İstanbulda öldürülən ilk sultan

İstanbulda öldürülən ilk sultan
16 noyabr 2013
# 08:45

Kulis.Az Osmanlı İmperiyası ilə bağlı ilkləri təqdim edir.

Osmanlı tarixində ilk müharibə 1284-cü ildə Bizans təkfurları-valiləri ilə aparılan Erməni Beli müharibəsidir.

Osmanlıda ilk fəth edilən ada 1308-ci ildə alınmış İmralı adasıdır.

Osmanlı dövləti ilk borcunu Krım müharibəsi dönəmində İngiltərədən alıb. Sultan Məcidin vaxtında 28 iyun 1855-ci ildə Londonda imzalanan saziş əsasında İngiltərə və Fransadan beş milyon ingilis qızılı borc almışdılar.

Avropa səyahətinə çıxan ilk və yeganə Osmanlı padşahı Sultan Əzizdir. 21 iyun 1867-ci ildə başlayan bu səyahət 44 gün davam etmişdir. Səyahətə Fransadan başlamış Belçika, Almaniya, Avstriya-Macarıstanı gəzib geri qayıtmışdır. İlk markadan da yenə Sultan Əbdüləziz istifadə etmişdir.

Osmanlı dövləti ilk dəfə təyyarəni I Dünya Müharibəsi zamanı istifadə etmişdir.

Osmanlı dövlətinin Afrikada itirdiyi ilk torpaq sahəsi Əlcəzair olub.

İlk teploxod II Mahmudun hakimiyyəti dövründə, 1827-ci ildə alınıb. Xalq arasında “Buxar gəmisi” adlanırdı.

Osmanlılarda ilk mətbəə III Əhməd zamanında, 1327-ci ildə fəaliyyətə başlamış İbrahim Müteferrika mətbəəsidir.

İlk qəzet II Mahmud zamanında, 1 dekabr 1831-ci ildə çərşənbə axşamı günü çap olunan “Takvim-i Vakayi”dir.

Devşirmə (uşaq vaxtı xristian ailələrdən alınıb müsəlman edilən) ola-ola Sadrazamlık vəzifəsinə yüksələn ilk adam fətihdən sonra Fatih Sultan Məhməd tərəfindən təyin edilən Vəli Mahmud Paşadır.

İlk Osmanlı pulunun adı “sikkə” olub, Orxan Qazi tərəfindən 1327-ci ildə basılmışdır.

Osmanlı tarixində ilk şair padşah Fatih Sultan Məhmədin atası II Muraddır.

Osmanlı tarixində müharibə meydanında şəhid olmuş ilk və yeganə sultan I Muraddır. 1389-cu ildə I Kosovo müharibəsində şəhid olmuşdur.

Osmanlı dövlətinin torpaq itirdiyi ilk andlaşma Karlofçadır. Karlofça andlaşması ilə Banat və Timişoara xaric bütün Macarıstan və Erdel bəyliyi Avstriyaya, Ukrayna və Podolya Polşaya, Mora və Dalmaçiya sahilləri Venesiyaya verildi.

İlk Boğaziçi körpü proyekti də Sultan II Əbdülhəmid zamanında irəli sürülmüşdü. 1900-cü ildə Anadolu Hisarı ilə Rumeli Hisarı arasındakı bir körpü salınması üçün “Bosphorus Railroad Company” adlı şirkət işə başlayır. Körpünün üzərindən dəmiryolunun keçməsi də planlaşdırılırdı. Beləliklə, Avropadan qalxan bir qatar Bağdada qədər gedə biləcəkdi. Ancaq daxili çəkişmələr və Sultan Əbdülhəmidin taxtdan salınması proyektin reallaşdırılmasına mane oldu.

İstanbula ilk tunel yenə Sultan Əbdüləzizin zamanında fransız mühəndis Emile Gavand tərəfindən tikilərək 17 yanvar 1874-cü ildə istifadəyə verildi. Dünyanın üçüncü yeraltı qatar yolu olan bu tunel 1575 metr uzunluğunda və 7 metr enindədir.

Geyim haqqında ilk qanun 3 mart 1829-cu ildə II Mahmudun hakimiyyəti zamanında verilib. Qanuna görə yalnız ruhanilər əmmamə və cübbə geyinə bilərdilər, dövlət məmurları isə fəs, pencək, şalvar geyinməli idilər.

İstanbulda dəfn edilən ilk padşah Fateh Sultan Məhmətdir.

İstanbulda öldürülən ilk padşah “Gənc Osman” adıyla tanınan II Osmandır.

İlk daimi ordu 1328-ci ildə Orxan Qazi bəyin əmri ilə qurulmuşdur, bu orduya “Yaya” adı verilmişdi.

Osmanlı padşahlarından İstanbulu ilk dəfə mühasirəyə alan 1391-ci ildə İldırım Bəyazid olmuşdur.

İlk teleqraf Sultan Məcidin zamanında yaranmışdır. 9 sentyabr 1855-ci ildə bazar günü fəaliyyətə başlamışdır. Krımdan İstanbula göndərilən ilk teleqrafda Sevastopolun rus işğalından azad olduğu deyilirdi.

Osmanlı dövründə ilk tərsanə İldırım Bəyazidin vaxtında Geliboluda yaranmışdır.

Rumeli adı verilən Avropa sahillərində ilk ələ keçirilən yer Geliboluda Orxan Qazinin böyük oğlu Süleyman Paşa tərəfindən alınan Çimpə limanıdır.

Osmanlıların ilk bəylik mərkəzləri, yəni ilk paytaxtları Söyüd qəsəbəsidir. Daha sonra növbə ilə Yenişəhər, Bursa, Ədirnə və İstanbul paytaxt oldu.

İlk sülh müqaviləsi 1330-cu ildə Orxan Qazi ilə Bizans imperatoru III Andronikos arasında imzalanmışdır.

“Validə Sultan” adı ilə anılan ilk sultan anası II Səlimin xanımı və III Muradın anası olan Nur Banudur.

# 4763 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #