Сek London ola bilərdi, qadın qatili oldu

Сek London ola bilərdi, qadın qatili oldu
13 oktyabr 2014
# 14:22

O 1989-cu ildə Florida ştatında elektrik stuluna bağlanaraq edam edildi. Zalda oturanlar arasında bir nəfər “ay camaat, evdən gələrkən bütün elektrik əşyalarınızı söndürdünüzmü? Çünki bu əclafı qızartmaq üçün cərəyanın yüksək olmasına ehtiyacımız var” deyə qışqırdı.

Teodor Bandi 1946-cı ilin 24 noyabrında Berlinqton şəhərində anadan olmuşdu. Onun anası imkanlı bir ailənin qızı idi. Gənc yaşlarında olarkən bir əsgərlə qısa müddətli olan sevgi münasibəti yaşamış və nəticəsi ətrafdakıların “qeyri-qanuni uşaq” adlandıracaqları Tedi dünyaya gətirmək olmuşdu.

Valideynlərinin yanında təhqirlərə məruz qalan ana dörd ildən sonra oğlu ilə atasının mülkünü tərk edib Takoma ştatına köçür. Burada o hərbi hospitalda aşpaz işləyən Corc Bandiylə ailə qurur. Beləliklə Ted öz atalığının soyadına sahib olur. Bir neçə il sonra isə ailədə Teddən başqa daha dörd uşaq böyüməyə başlayır.

Anası onun evdə bacı-qardaşları ilə çox mehriban olduğunu və onun bütün Amerikanı təşvişə salacaq cinayətləri necə törətdiyini anlamadığını deyirdi. Onun anasını təəccübləndirəcək yeganə hərəkəti isə heç vaxt doğma atasının kim olduğunu soruşmaması olmuşdu.

İlk sevgi oxu daşa dəyir

Qızlarla münasibətdə çəkingən olan Ted ilk dəfə 18 yaşında olanda Vaşinqton universitetinin tələbəsiykən Stefani Bruks adlı bir qızla sevgili olur. O ilk sevgisini ürəyincə yaşaya bilmir. Cünki az vaxt sonra Stefani Teddən ayrılır. Bəlkə də hər şey bundan sonra başlayır.

Universiteti tərk edən Tedin qəlbindəki şeytani intiqam duyğusu onu sakit buraxmır. Artıq onun gözünə bütün qadınlar ən alçaq bir məxluq kimi görünürdü. Onlardan intiqam almaq üçün ilk addımı yenidən Vaşinqton universitetinə daxil olmaq olur. Bu ona özünə güvəni qazanmaq üçün vacib idi. İkinci dəfə Bandi təhsilini psixologiya üzrə başa vurur. Bunu insan psixologiyasını daha yaxşı anlamaq üçün edir. Daha sonra isə o Yuta universitetinin hüquq fakültəsinə daxil olur. Gənc Bandi hətta Respublikaçılar partiyasında da fəaliyyət göstərir. Bu illər ərzində utancaq, arıq Tedi yaraşıqlı, xarici görünüşünə diqqət edən, baxışları və danışığı ilə qarşısındakını məftun edən dolğun gənc kişi əvəz etmişdi.

Artıq o hazır idi

Bandi keçmiş sevgilisi Stefani ilə yenidən qarşılaşır. Görüş onun planı əsasında baş tutur. Bu dəfə Stefani özündə onu rədd edəcək güc tapmır. Çünki onun qarşısında gənc və çox yaraşıqlı hüquqşünas dururdu. Onlar evlənməyə qərar verir. Toya bir neçə gün qalmış isə Ted illərlə onu incidən acı hadisənin qisasın alır və Stefanidən ayrılır.

Bundan sonrakı dörd ildə isə o bütün Amerikanı təşvişə salan, insanları qorxudan cinayətləri törədir.

Keçmiş sevgiliyə bənzəyən qurbanlar

Onun bütün qurbanları gənc qadınlar və yeniyetmə qızlar idi. Ted bilərəkdən keçmiş sevgilisinə bənzəyənləri özünə qurban seçirdi. Qara, ortadan ikiyə ayrılıb hörülən saçlara sahib qurbanlarına o gah yaraşıqlı biri kimi tanış olmaq bəhanəsiylə, gah çolaq kimi kömək istəyi, gah polis qiyafəsində sual vermək üçün yaxınlaşır, onları tənhalığa çəkirdi.

Onun kim olduğunu anlayanda isə gec olurdu. Zorlanmış gənc qurbanlarını ya boğaraq, ya da küt alətlə başlarını əzərək öldürürdü. Ən dəhşətlisi isə onun öldürdüyü qadınların cəsədinə gözəl paltar geyindirib, üzünü bəzəyib dəfələrlə təcavüz etməsi olub.

Ted artıq insanlıqdan çıxmışdı. Onun qurbanlarının sayı durmadan artırdı.

Polis bu tükürpərdici cinayətlərin arxasında kimin durduğunu tapa bilmirdi. Çünki axtarışda olan manyak heç bir iz buraxmırdı. O hər dəfə yeni bir hiylə, yeni bir ad və görünüş ilə qurbanını ələ keçirirdi.

Ancaq bir dəfə marketdən çıxan qadına yaxınlaşan Ted onu polis formasında olmasına baxmayaraq aldada bilmir. Maşından özünü çölə atan qadın polis idarəsinə gedib olanları danışır. Bandi tez bir zamanda qaçırtdığı polis maşınında tutulur. 1975-ci ilin 16 avqustunda Bandi həbs edilir. Maşından tapılan soyuq silahlar, işgəncə alətləri və onun həqiqətən Kerel adlı qadını qaçırtmaq istəməsi məhkəmənin 15 illik həbs qərarı ilə yekunlaşır.

Qaçış

Polis törədilən cinayətləri hələ də aça bilməmişdi. Həbsdən sonra Bandi detektivlərin şübhəlilər sırasına düşür. 1977-ci ildə Ted yenidən məhkəməyə çıxarılır. Bu dəfə 30-dan çox qadının qatili kimi şübhəli idi. Ted hüquq fakültəsini bitirdiyi üçün məhkəmədə özü – özünü müdafiə edəcəyini bildirir. Bu hiylə ona məhkəməyə qandalsız, vəkil skamyasında və kostyumda gəlməyinə kömək edirdi. Məhkəmədə onunla tanış olan hər kəs mədəni davranışına, təhsilinə, yaraşığına heyran olduğunu bildirirdi.

İclasların birində o daha bir hiylə işlədərək hakimdən kitabxanaya keçib hüquq kitablarını araşdırmaq üçün icazə alır və məhkəmə zalından çıxır. Kitabxanada tək qalan və əlləri qandalsız olan Bandi pəncərədən qaçmağı bacarır. Mülkü geyimdə olduğu üçün camaatın arasına rahat qarışan dustağı günlərlə axtarsalar da tapa bilmirlər. Bir həftə polislərdən qaçmağı bacaran qatil yaxalanır və həbsə göndərilir.

Ancaq hiyləgərlikdə usta olan Ted həbsxana hücrəsində tunel qazmağı bacarır. Altı ay ərzində qazdığı tunel isə həbsxananın baş nəzarətçisinin evinə çıxırdı. O bu tunellə nəzarətçinin evinə girib onun formasını geyinərək yenidən qaçmağı bacarır. Bu yerli sakinlər üçün yenidən təşvişə qapılmaq idi.

Kris Heqan

Floridada Kris Heqan adı ilə universitetin yaxınlığında özünə ev kiraləyən Bandi tez-tez universitetə gəlib gizlicə auditoriyalarda tələbə kimi otururdu. Balıq susuz qala bilmədiyi kimi Ted də öldürmədən qala bilmir və qısa müddət ərzində bir neçə gənc tələbəni zorlayaraq öldürür. Polisin axtarışları yenə də nəticə verir və o yenidən 1979-cu ilin 15 fevralında həbs olunur. Məhkəmə dəlillər əsasında artıq onlarla qadının qətlini sübut etmişdi. Maraqlı olan isə bu qatilə qadınların heyran olması idi. Məhkəmə zalı həmişə qadınlarla dolu olurdu. Onların çoxu Bandinin diqqətini çəkmək üçün özlərini onun keçmiş sevgilisinə bənzədirdilər.

Detektivlərin səyi nəticəsində onun törətdiyi onlarla cinayət sübut olunur.

Ölüm hər kəs üçündür

Ölümə məhkum edilir. Bu qərara etiraz edən Bandi verilmiş ölüm cəzasının həyata keçirilməsini on il uzada bilir. O, törətdiyi başqa cinayətləri bir-bir açaraq vaxt qazanırdı.

Bu uzan vaxtda isə hamını təəccübləndirən bir hadisə baş verir. Bandi ona heyran olan bir gənc qadınla evlənir və onların bir qızı dünyaya gəlir.

1989-cu il 24 yanvar həbsxananın ətrafına yığışan insanlar sevinirdilər. Onlar mahnı oxuyur, şənlənirdilər. Gənclər isə “Onu qızardın, yandırın” deyə qışqırırdı. Binanın daxilində isə 2000 volt cərəyana bağlanmış stulda Ted Bandi oturmuşdu. Onun cəsədi yandırıldı.

Məhkəmə amerikalıları heyrətə salan bu qatilin törətdiyi bir çox cinayətləri sübut edə bilmədi. Bəlkə də onun yaşadığı şəhərin gizli yerlərində itkin düşmüş onlarla qadının basdırılmış cəsədləri tapılmadı. Onun qurbanlarının sayının 100-ə yaxın olduğunu deyən detektivlər də var idi. Bunu o özü də təsdiq edirdi. Ən azyaşlı qurbanlarının isə 12-15 yaşı var idi.

Filmlər və bəstələr həsr edilən qatil

Ted Bandi on illərlə mətbuatın, televiziyanın gündəmindən düşmədi. İnsanların dedi-qodu mövzusuna çevrildi. Ona həsr edilmiş onlarla mahnı ifa olunmağa başladı. Ted Bandinin cinayətləri bir çox filmdə canlandırıldı. Onun ölümündən 25 il keçməsinə baxmayaraq cinayət haqqında araşdırma proqramlarının ilk buraxılışı tarixin ən yaraşıqlı, təhsilli, hiyləgər qatilinə həsr edilir.

# 3627 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #