Fevral niyə 28 gündür? ARAŞDIRMA

Fevral niyə 28 gündür? ARAŞDIRMA
1 noyabr 2013
# 12:47

Kulis.Az Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından təqvimin, nə üçün 12 ay olması, ayların adlarının qoyulması və ayların günlərinin niyə 28, 30, 31 kimi fərqli rəqəmlərdən ibarət olması haqda yazını təqdim edir.

Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb. Aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb - Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), October (Oktyabr), November (Noyabr) və December (Dekabr).

Ay adlarından, iyuldan dekabra qədər olanlar, romalıların 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzülüb. Yəni, martdan başlayan təqvimə görə, bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan əlavə 60 gün saxlanılıb.

Ehtiyat olaraq qalan 60 gün problem yaradan zaman, Janarius (Yanvar) və Februarius (Fevral) adları ilə təqvimə daha iki ay əlavə olunub. Və bununla da təqvim tamamlanıb. Yəni, ilin ilk ayı Martius (Mart), son ayı isə Februarius (Fevral) olub.

Əsrlər sonra, miladdan 46 il əvvəl Roma imperatoru Julius Caesar (Yuli Sezar), ehtimal olunur ki, siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər edib. On bir ayı 30 və 31 gün olaraq hazırlayıb, ilin son ayı olan fevrala 29 gün və hər 4 ildən bir daha əlavə bir gün ayırıb. Ancaq sonra heç bir səbəb göstərilmədən yanvarı ilin ilk ayı elan edib. Belə olan halda isə, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni sistemdə ilin ikinci ayı olmasına baxmayaraq fevrala əlavə olunmasına davam olunub.

Yuli Sezarın gözlənilmədən ölümündən sonra, romalılar çox sevdikləri imperatorlarının şərəfinə Quintilis ayının adını July (İyul) olaraq dəyişiblər.

Sezardan sonra hakimiyyətə gələnlərdən imperator Avqust öz şərəfinə, Sextilis ayının adını dəyişərək avqust elan edib. Ancaq ortaya başqa bir problem çıxıb. Sezarın ayı 31 gün, Avqustun ayı isə 30 gün olub. İmperator 29 gündən ibarət olan fevraldan daha bir gün kəsərək avqust ayına əlavə edib və problemi həll edib. Beləliklə, iki ay - iyul və avqust ayları 31 gün, fevral isə 28 gün (4 ildən bir 29) olub.

Aparılan elmi hesablamalara görə, xüsusilə orta əsrlərdə təqvimlərin üstündə o qədər əməliyyat aparılıb ki, Həzrəti İsanın bu gün qəbul edilən Miladdan, yəni bizim eranın 1-ci ilində anadan olduğu belə təhrif edilərək onun doğum tarixi 6 il əvvələ çəkilib.

# 7421 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

14:15 24 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər