Bəlkə, həqiqətən də Allah var?! – Viktor Efimovun essesi

Bəlkə, həqiqətən də Allah var?! – Viktor Efimovun essesi
31 may 2019
# 10:30

Kulis.az Viktor Efimovun “Allah haqqında və ya Yüksək Zəka anlayışı” yazısının birinci hissəsini təqdim edir.

İstənilən cəhd ilə Allahın varlığını sübut etmək təmamilə mənasız və gərəksizdir. Həmçinin, Allahın olmadığını sübut etmək də mümkün deyil. Yəni Allahın var olub - olmaması heç bir məntiqi əsasla ölçülmür. Bu səbəbdən də nəzəri bilikləri müzakirə edib, fikir bildirmək düzgün olmaz. Sadəcə, bunların hamısını özündə, daxilində duymaq, müşahidə etmək, yoxlamaq, qavramaq yolu ilə anlamaq olar. Həqiqətən var olma ilə maraqlanıb, (sirri) başa düşmək istəyən şəxs deyəcəklərimə diqqət edib özündə yoxlasa, o zaman ona hər şey aydın olacaqdır. Dediklərim daha çox Allahın varlığına inanmayanlar üçündür. Mütəmadi (ibadətgaha gedən) ibadət edən adamlarla bu barədə danışıb, nəticədə həqiqəti izah eləmək ateistlərlə müqayisədə daha çətindir. Bunlar böyük bir məlumatın ( binanın dəhlizinə ) ilkin, giriş xüsusiyyətini daşıyır. Məqsədim hər şeyi bir dəfəyə izah eləmək deyil. Bir məqsəd təyin edirəm; heç olmasa başa düşməyə cəhd etdiyiniz vaxt özünüzə sual edəsiniz: Bəlkə, həqiqətən də Allah var?!

Gəlin ilkin olaraq bəşəriyyətin hansı şəkildə qurulduğuna baxaq. Məhz bu quruluş ən böyük sirlərdən biridir ki, hamıdan gizli saxlanılır və bunun gizli qalması üçün yüksək məbləğdə pul xərclənir. Bəşəriyyətin intellekti İyerarxiyalıdır, orada elə qatlar var ki, bir biri ilə əlaqədə deyil. (Düşüncə, qavrama, təbiət. Məsələn: gülün də insan kimi öz dünyası var. İnsanın intellekti gülün varlığını qavrayır, analiz edir, toxunur, qoxusunu bilir. Gül isə ətrafda olanları öz intellektinə uyğun hiss edərək yaşayır. Görmədən. Bu o deməkdir ki, gülün, bəşəriyyətdəki intellekt qatı insanınkı ilə tam ayrıdır. Bəlkə də gözəllik üçün yaradıldığını, insanın var olduğunu bilir, amma insanı görmək iqtidarı ona verilməmişdir.

Aydın olması üçün şərti sxemi nəzərdən keçirdək.

İntellekt -1

Minerallar - 0 (Cansız. Daş, asfalt və s. bu minerallar nə informasiyanı qəbul edə bilir, nə də özləri ilə nəsə edə bilir.)

Flora - 0,2 (Müxtəlif bitki, ağac, gül və. s)

1 ilə - 0 arasında olan pillədə məsəl olaraq kələm gülünü qeyd edək. Şübhəsiz ki, artıq bu intellekt baxımından daş deyil. Əgər fikir vermisinizsə pəncərəyə qoyulmuş gül günəş şüaları istiqamətinə, işığa doğru şaxələnir. Həmçinin (müxtəlif bitkilər ) kökü vasitəsi ilə torpağın dərinliyindən su minerallarını qəbul edib inkişaf edir.

Fauna - 0,3 (Heyvanlar aləmi)

Təsəvvür edin bir keçi yaxınlaşıb kələmin bir hissəsini, ləçəyini qopardır. O havanı, suyu, günəşi hiss edir, amma birdən onunla nə baş verdiyini dərk etmir. Kələmin keçinin var olması haqda təsəvvürü belə yoxdur. Çünki, heyvanlar aləmi kələmin intellekt səviyyəsindən qat olaraq daha üstün mərtəbədədir. Yəni gülün, heyvanlar aləmini görməsi, anlaması mümkünsüzdür. İnsanda da belədir, bunlar bəşəriyyətin xassələridir.

İnsan - 0,5

Bildiyimiz kimi insan yaradılışın, var olmanın ən üstün mərtəbəsində dayanır, düşünmə qabiliyyəti, fikir bildirmə və s. Məsələn, on it bir yerə yığışsa da sizin kim olduğunuzu bilməz və qavrama, ifadə məsələləri baxımından İnsan olaraq bütün canlılardan özümüzü üstün sayırıq. İnsan qatından aşağı pillə və qatlara baxaraq bizdən daha güclü və ya üstün heç nəyin olmadığını düşünürük. Bu çox yanlış fikirdir, çünki, insan adi sonsuzluğun ( əbədiyyətin) və ya bəşəriyyətin tam olaraq nə olduğunu bilmir.

Beləliklə, sağlam düşüncəsi olan adam anlayır ki, insan pilləsindən yuxarıda növbəti səviyyə mövcuddur.

İntellekt - 1. Yüksək Zəka Və ya Allah.

Allah sözü sizi qorxutmasın, bu ad koddur (mənası: Bütün gözəl sifətləri özündə ehtiva edən). Vacib olan əsasları dərk etməkdir. Daha yaxşı olar ki, onu Yüksək Zəka anlayışı ilə qavrayasınız. Çünki, (xristianlıqda) Tanrı düşünülmüş şəkildə şüurumuza yeridilmiş varlıq olaraq təqdim edilib. Səbəb əsl həqiqətin, bəşəriyyətin olduğu kimi başa düşülə bilməməsində, sirli qalmasındadır. ( Kimdir bizə mane olan? Axı əslində hər şey sadə və aydındır. ( 7. əl-Əraf "Sədd" surəsi 14 - (İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”) Yüksək Zəka yer üzünə özü haqqında məlumatı ( seçilmiş insanlar) peyğəmbərlər vasitəsilə göndərib. Musa, İbrahim, Məhəmməd (s.a.s) müxtəlif zamanlarda olsa da bütün ( 124 min peyğəmbər - hər birinin gəlişində həqiqət daha da əhatələnirdi ) peyğəmbərlərə tamamilə eyni məlumatlar göndərilirdi, məhz eyni mərkəzdən, Yüksək Zəka tərəfindən. ( Allahın insanlara demək istədiyi kəlamlar, Məhəmməd peyğəmbər s.a.s vasitəsilə, Quran ilə tamamlandı).

Mən quranı əzbər bilirəm, İncildən də bəzi misallar gətirə bilərəm. Yəni biz bunları xırdalıqlarla öyrənirdik. Əgər İncilə (Əhdi-Cədid kitabı) sonradan əlavə olanları təmizləsək tamam başqa anlama gələrik. İsa peyğəmbərdən üç yüz il sonra insanlar bir yerə yığışıb səsvermə yolu ilə onu Tanrı, Allah adlandırdılar. Sağlığında onu belə çağırmaq, düşünmək mümkünsüz idi. İsa, peyğəmbər olub və insan kimi onu yüksək qiymətləndirirəm çünki, o insanlara müqəddəs şeylər təqdim edirdi. İsanın ölümündən sonra sağlam düşünməyənlər tərəfindən əlavə yazılanlar insanları ələ salmaqdan başqa şey deyildir. Çünki, İncildə İsa peyğəmbərin dediklərindən əsər - əlamət qalmayıb.

Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır! Tövbə surəsi 9/31)

Süleyman peyğəmbərin söylədiyi Allahla, İsanın kitabında yazılmış (əlavə edilmiş) Allaha baxsanız görəcəksiniz ki, onların hər birində ayrı-ayrı Allahlardan danışılır. O səbəbdən də qərb nəşriyyatı Süleyman peyğəmbərin kitabını kənara atır.

Biz bəşəriyyətin sirrindən danışırıq və İnsan yalnız öz yerini bilərək xoşbəxt ola bilər. O bəşəriyyətin mərkəzində olduğunu, hər şey onun əhatəsində fırlandığını düşünsə böyük yanlışlığa düçar olar. Yox, əgər dərk etsə ki, o bütün var olanların bir tərkib hissəsidir, o zaman, İnsan, Yüksək Zəka ilə rahat şəkildə ünsiyyət quramağı öyrənə bilər.

Tərcümə etdi: Ruslan Mollayev

# 2949 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #