Müəllimlər bu yazını mütləq oxusun

Müəllimlər bu yazını mütləq oxusun
5 iyul 2014
# 07:45

Kuls.Az psixoloji effektlər haqqında maraqlı faktları təqdim edir.

“Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.

Şahid effekti

Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. Əvvəllər bu əlamət şəhərə mühitindən qaynaqlanan humanistsizləşmə ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək.

Əlçatmazlıq effekti

Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə qədər əlçatmaz göstərirsə o qədər arzuolunan olur. Bu fenomenə ofislərdə, hərbi hissələrdə rast gəlmək olar. Adətən özlərini ciddi, əlçatmaz göstərən zabitlərə digərlərinə nisbətən daha çox hörmət olunur.

Piqmalion effekti

Bu terminin adı Bernard Şounun pyesindən götürülüb. Bu anlayışı ilk dəfə şagirdlərin davranışlarına müəllimlərin gözləntilərinin təsirini öyrənən Robert Rozentel və Lenor Cekobson öz əsərlərində işlədiblər.

Araşdırma müəllimlərin gözləntilərinin manupulyasiyası və məktəblilərin İQ-lərinə onların təsirinin qiymətləndirilməsindən ibarət olub. Təsadüfü seçimlə 18 müxtəlif məktəbdən şagirdlər seçilib. Seçilmiş uşaqların 20 faizi müəllimlərim tədrisdə yüksək nəticə gözlədikləri şagirdlər olub. Təcrübə nəticəsində məlum olub ki, müəllimlərin tez-tez təriflədiyi şagirdlər başqalarına nisbətən daha yüksək nəticə göstəriblər.

Hazırda bu fenomendən biznes, idman, menecerlik kimi sahələrdə daha çox istifadə olunur.

Zeyqarnik effekti

Hafizənin effektivliyinin hərəkətin və ya materialın bitmə dərəcəsindən asılı olaraq dəyişməsindən asılı olan menemonik effektdir. Bu effekti ilk dəfə 1927-ci ildə B.V.Zeqarnik aşkarlayıb. Fenomenin əsas təsiri bundan ibarətdir: insan yarımçıq qalmış hərəkətləri daha yaxşı yadda saxlayır.

İş yarımçıq qaldıqda onun əvvəlində yaranmış gərginlik xaric ola bilmir. Nəticədə həmin hadisə qeyri-iradi olaraq yaddaşa həkk olur. Bu effektdən daha çox incəsənət pedaqoqikasında istifadə olunur.

Parıltı effekti

Əgər bir adam hansısa bir situasiyada özü haqqında yüksək rəy yaradırsa bu zaman onun “ayağına” başqa müsbət keyfiyyətlər də yazılır. Yox əgər mənfi təəssürat yaranarsa o zaman bütün mənfi keyfiyyətləri ona yükləyirlər. Tələbələr arasında belə bir ifadə var: “Əvvəl sən zaçota üçün işləyirsən, sonra o sənin üçün.” Məsələ burasındadır ki, birinci və ikinci semestrlarda yaxşı oxuyan, özlərini müəllimin “gözünə soxmaq”ı bacaran tələbələr, sonrakı semestrlarda lap pis cavab versələr də müəllimlər əlavə suallarla onlara yüksək qiymət verməyə çalışırlar.

# 5696 dəfə oxunub

Oxşar xəbərlər

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

15:00 17 yanvar 2025
Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

12:00 17 yanvar 2025
İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

09:00 15 yanvar 2025
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 11 yanvar 2025
Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

11:17 11 yanvar 2025
Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

12:00 8 yanvar 2025
#
#
# # #