Psixologiya tarixinin ən məşhur 10 TƏCRÜBƏSİ

Psixologiya tarixinin ən məşhur 10 TƏCRÜBƏSİ
15 mart 2017
# 12:43

Psixologiya elmi başqa elmlərə baxanda çox gəncdir. İnsanın özünü və başqaları ilə münasibətini anlamaq üçün psixologiya elmi olduqca gərəklidir. Bu münasibətləri öyrənmək çoxlu təcrübələr aparılıb. Təcrübələrin bir çoxu müsbət nəticələr versə də, qorxunc nəticələrlə bitənləri də olub.

Kulis.az nəzarətdən çıxan və qorxunc nəticələrlə bitən 10 psixologiya təcrübəsini təqdim edir.

10. Stanford həbsxana təcrübəsi

10. Stanford Hapishane Deneyi

1971-ci ildə sosial psixologiya mütəxəssisi Filip Zimbardo insanların hansı sosial rollara uyğun gəldiklərini araşdırmaq üçün bir qrup universitet tələbəsini saxta bir həbsxanada iki həftə müddətinə sınağa dəvət edir. Təcrübədə iştirak edənlərin yarısına məhkum, yarısına da nəzarətçi rolu verilir. Nəticələr gözlənilməz olur. Sakit universitet tələbələri, amansız nəzarətçiyə, ya da qorxaqlığı getdikcə artan məhkuma çevrildilər. Zimbardonun qurduğu bu saxta həbsxanada yaşanan amansızlıqların, reallığa çevrilməsi nəticəsində təcrübə vaxtından əvvəl - altı gün sonra - yekunlaşdırıldı.

9. Bədheybət eksperiment

9. Canavar Çalışma – The Monster Study

1939-cu ildə keçirilən bu təcrübədə 22 yetim uşaq istifadə olunub. Bunlardan onu əvvəllər nitq qüsuru olan və pəltək uşaqlar imiş. Uşaqlar iki qrupa ayrılır. Bir qrupun terapisti uşaqlarda müşahidə etdiyi inkişafı və nitqlərinin düzəlməsinə görə onları mükafatlandırdı, digər terapist isə ən kiçik nöqsanlara görə uşaqlara cəza tətbiq elədi. Nəticələr göstərdi ki, neqativ münasibət görən uşaqlar ağır psixoloji zədələr aldılar. Ancaq bundan daha pisi terapiyadan əvvəl nitq qüsuru olmayan uşaqların da danışıqlarında qüsur yaranması idi. 2007-ci ildə bu yetim uşaqlardan altısı məruz qaldıqları sarsıntıya görə 920 min dollarlıq təzminat aldılar.

8. MK-ULTRA

8. MK-ULTRA

Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) 50-60-cı illərdə MK-ULTRA layihəsi çərçivəsində zehin və psixologiya nəzarəti ilə əlaqəli bir sıra qeyri-etik təcrübələr həyata keçirdi. Teodor Kaçinski, başqa adıyla Unabomber MKİ-nin bu təcrübələrinə məruz qaldığını və təcrübələrin onda zehni tarazlığın pozulmasına gətirib çıxara biləcəyini iddia elədi. Başqa bir hadisə zamanı Amerikan ordusunun bioloji silahlar üzrə mütəxəssisi Frank Olsona LSD (güclü narkotik vasitə-red.) tətbiq olunub. Bu, Olsonun şüurunda narahatlıq yaradıb. LSD-nin əks effektinə görə Olsun təcrübə barədə ictimaiyyətə məlumat vermək istəyirdi. Nəticədə Olson öldürüldü. Onun bir cinayətə qurban getməsi ilə bağlı dəlillər olsa da qaldığı otelin 13-cü mərtəbəsindən düşüb ölməsi intihar kimi qələmə verildi.

7. Fillər üzərində tətbiq edilən LSD

7. Filler üzerinde kullanılan LSD

1962-ci ildə Oklahomada yerləşən Linkoln zooparkının direktoru Uarren Tomas Tusko adlı filə bir insana verilə biləcək LSD dozasının 3000 dəfə artığını iynə ilə vurdu. 25 milliqram LSD bir insanın yarım gün boyu halsız qalmasına bəs edir. Təcrübənin məqsədi LSD-nin cinsi təcavüz və dəlilik təzahür edən “musth” adlı təsirini ölçmək idi. Həddindən artıq dozada LSD vurulan Tusko qısa müddət sonra yerə yıxıldı və titrəyərək öldü.

6. Milqram təcrübəsi

6. Milgram Deneyi

Stenli Milqram 1963-cü ildə insandakı zoralılıq meylini anlamaq üçün təcrübə keçirir. Məqsəd alman xalqının soyqırımında iştirak etməsində müəyyən səbəblərin olub-olmamasını müəyyən etmək idi. Təcrübədə iştirak edənlərə deyilir ki, digər otaqda bir nəfər var və suallarına səhv cavab aldıqları təqdirdə onlara elektrik şoku verə bilərlər. Şok verilən adam aktyor idi. Əslində şok da həqiqi deyildi, amma təcrübədə iştirak edənlər bunu bilmirdi. Bəs bu təcrübənin qorxunc tərəfi nə idi? Təcrübədə iştirak edənlərin əksəriyyəti təcrübəçinin təlimatına uyğun hərəkət edərək suala cavab verə bilməyən adama elektrik şoku tətbiq etdilər. Ən maraqlı tərəfi odur ki, təcrübədə iştirak edənlər şok alan adamın qışqırıqlarına məhəl qoymadan elektrikin dərəcəsini daha da artırdılar. Görəsən şərə meylilik hamımızın içində varmı?

5. Toni LaMadrid

5. Tony LaMadrid

Dərmanla müalicə olunan çoxlu şizofreniya xəstəsi 1983-cü ildə Kaliforniya Universitetində həyata keçirilən bir proqrama qatılır. Proqram müalicə zamanı dərmanlardan istifadəni dayandırmağı şərt qoymuşdu. Bu iş şizofreniyanın müalicəsində yeni nailiyyətlər əldə etmək məqsədi daşıyırdı. Amma dərman qəbulunu dayandırdıqları üçün xəstələrin 90 faizində ağırlaşma müşahidə olundu. Təcrübənin iştirakçılarından biri olan Toni LaMadrid təcrübənin başladıldığı tarixdən altı il sonra eyni binanın damından özünü ataraq öldü.

4. Çarəsizlik qəfəsi

4. Çaresizlik Kafesi

Psixoloq Herri Harlou 1970-ci illərdə meymunlar üzərində etik olmayan təcrübələr apardı. Təcrübələrdən birində “çarəsizlik quyusu” adını verdiyi, boş və xarici təsirlərdən kənarlaşdırılmış otaq hazırlanmışdı. Otağa süd verən dəmir aparat və yumşaq oyuncaq qoyulmuşdu. Meymunlar daha çox süd verən aparata yox, yumşaq “ana”ya meyl göstərirdilər. Təcrübə nəticəsində xarici aləmdən tamamən təcrid olunmuş meymunlar dəli oldu, hətta ikisi özünü aclığa məhkum edərək öldürmək istəyirdi. Harlou məsləkdaşlarının tənqidinə reaksiya vermədi və belə dedi: “Meymunları necə sevə bilərsiz?” Bu qorxunc təcrübələr heyvan haqları hərəkatlarının tənqidindən sonra dayandırılmışdır.

3. Üçüncü dalğa

3. Üçüncü Dalga

Psixoloq Milqram tərəfindən aparılan təcrübəyə bənzər “Üçüncü dalğa” adlı başqa bir təcrübə 1967-ci ildə həyata keçirildi. Təcrübə demokratik cəmiyyətlərdə faşizmin nə dərəcədə cəlb edici olub-olmamasını müəyyən etmək məqsədi daşıyıb. Bunun üçün təcrübə aparanlar bir lisey içində bəzi şagirdlərdən istifadə edərək onlara prestijli bir qrupa aid olduqlarını aşılayıb. Şagirdlərin təhsilə marağının artması bir tərəfə onlar eyni sinifdən olmayan şagirdlərə yad münasibətə göstərməyə, öz qruplarından olmayanları xor görməyə başladılar. Daha qorxuncu budur ki, şagirdlər bunu istəkli şəkildə həyata keçirir, sinifdən kənarda da edirdilər. Təcrübənin nəzarətdən çıxdığını görən təşkilatçılar dörd gün sonra dayandırdılar.

2. Homoseksuallıqdan soyutma terapiyası

2. Eşcinsellikten Soğutma Terapisi

1960-cı illərdə homoseksuallıq zehni xəstəlik hesab olunurdu. Eyni cinsdən, bir-birlərindən xoşları gələn insanların özlərini sağaltmalarının yolunu tapmaq üçün könüllülər axtarılırdı. Təcrübədə iştirak edənlərə homoseksual görüntülər göstərilir və bu zaman elektrik şoku verilir, iynə vurmaqla süni ürəkbulanması yaradırdılar. Məqsəd onları diksindirmək, homoseksuallıqla ağrını eyniləşdirmək idi. Aparılan təcrübələr homoseksuallığı müalicə etməkdən çox onlarda psixoloji zədələr yaratdı. Hətta bir dəfə təcrübə zamanı iştirakçılardan biri komaya düşdü.

1. David Reimer

1. David Reimer

1966-cı ildə 8 aylıq olan David Reimerin sünnət əməliyyatı son dərəcə uğursuz olmuş və o, penisini itirmişdi. Psixoloq Con Mani təklif etdi ki, David cinsini dəyişsin. Valideynləri də bu məsələdə həmfikir oldular, ancaq Mani və oğlanın ailəsi gizli şəkildə həyata keçirilən təcrübənin kiçik bir parçası olduqlarını bilmirdilər. Təcrübənin məqsədi cinsi kimliyin doğuşdan deyil, ətraf mühitin təsiri ilə formalaşdığını irəli sürən iddianı sübut etmək idi. Davidin adı dəyişdirilərək Brenda oldu, cərrahi müdaxilə ilə qadın cinsiyyət orqanı düzəldildi və hormon dəstəyi verildi. Amma Brenda uşaq vaxtı standart bir oğlan kimi davranırdı. Reimer ailəsi Brendanın 14 yaşı olanda onun yaşadığı çətinliklərə daha dözməyib həqiqəti söylədilər və qərara gəldilər ki, övladlarını yenidən David etsinlər. Amma təcrübə faciəvi şəkildə yekunlaşdı və David 38 yaşında intihar etdi.

# 3408 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #