Rembrand və Quranın “Rum” surəsi

Rembrand və Quranın “Rum” surəsi
19 avqust 2015
# 12:58

İlahi ədalət varmı?

Haqq nazilər, üzülməzmi?

O dünya varmı?

Qiyamət, məhşər, cənnət, cəhənnəm varmı?

Yoxsa bunlar daima zülm içində inləmiş yoxsulların təsəlli üçün uydurması olub?

Dinlər bu barədə “inan” deyir, başqa heç nə demir.

Gedib görüb, qayıdıb gələn də yox.

İnsan etdiklərinin bəhrəsini görürmü?

Nə etsən, sabah qarşına çıxacaqmı?

Bax bu yerdə artıq ədəbiyyat dövrəyə girir, açır insanlıq tarixini, göstərir bizə insan mənzərələrini...

Bəs ədəbiyyat bunları hardan götürür? Əlbəttə həyatdan.

Hər kəs diqqətlə baxsa görə bilər.

Heç nəyin əvəzi ödənilməmiş qalmır.

Qəddafini qanına qəltan edən Liviya xalqı deyildi, törətdiyi əməlləri idi.

Biz isə daha uzaq tarixə gedək.

On yeddinci əsrin Niderlandına.

Rembrandt Van Reyn-dünya rəssamlıq tarixinin ən böyük ustalarından biri.

Rafaello, Leonardo və Mikanlencelo kimi tablolarına adı ilə imza atan Rembrandt dəyirmançı ailəsinin doqquz uşağından səkkizinciydi. Bir rəssamdan dərs aldıqdan sonra o dövrün ticarət şəhəri olan Amsterdama köçmüş və burada özünün üslubunu ortaya qoymuşdu.

Rembrandtın özünəməxsusluğu tablolarına dram qatması idi. Elə bu da onun uğurunun başlanğıcı oldu.

1641-ci ildə Amsterdamın milis birliyindən sifariş alan rəssam onları dramatik vəziyyətdə çəkdi: birliyin üzvləri tabloda milis rəhbərinin əmrini gözləyən vəziyyətdə dayanıblar, sanki bu dəqiqə döyüşə atılacaqlar. Halbuki onlar yanaşı dayanmış milis birliyi üzvlərinin portretini gözləyirdilər. Əsər rəssamlıq tarixinə “Gecə patrulu” adıyla düşdü, rəssamın şöhrəti isə hər yerə yayıldı.

Rembrandt artıq dövrün ən məşhur rəssamlarından idi. Varlanmışdı.

Lakin 1642-ci ildə Rembrandta bədbəxtlik üz verdi. “Yolunu azmış oğul tavernada” əsərində fahişə obrazında çəkdiyi arvadı Saskiya oğlanları Titusun doğuşundan bir il sonra öldü.

Saskiyadan sonra Rembrandt Titusun dayəsi Qertye Dirkslə münasibət qurdu. Onlar sevgili oldular.

Bir müddət sonra Rembrandt digər xidmətçisi Hendrike Stoffels ilə yaşamağa başlayır. Hendrike hamilə qalır.

Qertye isə rəssamı onunla evlənəcəyi ilə bağlı söz verib aldatdığına görə məhkəməyə verir. Pula pul deməyən rəssam da Qertyenin qardaşı ilə əlbir olub, təbii ki, məhkəməni də “görüm-baxım” edəndən sonra yazıq qadını dəlixanaya saldırdı. Qertye fahişələr, dəlilər və epilepsiya xəstələri ilə beş il bir arada qaldı. Orda xəstələri fiziki işlərə məcbur edir, bütün günü İncil, dua oxudurdular.

Qertye yalnız beş il sonra azad ola bildi.

Rembrandt isə günahsız qadını dəlixanaya saldırdıqdan sonra öz xoşbəxt həyatını yaşayırdı. Hendrike ona Korneliya adlı qız doğmuşdu.

Lakin bu xoşbəxtlik çox çəkmir. 1650-ci illərin dəbi başqa idi. Rembrand isə yeni dəblə ayaqlaşmaq istəmirdi. Buna görə sürətlə müştərilərini itirirdi. Sonunda sifarişsiz qalan rəssam müflisləşdi, dəbdəbəli evini ucuz mənzilə dəyişəsi oldu, mərkəzdən ucqara köçdü.

Deyəsən axı, “Qertye lənəti” öz işini görürdü!

1660-cı illərdə dəhşətli vəba xəstəliyi şəhəri bürüdü.

1662-ci ildə Hendrike vəfat etdi.

1668-ci ildə isə oğlu Titus toyundan 8 ay sonra öldü.

Yaşlı rəssamın təkcə qızı Korneliya sağ idi. Artıq heç bir sifarişçisi qalmayan, bir zamanların məşhur rəssamı bütün əsərlərini satmağa məcbur olmuşdu.

O qədər yoxsul idi ki, öləndə də kirayə götürülmüş məzarda dəfn olundu.

İncəsənət tarixçiləri, sənətşünaslar bu hadisəni müxtəlif cür yoza bilərlər. Amma ortada bir həqiqət var. Gözünü şöhrət, var-dövlət tutmuş rəssam bir vaxtlar sevib qoynuna sıxdığı, rəsmlərində model kimi istifadə etdiyi, ən nəhayət bircəcik oğlunu böyüdən günahsız qadını fahişələrlə bir tutmuşdu.

Bunun bədəli ödənməli idi.

Həyat bumeranq kimidir; nə uçurduruqsa o da üstümüzə qayıdır.

Həyat torpaq kimidir; nə əkiriksə onu da biçirik.

Əlbəttə bunu o zavallı qadın Qertye görmədi, 1656-cı ildə öldü.

Amma görənlər gördü, bu barədə düşünənlər oldu.

Rum surəsinin 22-ci ayəsində deyildiyi kimi: Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.

# 6238 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər