Nizami Gəncəvinin erkən ölən xanımları-ABŞ-lı professorun məqaləsi

Nizami Gəncəvinin erkən ölən xanımları-ABŞ-lı professorun məqaləsi
6 noyabr 2013
# 12:17

Kulis.Az ABŞ-ın Minnesota Universitetinin tarix üzrə professor, İrəj Bəşirinin Nizami Gəncəvi haqda məqaləsini ixtisarla təqdim edir.

Camal al-Din İlyas Yusif Nizami Gəncəvi təxminən 1140-cı ildə indiki Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Həmçinin Nizaminin İranın Qum şəhərində anadan olması, sonradan Gəncəyə köçməsi ilə bağlı məlumatlar da vardır. O 1202-ci ildə və yaxud 1205-ci ildə vəfat etmişdir. Xidmətçiləri onu sonradan dağıdılmış xüsusi bir türbədə dəfn etmişdir. Ötən əsr ərzində Azərbaycan SSR-i tərəfindən şairin türbəsi təmir edilmişdir.

Nizaminin atası Yusif mülki inzibatçı və müsəlman dindar olmuşdur. Yetim olmasına baxmayaraq Nizami musiqi, hüquq, astronomiya, tibb, riyaziyyatdan mükəmməl təhsil almış və bütün bunları öz poeziyasına məharətlə daxil etmişdir.

Nizami çox az səyahət etmişdir. Əslində o özünü “Gəncənin dustağı” adlandırırdı. Bu səbəbdən onun poeziyasında coğrafi məqamlar şübhəli qarşılanır.

Nizami 3 dəfə evli olmuşdur. Onun ilk həyat yoldaşı Afaqdır. O Dərbənd hakimi Fəxrəddin Bəhram şah tərəfindən Nizami üçün göndərilən qıpçaq kökənli kənizdir. O, Nizaminin ilk və ən sevimli qadınıdır. Onların Məhəmməd adında oğulları vardı. Həmçinin Nizami “Fərhad və Şirin” də Şirin obrazı üçün Afaqdan ilham almışdır. ”Xosrov və Şirin” tamamlandıqdan sonra Afaq dünyasını dəyişir. O zaman Məhəmməd yeddi yaşında olur. Çox qəribədir ki, Nizaminin digər qadınları da çox erkən ölür və hər ölüm bir poemanın tamamlanmasına təsadüf etmişdir. Nizami belə demişdi: ”Allah(ım) niyə hər məsnəvi üçün mən bir xanım fəda etməliyəm?”

Nizami saray şairi olmadığından o vaxtın xanədanlarının tarixi hadisələrində adı hallanmamışdır. O, bədii ifadəsində və etiqadında müstəqil qalmağı üstün tutmuşdur. Nizami Firdovsinin qəhrəmanlığını, Xəyyamın fatalizmini, Sanainin humanistliyini, Ünsüri və Fərruxinin lirikasını, Qurqaninin erotizmini (şəhvətini) sintez etmişdir.

Nizami qadınları bəzi şairlər kimi sadəcə bəzək əşyası kimi istifadə etməmişdir, əksinə onun qadınları güclü, ağıllı, fəzilətli habelə zərif, ehtiraslı və sehrli gözəlliyə malikdirlər. Onlar kəskin elmi zəkaya sahibdirlər. Onun dili Firdovsinin dili kimidir, bəsit, zövqsüz, bayağı deyil. Nizaminin dili sevgi və səmimiyyət dilidir.

# 3948 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər