Xaqani Bizans şahzadəsinə nə yazmışdı? - TƏKLİF

Xaqani Bizans şahzadəsinə nə yazmışdı? - TƏKLİF
29 iyun 2015
# 11:13

2011-ci ildə Şabrandan keçəndə təsadüfən maraqlı bir abidə gördüm. Yazıçı dostum Aydın Tağıyevdən “Bu, kimin heykəlidir?” - deyə soruşanda, o: “Xaqaninindir. Bu yaxınlarda açılışı olacaq” - dedi. Və 2012-ci ilin iyulunda həmin abidənin və Xaqani Poeziya Evinin açılışı oldu.

Qəribə taledi, eləmi? Doqquz əsr əvvəl Şirvanşah Axistanın əmri ilə Şabran qalasındakı zindana atılmış və sonradan Bizans şahzadəsi Andron Konkenin köməyilə həbsdən azad edilmiş Əfzələddin Xaqani Şirvaniyə şabranlılar öz üzrlərini bu cür bildirdilər.

Əslində şairin həbsə atılmasında şabranlıların elə bir günahı yoxdu, sadəcə tale belə gətirmişdi.

Şair təsadüfən Şabrandan keçib şimala gedən Bizans şahzadəsi Konkeyə göndərdiyi məktubda bu cümlələri də yazmışdı:

Mən məna yaradan tutiyəm, əfsus,

Şabran qalasında olmuşam, məhbus.

Sonradan isə bu misralar onun məşhur “Həbsiyyə” qəsidəsinə daxil edilmişdi.

Şübhəsiz, Bizans şahzadəsinin oradan keçəcəyini şairə yerli əhali, bəlkə də qalabəyi özü demiş və onun məktubunun Konkeyə çatdırılmasında şabranlıların müstəsna xidmətləri olmuşdur.

Həbsdən qurtulan şair Siz mənə həyatı etdiniz əta, Şirvan anadırsa, Təbrizdir ata deyərək doğma yurdunu atıb, başqa bir doğma vətənə -Təbrizə tapınır.

Bu sətirləri mən ədəbi biliyimi nümayiş elətdirmək üçün yazmadım. Onsuz da bilgili adam bu məlumatları müasir informasiya vasitələrinin köməyilə asanlıqla əldə edə bilər.

Mənim demək istədiyim başqadır.

Şübhəsiz, Xaqani Şirvaniyə abidəni bütün Azərbaycan xalqı öz ürəyində ucaldıb, amma şabranlılar onu heykəlləşdirə biliblər. Bu, bir tarixdir. Amma ikinci tarix də var: Həmin abidənin və Xaqani Poeziya Evinin tikilməsi ideyası rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova məxsusdur. Ədəbi mühitdə Novruz Nəcəfoğlu imzası ilə tanınan qələm dostumuz, dəyərli ziyalı və idarəçi Novruz müəllim Şabranda Xaqani poeziya günlərinin hər il keçirilməsilə bağlı sərəncam imzalayıb.

Mən da daxil olmaqla, hər il iyunun 14-də Şabranda bu tədbir keçirilir. Düzdü, bu il mötəbər Avropa oyunları ilə bağlı bir az ləngidi, amma əvvəlki coşqu və maraqla keçirildi.

Yenə də sözümün canı bu deyil, yəni məqsədim kimisə tərifləmək deyil, halbuki bu işdə əməyi olanların buna haqqı çatır. Novruz müəllim özü demiş, rayonda bu cür tədbirlərin keçirilməsi icra başçısının işidir. Və dövlətimiz də, onun başçısı da sağ olsun ki, ədəbiyyata və mədəniyyətə qayğı və diqqət göstərir.

Demək istədiyim odur ki, ölkəmizdə Sabir, Səməd Vurğun, Mikayıl Müşviq poeziya günləri keçirildiyi kimi, Xaqani poeziya günləri də keçirilsin, yəni bu tədbir rayon çərçivəsində məhdudlaşmasın. Çünki təşəbbüs də var, bayram da hər il qeyd olunur. Belə olarsa, həbsdə yatmış Xaqaniyə təkcə şabranlılar yox, həm də bütün Azərbaycan xalqı borcunu tamam kamal ödəmiş olar...

Sonda: Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin bu təşəbbüsə dəstək verəcəyinə şübhəm yoxdur.

# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #