“Titanik”in batacağını 14 il əvvəl xəbər verən roman

“Titanik”in batacağını 14 il əvvəl xəbər verən roman
26 oktyabr 2016
# 15:28

“Titanik” gəmisinin batmasından 14 il qabaq tanınmayan bir Amerika yazıçısı “Səmərəsizlik” adlı roman yazır. Kitabda “Titan” adlı nəhəng laynerin qəzaya uğramasından bəhs olunur. “Titanik”in məhv olmasından sonra romanın müəllifi Morqan Robetson XX əsrin ən böyük öncəgörən-peyğəmbərlərindən biri adlandırıldı.

“Titanik”in başına gələnləri olduqca dəqiq təsvir edən bu öncəgörənlik tarixdəki ən unikal hadisələrdən hesab olunur. Kitabın yazılma ideyası yazıçı xəstə olduğu zaman yaranmışdı. Onun sonradan iddia etdiyinə görə sanki gerçəkmiş kimi qəfildən gözlərinə nəhəng gəmi görünüb. O, gəminin batmasını da görür, boğulanların ürək parçalayan naləsini eşidirmiş. “Titanik” gəmisinin başına gələnlərlə kitabda yazılanlar arasındakı oxşarlığın bu qədər çox olmasına heyrət etməmək olmur.

“Titanik” gəmisinin qəzaya uğramasından 14 il qabaq, 1898-ci ildə tanınmayan Amerika yazıçısı Morqan Robertsonun “Səmərəsizlik” adlı romanı İngiltərədə çap olunur. Bəzi məlumatlara görə Morqan Robertson istefaya çıxmış kapitan, təcrübəli dənizçi idi. O, dəfələrlə çətin vəziyyətlərə düşmüş, insanların ölməsinin şahidi olmuşdu.

Kitabda suda batmayan hesab olunsa da Atlantik okeanında aysberqlə toqquşandan sonra qəzaya uğrayan “Titan” adlı gəmidən bəhs olunur. Özünün uydurma laynerini müəllif varlı sərnişinlərlə doldurur. “Titan” burda da “Titanik”i xatırladır. Roman belə başlayır: “Bu gəmi həqiqətən də nəhəng idi”. “Titanik” də bu cür nəhəng idi.

“Titanik”də olduğu kimi “Titan”da hər şeylə təmin olunmuşdu, bircə şeydən başqa – xilasedici qayıqlar kifayət qədər deyildi. Nəhəng gəmidə sərnişinlərin xilas olmasına kömək edəcək bir sıra elementar əşyalar da yox idi.

Misal üçün uydurma “Titan”ın qayıqlarının göyərtəsində bir dənə iti əşya – balta və ya ov bıçağı – tapılmır ki, qayıqların asıldığı kəndiri kəsəsən. Real “Titanik”də bədbəxt hadisə barədə xəbər verən qırmızı siqnal raketləri, o cümlədən gəminin yoluna nəzarət edənlərin binoklu yox idi.

Romanda “Titan” öz kütləsinə görə mövcud olan bütün gəmiləri ötüb keçirdi. Bu isə o demək idi ki, hər hansı bir gəmi ilə toqquşmada “Titan” onu ortadan bölər, özü isə cüzi zədə alardı, yəni yalnızca bortun boyası tökülərdi. Robertsonun yazdığına görə “Titan”a zərər verə biləcək yeganə üzən obyekt aysberq idi. Onu qəzaya uğradan da elə aysberq olur.

Oxşarlıq cədvəli

Uydurma “Titan” / Real “Titanik”

Su basımı (tonla)

70000/52310

Uzunluq (metrlə)

243,8/269,1

Aysberqlə toqquşmuş bort

Sağ/sağ

Maksimal sürət (mil/saat)

25/23-25

Gəmidəki adamların sayı

3000/təxminən 2200

Qəza səbəbi

Aysberqlə toqquşma / Aysberqlə toqquşma

Hadisənin baş verdiyi ay

Aprel/Aprel

Gəminin konstruksiyasında nəzərə alınmış təhlükəsizlik

Su buraxmayan bölmələr, su buraxmayan avtomatik qapılar/Su buraxmayan bölmələr, su buraxmayan avtomatik qapılar.

Qayıqların sayı

24/20

Bu cədvəldən də göründüyü kimi təxəyyül məhsulu olan “Titan”la real “Titanik”in arasında çoxlu bənzərliklər vardı.

“Səmərəsizlik” romanı çap olunandan sonra oxucuların rəğbətini qazanmadı, hətta nəşriyyat Morqan Robertsonun əsərini çap etməyə razılıq verdiyi üçün peşman oldu. “Titanik”in qəzaya uğramasından sonra isə hər şey dəyişdi. Roman qəzanın olacağını öncədən xəbər verdiyi üçün Robertsonu da diqqət mərkəzinə gətirdi.

“Səmərəsizlik” 1912-ci ildə yenidən nəşr edildi. Bu dəfə əsərin adında dəyişiklik olmuşdu. Artıq “Səmərəsizlik və ya “Titan”ın ölümü” adlanırdı.

Kitab müəllifə bir tərəfdən misli görünməmiş uğur gətirsə də digər tərəfdən “Titanik”in sərnişinləri və həlak olanların qohumlarının qəzəbinə səbəb olmuşdu. Onlar üçün Morqan Robertson daha çox antiqəhrəman sayılırdı. Qəzadan sonra ona yüzlərlə məktub gəlirdi. Bu məktublarda müəllif və romanı lənətlənir, çoxları hətta bütün olanlarda yazıçını günahkar bilirdi.

Morqan Robertson 1915-ci ildə “Titanik” faciəsindən üç il sonra vəfat etdi. XX əsrin ən böyük öncə görənlərindən hesab olunan Roertson ölümündən qabaq daha bir neçə əsər yazmağa müvəffəq oldu. Amma o əsərləri heç kəs xatırlamır.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #