Ömrünün sonunacan o iki məzarı ziyarət etdi – Heç vaxt ailə qurmayan Turan Cavidin film kimi həyatı

Ömrünün sonunacan o iki məzarı ziyarət etdi – Heç vaxt ailə qurmayan Turan Cavidin film kimi həyatı
2 oktyabr 2022
# 18:00

Bu gün böyük şair Hüseyn Cavidin qızı, tədqiqatçı-alim Turan Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

Turan Cavid 1923-cü ildə Bakı şəhərində anadan olub.

***

Ailəsinin başına gələn faciələr onun şəxsi həyatını alt-üst edib.

***

Deyilənə görə, Ənvər Məmmədxanlı ilə bir-birilərini sevən Turan Cavid heç zaman qovuşa bilməyiblər. Ənvər Məmmədxanlı Hüseyn Cavid repressiya olunandan sonra “xalq düşməninin qızı” ilə evlənə bilməzdi. Buna görə Turan xanımla evlənmir, amma özünü də bağışlamır və həyatı boyu ailə qurmur. Turan xanım da bunu bildiyi üçün o da ailə qurmur və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqə olur.

***

Ömrünün sonuna kimi tez-tez ona əziz olan iki adamın, Həbibənin və Ənvər Məmmədxanlının məzarını ziyarət edib.

Hüseyn Cavid irsinin qorunub saxlanılmasında Turan Cavidin böyük əməyi olub. Təkcə Hüseyn Cavidin yox, anası Müşkinaz xanımın, qardaşı Ərtoğrulun ağrı-acılı ömür yolunun bugünkü nəsillərə bələdçiliyində Turan xanım bir neçə alimin, ədəbiyyatşünasın görəcəyi işi təkbaşına yerinə yetirib.

***

Vaxtilə Turan xanımın ikiotaqlı evində bir dənə də olsun xal-xalça olmayıb. Evində uzun illər qoruyub saxladığı fotoşəkillər, ayrı-ayrı adamlardan əldə etdiyi əlyazmalar, o dövrün itib-batmaqda olan qəzet və məcmuələrindən götürülmüş şeirləri, məqalələri toplayıb səliqə ilə qoruyub saxlayıb.

Üzeyir Hacəbəyliyə böyük rəğbəti vardı. Turan xanımı ilk dəfə radioda işə düzəldən də elə Üzeyir bəy Hacıbəyli olub. Hər zaman Turan Cavid o illərdən söhbət açarkən Üzeyir bəyi böyük minnətdarlıq hissi ilə xatırlayardı.

***

Bir gündə iki dəfə infarkt keçirib. Həkimlər ürəyinin kardioqramasını çıxartmaq istəsələr də o, buna razı olmayıb. Tədqiqatçı-ailm Azər Turan xatirələrində yazır ki, Turan xanım həkimlərdən onu rahat buraxmasını istəyib.

Son günlərinə qədər onun yanında olan A.Turan, Turan xanımın ona qapının üstündə “M.Cavid” yаzılmış lövhəni dəyişdirməməyi, evdə hər şeyin оlduğu kimi qоrunub sахlаnmаsını nigаrаn-nigаrаn tаpşırdığını yazır: “Bir gün, Ərtоğrоlun Nахçıvаn qəbirstаnındаkı bоş məzаr yerindən də söhbət аçdı və аçığını deyim, mənə elə gəldi ki, Turаn хаnımın ürəyindən dünyаsını dəyişəndən sоnrа оrаdа, Ərtоğrоlun yerində dəfn оlunmаq keçir. Аrаyа söz qаtıb, bunu dəqiqləşdirmək istədim:
- О yeri hаnsı bəхtəvərə bаğışlаyаcаqsınız?
- Аllаh bilir.
- Mənə rəvа görərsiz?
- Bizə yахın оlmаq istəyirsən?
Bildim ki, Turаn хаnım ömrünün əbədiyyət qismini Cavid məqbərəsində dоğmаlаrının əhаtəsində dаvаm etdirmək təmənnаsındаdır.”

***

Heç vaxt ailə qurmayan, övlad sahibi olmayan Turan qırх il istifаdə etdiyi kürsüsünü, Cavid əfəndinin sаğlığındа nəşr оlunmuş kitаblаrını, Şəmsəddin Sаminin vахtilə Hüseyn Cavidin İstаnbuldаn gətirdiyi “Qаmusül-Türki” əsərinın üçcildlik nаdir nüsхəsini, birgə çəkdirdikləri bir аlbоmluq şəkli Azər Turana bağışlayıb.

***

Azərbaycanda ilk dəfə Hüseyn Cavid Turan adını öz qızına verib.

Turan Cavid 2004-cü ildə 81 yaşında Bakıda vəfat edib və vəsiyyətinə uyğun olaraq, Naxçıvanda - Hüseyn Cavidin dəfn olunduğu ailə məqbərəsində dəfn edilib.

# 21044 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər