Tarixin ən əxlaqsız doqquz qadını

Tarixin ən əxlaqsız doqquz qadını
29 mart 2017
# 15:30

Kulis.az tarixin ən əxlaqsız doqquz qadınını təqdim edir.

1. Valeriya Messalina

Валерия Мессалина

Valeriya az yaşasa da, parlaq həyatı olub. O, Roma imperatoru Klavdiyanın arvadı idi, amma bu onun gecələr fahişəlik etmək üçün sarayı tərk etməyinə mane olmurdu. Valeriyanı pul maraqlandırmırdı, bunu peşəsinə sevgidən edirdi! O, hətta bir gecəyə bir gəminin ekipajını belə təmin edə bilərdi. Bir dəfə başqa bir məşhur fahişə ilə bir gecəyə xidmət göstəriləcək kişilərin sayı barədə yarışa girir. Və Valeriya qalib gəlir! Həyat yoldaşı uzun müddət onun davranışlarına fikir vermir, ancaq qadın sevgililərindən birinə ərə getmək istədikdə dözmür, onu öldürtdürür.

2. I Yelizaveta

Елизавета I

I Yelizaveta nadir gözəlliyə malik idi. O, təhkimçilikdən azad edilmişdi. İyirmi yaşı olanda onlarla sevgilisi var idi və çariça bu sevgililərinə səxavətlə titul və vəzifə paylayırdı.

3. Qala Dali

Гала Дали

Qala Dali (əsl adı Yelena Dyakonovadır) Salvador Dalinin həyat yoldaşı idi. Onların münasibəti azad sevgi prinsipləri üzərində qurulmuşdu. O, fantaziyalarını həyata keçirməkdən çəkinmirdi, bunların arasında üç nəfərlə seks də vardı. Qala qocaldıqdan sonra kişilərin diqqətini pulla cəlb etməyə başlamışdı. Pul bəs etməyəndə isə qadın ərinin tabloları ilə ödəniş edirdi.

4. Covanna Neapolitanskaya

Джованна Неаполитанская

Neapol kraliçası olan Covanna yatağını eyni vaxtda bir neçə kişi ilə bölüşməyi xoşlayırdı. Artıq 17 yaşında olanda öz sarayını fahişəxanaya çevirmişdi. Bu xarakteri ilə birlikdə kraliça incəsənətə də valeh idi. O, Bokaççonun erotik novellalarının ilk oxucularından sayılırdı, yazıçı gecələr ona əsərlərini oxuyurdu.

5. Qrafiniya Dübarri

Графиня Дюбарри

15 yaşına qədər monastrda yaşayan qız bütün gün dua etməklə məşğul idi. O, sonralar monastrı tərk etmək qərarına gəlir və bərbərliklə məşğul olmağa başlayır. Amma salon sahiblərinin oğlanları ilə eşqbazlıq etməsi onların xoşuna gəlmirdi. Buna görə də qızı işdən qovurdular. Özünə Manon Lanson təxəllüsü götürən qız bütün Parisdə şəhvətpərəst kurtizanka kimi tanınırdı. Onun qoynunda bir çox markiz və hersoqlar dinclik tapmışdı. Onlardan biri isə gələcəyin qrafiniyasını pozğun XV Lüdoviklə tanış etmişdi.

6. Knyaz qızı Saltıkova

Княжна Салтыкова

Mariya Alekseyevna təkcə gözəl yox, həm də ağıllı xanım idi. Kişilər arasında olduqca məşhur olan knyaz qızı gecəni əsgər kazarmasında keçirməyi çox sevirdi. Bəzi tarixçilərə inansaq Saltıkovanın 300-dən artıq sevgilisi olub.

7. Kleopatra

Клеопатра

Misirin çariçası kişilərin ondan nə istədiyini çox yaxşı bilirdi. Bununla belə çariça ilə bir gecə yaşamaq çoxlarına həyatı bahasına başa gəlirdi.

8. Markiza de Pompadur

Маркиза де Помпадур

Hələ 9 yaşında olanda ona kral XV Lüdoviklə tanış olacağını demişdirlər. Belə də oldu. Özünün gözəlliyi və inadcıllığı sayəsində kralın sevimlisi oldu. Bu imkandan istifadə edərək dövlət işlərinə təsir edirdi. Bəzi məlumatlara görə bir gecəyə on dəfə sevişə bilirdi, özü də müxtəlif kişilərlə.

9. Mariya Antuanetta

Мария Антуанетта

Fransa kraliçası və XVI Lüdovikin həyat yoldaşı Mariya Antuanetta məşhur pozğunlardan idi. Fimozdan əziyyət çəkən kral yoldaşını təmin edə bilmir, Mariya isə özünə kənarda təsəlli tapırdı. O, bal və maskaradlara özünü təmin edəcək kişi axtarışına çıxırdı. Deyilənə görə kraliça insestdən də çəkinmir, öz oğlunu belə yoldan çıxarmışdı.

# 8503 dəfə oxunub

Oxşar xəbərlər

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

15:40 22 iyul 2026
Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər