Narkotik qəbul edib yazan, bıçaqlanıb öldürülən yazıçı

Narkotik qəbul edib yazan, bıçaqlanıb öldürülən yazıçı
15 mart 2014
# 08:45

90 il əvvəll 1922-ci il 12 mart tarixində Massaçusets ştatında Cek Keruak dünyaya gəlib. O, çoxillik səyahətlərinin əsasında cəmi üç həftəyə yazdığı “Yolda” romanından sonra məşhur olmuşdu. Kitab bestsellərə, yazıçı isə bit nəslinin səsinə çevrildi.

Kulis.Az yazıçının həyatından maraqlı məlumatları təqdim edir.

1957-ci ildə ABŞ-ın kitab mağazalarında 35 yaşlı yazıçı Cek Keruakın “Yolda” romanı peyda oldu. Roman qısa müddətdə kult əsərə çevrildi. Bütöv bir nəsil romanı özünün manifestinə çevirdi. Keruak məşhur insan oldu, onun sadə və səmimi nəsri ədəbi hadisəyə çevrildi. Ölkədə həyatın mənasını yeni yerlərdə və macəralarda görən bit nəsli, non-konformist mədəniyyət yarandı. “Yolda”dan daha əhəmiyyətli əsər yazmayan Keruak təqribən on il sonra alkoqolizmdən dünyasını dəyişdi.

Gəncliyində heç deməzdin ki, Keruakı bu cür gələcək gözləyəcək. O, pis oğlan deyildi, yerli futbol komandasının ulduzu idi. Başqaları kimi küçədə gəzib-əylənirdi. Dəniz donanmasındakı xidməti rəhbərliyin onu hərbidən çıxartması ilə nəticələndi. Ətrafa aləmə qarşı laqeyd olan Keruakdan gəmiyə bir faydası yoxmuş. İdmandakı uğurları sayəsində Kolumbiya Universitetində oxumaq üçün təqaüd əldə edən Cek Nyu-Yorka oxumağa yollanır.

Orada olduqca təhlükəli bir kompaniyaya düşür. Misal üçün, onun tanışlarının arasında Uilyam Berrouz da vardı. 1951-ci ildə gəzinti zamanı sərxoş Berrouz arvadını güllə ilə vurur, səkkiz il sonra isə “Çılpaq səhər yeməyi”ni yazır. O illərdə isə-40-cı illərin əvvəllərində-Keruak və Berrouz onların ortaq dostlarını güllələmiş bir tanışlarını gizlətməyə çalışmışdılar.

Bu kompaniyada Nil Kessedi də vaxt keçirməyi xoşlayırdı. Keruakı “Yolda”nı yazmağa da o sövq eləmişdi. 16 yaşına qədər Kessedi avtomobil oğurluğu və qaçırılmasına görə üç dəfə həbs olunmuşdu.

“Ömür boyu ancaq mənə maraqlı adamların dalınca sürünmüşəm, mənə isə ancaq dəlilər maraqlıdır”-Keruak “Yolda” romanında yazırdı. Keruak özünü Kessedi və Berrouz kimi adamların tipinə aid etmirdi. Əvvəlcə o yalnız başqa yerləri görmək istəyirdi. Amma Kessedinin təkidi ilə cəsarətlənərək ölkəni gəzib-dolanmağa başladı.

Kessedi ilə Keruak bir neçə il ölkəni gəzdilər. Biri yorulub təngə gələndə o biri yeni səyahətə ruhlandırırdı. Bu proses Keruak Meksikada dizenteriyaya yoluxana qədər davam elədi. Bu zaman Kessedi Ştatlara xanımının yanına qayıdır. Keruak isə qərib ölkədə tək qalır. Evinə qayıdan Keruak Kessedi ilə tanışlığından bəhs edən “Yolda” romanını qələm alır.

Nəşriyyatlar altı il əsərin əlyazmasını qəbul etmirlər. Redaktorları əsərin rabitəsiz strukturundan və pinti dilindən şikayət edirdilər. Keruak isə hesab edirdi ki, ancaq yaşanmış təcrübəyə əsaslanaraq yazmaq olar, bu fikir də onu ekzistenialistlərə yaxınlaşdırırdı. Onun Kessedi ilə hekayələrini Tom Soyyer və Heklberri Finnin macəralarına bənzədirdilər. Keruak spontan prozanı qəbul edirdi. Əsərlərini alkoloq və psixostimluyator qəbul edərək yazırdı.

Müharibədən sonrakı Amerika nəslinin bayraqdarına çevrilən “Yolda” romanından sonra Keruak “Dharmanın oğruları” və “Biq-Sur” əsərlərini yazır. Daha sonra o əcdadlarını axtarmaq məqsədilə ilə Parisə səyahət edir. Burada o “Parisdə Satori” romanını yazır. Lakin əsər “Yolda”dan tamamilə fərqlənir və eyni rəğbətlə qarşılanmır.

Keruak 1969-cu ildə 47 yaşında vəfat edir. Rəsmi versiyaya görə Keruak qara ciyər serrozundan vəfat etmişdi. Bir şayiəyə görə isə yazıçı sərxoş küçə davalarının birində aldığı bıçaq yarlarından vəfat edib.

Keruakın məktubları hazırda Amerika mədəniyyətinin sərvəti hesab olunur. Onun “Yolda” roman isə bütöv bir nəslin özünü izhar formasına çevrildi. Roman yeni həyat tərzinin himninə çevrildi. Bəlkə də Keruak bu əsəri yazanda onun bu cür bir gücə sahib olacağını bilmirdi. O sadədə ona maraqlı adamların arxasınca düşüb gedir və ətrafında gördüyü başına gələnləri qələmə alırdı.

# 3957 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #