Dünyanın ən ucuz ölümləri SİYAHI

Dünyanın ən ucuz ölümləri  SİYAHI
4 oktyabr 2013
# 07:00

Bir neçə gün Əvvəl Ukraynada qəribə ölüm hadisəsi baş verib. İçkili olan sevgililər dəmir yolu relslərinin üzərində sevişmək qərarına gəliblər. Bu zaman sevgililər qatarın gəlməsindən xəbərsiz olurlar və nəticədə qız dünyasını dəyişir, oğlan isə ayaqlarını itirir. Görəsən dünyada bu cür ucuz ölümlər çoxmu olur? Kulis.Az dünyada baş vermiş “ucuz ölümlər”i təqdim edir.

1991-ci ildə 57 yaşlı tayvanlı Yoket Pen fermasında gəzərkən ayağı inək təzəyinə dəyib sürüşür, yıxılmamaq üçün elektrik naqilindən tutur və həyatını itirir. Bu faciəvi hadisəni qonşulara göstərmək istəyən 52 yaşlı qardaşı Yoket Pan eyni şəkildə yıxılmaq istərkən bilmədən əlini elektrik naqilinə atır. O da qardaşının taleyini yaşamalı olur.

Vaşinqtonda yaşayan 51 yaşlı Donna Lanc qəsdən adam öldürməkdə günahlandırılır. İddialara görə 88 kiloqram ağırlığında olan Donna özündən çox arıq olan sevgilisinin başını döşlərinin oarasına sıxaraq öldürüb. Polis hadisə yerinə gələndə qadını sevgilisinin üstündə tapıb. Şahidlərin dediyinə görə qadın birlikdə karavanda (maşın-ev) yaşadığı sevgilisi ondan ayrılmaq qərarına gəldikdən sonra belə edib.

İki ay əvvəl də Almaniyada buna bənzər başqa hadisə yaşanıb. 33 yaşındakı Fransiska Hansen döşlərini “silah” kimi istifadə edərək sevgilisini boğmağa çalışıb. Qadının əlindən güclə yaxasını qurtaran kişi çılpaq şəkildə qonşuya kömək qaçdığından qadının arzusu ürəyində qalıb.

1985-ci ildə Yeni Orleanlı xilasedicilər həmin mövsüm heç kəs boğulmadığı üçün sezonsonu partisi hazırlayırlar. Parti sona çatandan sonra 31 yaşındakı xilasedici Cerom Mudi hovuzun dibində ölü halda tapılıb. Halbuki, Mudinin boğulduğu partidə vəzifə başında olan 4, əylənənlər arasında isə 100-ə yaxın xilasedici olduğu deyilir.

2006-cı ildə Mariesa Veberin ailəsi qızlarının itməsi haqda polisə məlumat verir. İki həftə sonra Veberin cəsədi evdəki kitab şkafının arxasından başıaşağı şəkildə tapılıb. Veberin televizoru yandırmaq istərkən naqilə ilişib yıxıldığı təxmin edilir.

67 yaşlı ingilis Betti Stobbs qoyunlarını yemləmək üçün motosikletinin arxasına bir taya ot bağlayır. Ancaq qoyunların tayaya qəfil hücum etmələri nəticəsində Stobs 30 metrl dərinliyində işlədilməyən karxanaya düşür. Stobs motosikletin üstünə aşması nəticəsində ölür.

28 yaşlı Sergey Tuqanov 3000 dollardan mərcləşir ki, bütün günü iki qadınla birlikdə ola bilər. Və bir qutu “Viaqra” içir. Tuqanov mərci qazanır, amma 12 saat sonra infarktdan dünyasını dəyişir.

Kristo və Ceyn-Kladue adlı iki rəssam 1991-ci ildə Kaliforniya və Yaponiyada böyük çətirlər qururlar. 6 metr hündürlüyündə və 8.7 metr enində olan bu çətirlərdən biri güclü külək nəticəsində 33 yaşlı bir turistin başına düşərək öldürür. Bu hadisədən sonra çətirlərin yığışdırılmasına qərar verirlər. Yaponiyada çətirlərin sökülməsi zamanı Masaaki Nakamuranın idarə etdiyi kranın qolu 65000 volt gərginliyi olan elektrik cərəyanına dəyir və o dünyasını dəyişir.

Amerikalı yazar Tennis Villiams 1983-cü ildə içdiyi şüşənin mantarının boğazına getməsi nəticəsində boğularaq ölmüşdü.

1982-ci ildə 27 yaşlı David Qrundman atəş açdığı nəhəng kaktusdan qopan bir parçanın altında qalaraq dünyasını dəyişib.

# 4576 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #