenini öldürtdürən əfsanəvi casus

Qafqaz nefti üçün İstanbula gələn, Lenini öldürtdürən əfsanəvi casus
10 iyul 2014
# 11:49

Karl Hahn, Pedro Qarsia, yoxsa Sidney Relli?

Dünyanın, demək olar ki, hər bir ölkəsində başqa bir ölkənin müxtəlif tapşırıqlarını yerinə yetirən casuslar var. Onların qeyri-adi casusluq həyatı haqqında məlumatlar isə illərdən sonra açılır. Dünyada bir çox məşhur casuslar olub. Onlardan, Xuan Puyolu, qadın casus Vircinia Haili, Mata Harini və başqalarını misal göstərə bilərik. Dünyanın ən təhlükəli, ən sirli casuslarından biri də Sidney Rellidir.

Əslində bu casusun bir neçə adı olub: Karl Hahn, Pedro Qarsia və sair. Ancaq o, daha çox Sidney Relli adı ilə tanınıb. Sidney Relli 1873-cü ildə Odessada doğulub. Relli 6 ölkənin casusu kimi həm bu, həm də digər tərəfin əleyhinə işləyib. O, dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney Relli peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotika, spirtli içki, qumar və qadın düşkünü olan Relli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi.

Relli həmçinin gözəl geyinməyi sevirdi. Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanıb. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir. Bu gizli orqan onu Braziliyaya Pedro Qarsia adı ilə gizli məlumatlar toplamağa göndərmiş və istəyinə nail ola bilmişdi. Rellinin həyatı çox maraqlı keçib. O, bir çox qadınla yaşamış, ancaq onların 4-ü ilə qanuni evlənmişdi. Ən maraqlı isə odur ki, evləndiyi qadınların hər biri onu başqa-başqa adlarla - Marqaret Tomas Kari Hahn, Nadine Massimo Pedro Qarsia, Nelli Burton isə Sidney Relli adları ilə tanımışdı.

İngiltərənin gizli xidmət orqanı tərəfindən ona Ser George Sidney Relli adı verilmişdi. Relli 1909-cu ildə həmin dövrün varlılarından sayılan Viliam Noks Arçinin Rotşild ilə başladığı neft müharibəsində iştirak edir. Arçini zərərsizləşdirmək üçün çalışdığı gizli xidmət orqanı onu Fransaya göndərir. Relli burada katolik rahib cildinə girərək Arçinin yanına gedir. Arçi bu savaşda uduzur və neft Rotşildin əlinə keçir. Sidney Relli Osmanlı kəşfiyyatı üçün də çox vacib işlər görüb, ancaq nədənsə bu barədə o qədər də danışılmır. Rellinin kod adı “SİT” idi. Almanlar onu Siqismund kimi tanıyırdılar, Avropa və Osmanlıda isə “Mister Constantine” adı ilə tanınırdı. Relli qeyri-adi keçən həyatına iki anarxistin başını kəsib, pullarını oğurlamaqla başlamışdı.

Qafqaz neftinin izi ilə

Bir gün Relli İngiltərəyə gəlir və dindar bir xristian ailəsi ilə münasibət qurur. Burada işlədiyi müddətdə bir qadınla tanış olur. Qadın isə evli olduğundan Relli ilə o qədər də maraqlanmır. Relli ondan əl çəkmir və könlünü ələ ala bilir. Relli bundan sonra qadının ərini yox etmək qərarına gəlir və onu zəhərləyir. Nəticədə qadının əri dünyasını dəyişir. Həmin qadın isə ərinin ölümünə o qədər də təəssüflənməmiş və bir müddət sonra ərinin öz əcəli ilə ölməsinə aid sənədləri imzalayan həkim Andre adlı bir şəxslə evlənmişdi. Maraqlıdır ki, mərhumun öz əcəli ilə ölməsinə dair sənədləri imzalayan bu həkim haqqında heç bir məlumat yoxdur. Bunun isə bir səbəbi var. Həmin həkim əslində Sidney Relli idi. O, yeni ailə qurduğu qadın sayəsində çox zəngin olmuşdu. Relli 1901-ci ildə Qafqaz nefti haqqında məlumat toplamaq üçün İstanbula gəlib. Tapşırığı yerinə yetirdikdən sonra Misirə getmiş, ordan da Çin və Yaponiyaya yollanmışdı.

Sevimli məşğuliyyət-cəsusluq

Relli Birinci Dünya müharibəsi vaxtında da sakit dayanmayıb. O, Almaniyada tanınmış Krupp fabrikində baş usta cildində casusluq etmişdi. Onun xeyli vaxt orada işləməsinə baxmayaraq, heç bir kəs ondan zərrə qədər şübhələnməmişdi. Relli Almaniyada olduğu müddətdə Osmanlı-Alman İttifaqı qurulmuşdu. Sonra ingilis gizli kəşfiyyat təşkilatı Mİ 5-in direktoru Viliam Melvule tərəfindan Sidney Relli xüsusi bir tapşırıqla İstanbula göndərilmişdi. Rellinin vəzifəsi Osmanlının alman “Blohm und Voss” firmasının gizli gəmi sifarişlərini öyrənmək və təxribat törətməkdən ibarət idi. Nəhayət, Relli 1914-cü ildə, müharibənin başladığı bir dövrdə öz vəzifəsini yerinə yetirdi və Londona qayıtdı. Casusluq Relli üçün təkcə sənət yox, həm də ən sevimli məşğuliyyətə çevrilmişdi. Relli lazım olduqda vəzifəsini yerinə yetirmək üçün qadınlardan da istifadə edirdi. Sənətinə bağlı olan bu casus o qədər professionallaşmışdı ki, vəzifəsi uğrunda gözünü qırpmadan adam öldürə bilirdi. Rellinin üç qadın agenti vardı. Bu qadınlar bir-birindən gözəl idi. Relli bu agentlərdən istifadə edərək, bir çox vəzifəli şəxslərdən istədiyi məlumatı əldə edə bilmişdi.

Relli Sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə Fanya Kaplan adlı yəhudi əsilli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il, 30 avqustda Leninə qarşı sui-qəsd həyata keçirdi, ancaq Lenin yaralansa da ölmədi. Leninin aldığı bu güllə yarasından tam sağalmadı və 6 ildən sonra öldü. Fanya Kaplanın Lenini öldürməyə Relli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər.

Oyunun sonu

1919-cu ildə bolşeviklər tərəfindən gizli TRUST adlı bir təşkilat yaradılır. Bu təşkilatın vəzifəsi bolşevikləri pisləmək idi. Dzerjinski təşkilatın rəhbəri kimi bu vəzifəsinin öhdəsindən yaxşı gəldi. Bu təşkilata inanan Fransa, Türkiyə və Almaniyaya qaçmış bir çox aristokratlar çarlıq rejiminin bərpa olunacağına ümid edərək Rusiyaya qayıtdılar. Böyük sevinclə vətənə dönən bu aristokratların hamısı güllələndi. Sidney Relli 1923-cü ildə TRUST təşkilatının qərbliləri aldatmaq üçün bilavasitə Dzerjinski tərəfindən qurulduğunu anladı. Həmin vaxt “Gadfly” (Mozalan) kod adından istifadə edən Relli Rusiyaya getdi. O, Rusiyada qiyam qaldırmaq üçün gizli təşkilat yaratdı və yenidən vətənə qayıtdı.

Amma Relli 1925-ci ildə xüsusi bir tapşırıqla finlandiyalı bir tacirə aid sənədlə yenidən Rusiyaya qayıtdı. Məşhur casusun budəfəki adı isə Sternberq idi. Rusiyada Rellini TRUST və ÇEKA təşkilatları adından çalışan, ancaq Mİ6-ya işlədiyi bilinən bir agent qarşıladı. Bu agent ona TRUST-un Moskvada da fəaliyyət göstərdiyini və onunla əlaqə yaratmağın vacib olduğunu dedi. Relli nəyə görəsə bu agentin dediklərinə inandı, ancaq son anda tələyə düşdüyünü anladı. Relli üç həmkarı ilə birlikdə Finlandiyaya qaçmağa cəhd göstərdi, ancaq Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs olundu.

Bundan sonra olanlar haqqında isə heç bir məlumat yoxdur. Ancaq İngiltərənin israrı nəticəsində Sovet hökuməti 1927-ci ildə açıqlama verdi ki, Relli 1925-ci ilin sentyabr ayında rəsmən həbs olunub. Sovet hökuməti bununla bağlı heç bir bəyanat vermədi. İngilis kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Relli 1925-ci il, dekabrın 5-də Dzerjinskinin cəlladları tərəfindən güllələndi. Həmin vaxtda Rellinin Pepita adlı həyat yoldaşı isə mətbuat konfransı keçirərək ərinin ölmədiyini və Amerikaya qaçdığını söylədi, ancaq bu məlumat öz təsdiqini tapmadı. Bəzi məlumatlara görə isə, Relli sorğu zamanı siyasi söhbətlər edib, öz casusluq həyatından isə heç nə danışmayıb. Onun dediyi bir cümlə isə böyük çaxnaşma yaratdı. Relli: “Mən 1915-ci ildə alman kəşfiyyatında işləyirdim və orada rus vətəndaşı olan bir alman casusu ilə tanış oldum. Onun adı Vladimir İliç Ulyanov Lenin idi”.

Rellinin öldürülməsindən səkkiz ay sonra ingilis casusun Lenin haqqında dedikləri Dzerjinski ilə Stalin arasında şiddətli mübahisəyə səbəb olur. Mübahisə zamanı Dzerjinski infarkt keçirərək ölür. 20 iyul 1926-cı ildə isə Sovet hökuməti Dzerjinskinin infarkt nəticəsində öldüyünü rəsmən açıqladı.

# 2797 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #