İnsan qurban verməyi sevən mayyalılar

İnsan qurban verməyi sevən mayyalılar
19 dekabr 2012
# 08:45

“21 dekabr-qiyamət günü” ssenariləri sayəsində Mayya mədəniyyəti tarix boyu bəlkə də ilk dəfə bu qədər gündəmə gəldi. Əslində, yeni dünyanın köhnə yerliləri bölgədəki yeganə mədəniyyət deyildilər. Kolumbdan əvvəl Amerikada inkalar və asteklər də ən az mayyalar qədər sirli tarixə, mədəniyyətə sahib idilər.

1. Hansı dövrdə yaşayıblar?

2. Harada yaşayıblar?

3. Neçə nəfər idilər?

4. Hansı dildə danışırdılar?

5. Nə ilə məşğul olublar?

6. Nəyə inanıblar?

7. Necə yox olublar?

Mayya sivilizasiyası

1. B.e.ə 1800-cü illərdə qurulub, b.e. III əsrində yüksəliş dövrünü yaşayıb. B. e. 900-cü ilə qədər varlığını qoruya bilib, 1697-ci ildə tamamilə tənəzzülə uğrayıb.

2. Bugünkü Meksika əyalətlərini əhatə edib. Konfederasiya sistemi ilə idarə olunduğuna görə paytaxtı olmayıb.

3. Əhalisinin sayı dəqiq bilinməsə də, ispanların 1600-cü illərdəki əlyazmalarında təkcə Yukatan yarımadasında 600 min-1 milyon insanın yaşadığı yazılıb.

4. Uto-Astek dil ailəsinə aid Mayya dili 21-44 dildən ibarətdir. Bu dillərin ortaq kökü ən azı 5 min il əvvələ söykənir. Mayya dillərində Meksika, Qvatemala, Beliz və Hondurasda hələ 6 milyon insan danışır.

5. Beş dövlət qurublar. Astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahələrdə uğur qazanıblar. Dövrünə görə möhtəşəm abidələr yaradaraq Nakbe, San-Bartolo, Mirador kimi böyük şəhərlərin əsasını qoyublar.

6. Göyə və torpağa görə təqvimlər tərtib edir, dini məclislər düzəldiblər. Çoxallahlılıqla yanaşı insan qurban vermələri ilə məşhur olublar.

7. Astek və inklərdən fərqli olaraq siyasi mərkəz yaratmayıblar. İspanlar hər bir siyasi qüvvə ilə ayrıca vuruşmağa məcbur olduqlarına görə, bütün Mayya mədəniyyətini nəzarət altına almaları təxminən 170 il çəkib.

İnk sivilizasiyası

1. Kolombun səfərindən əvvəl Amerikanın ən böyük imperiyası olan İnk 1438-ci ilə Kuzko Krallığı adı ilə qurulub. 1533-cü ilə qədər monarxiya ilə idarə olunan imperiya 13 hökmdar dəyişib.

2. Cənub Qərbi Amerikada yerləşən bu imperiyanın paytaxtı Kuzko şəhəri olub. Sərhədləri indiki Peru, Ekvadorun böyük bir hissəsi, şimali Çili və cənubi Kolumbiyaya qədər uzanıb.

3. 12 milyona yaxın əhalisinin olduğu təxmin edilir.

4. Yazıdan istifadə olunmayıb. Rəsmi dili qeçua olub. Boliviyanın xırda kəndlərində hələ də xalq bu dildə danışır.

5. Kənd təsərrüfatı ilə məşğul olublar. Çox sayda zəlzələyə davamlı məbədlər tikiblər. Ən məşhur məbədləri Kuzkodakı Günəş məbədi olub.

6. Reinkarnasiyaya inanıblar. Ölüm – digər dünyaya keçmək üçün vasitə sayılıb. İnsan qurban vermə adəti olub. Məsələn, 1527-ci ildə hökmdarları İnk Huayna Kapakın ölümündən sonra 4 min nəfər qurban verilib.

7. 1527-ci ildə müxtəlif xəstəlikləri də özləri ilə gətirən ispanlar imperiyanı zəiflədib. 1572-ci ildə son İnk hökmdarı Tupak Amarunun öldürülməsi ilə imperiyaya son qoyulub.

Astek sivilizasiyası

1. Modern meksikalıların atası asteklər 14-cü və 16-cı əsrlər arası yaşayıblar.

2. “Astek” Şimali Meksikadakı yeddi Çiçimek qəbiləsi əhalisinə verilən addır. Paytaxtları indiki Meksikanın paytaxtı Meksikonun yerləşdiyi Teşkoko gölünün ortasındakı Tenoçtitlan şəhəri olub.

3. Əhalisinin sayı təxminən 13 milyon olduğu güman edilir.

4. Rəsmi dil nahuatl dili sayılıb. Hazırda Meksikanın dağlıq bölgələrində 1,5 milyon insan bu dildə danışır.

5. İnkişaf etmiş kənd təsərrüfatı sistemləri ilə yanaşı, özlərinə məxsus dinə, təqvimə, əlifbaya malik olublar. Memarlıq da yaxşı inkişaf edib. Dünyanın ən böyük piramidası Meksikadakı San-Pedro-Çolula məhz asteklərə aiddir. Piramida 182 metrlik ərazidə qurulub, hündürlüyü 54 metrdir.

6. Astek dinində günəş və müharibələr çox vacib idi. İnsan qurban vermək də tez-tez yerinə yetirilən rituallardan biri olub.

7. Astekləri həm ispanlarla 1521-ci ildə dörd ay davam edən müharibə, həm də onların gətirdiyi çiçək və tif xəstəliyi çökdürdü. Əhalisinin 80%-i həlak olub.

# 6822 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #