Bu dahiləri işgəncə, zəhər və güllə ilə öldürüblər - SİYAHI

Bu dahiləri işgəncə, zəhər və güllə ilə öldürüblər - <span style="color:red;">SİYAHI
5 oktyabr 2016
# 08:30

Kulis.Az öldürülən məşhur sənət xadimlərini siyahısını təqdim edir.

Sokrat

Filosof.

E.ə. 475-ci ildə edam cəzasına məhkum olunub. Məcburi şəkildə zəhər içməklə ölüb.

Həllac Mənsur

Məşhur sufi.

922-ci ildə Abbasi xəlifəsinin əmri ilə Bağdadda edam edilmişdir.

Tomas Mor

İngilis filosof və dövlət xadimi, şair.

1535-ci ildə kilsəyə qarşı çıxdığına görə edam edildi.

Pir Sultan Abdal

Şair və ozan.

Əvvəldə Sivasda yaşayan Xızır Paşa ozanın şeirlərindən feyziyab olurmuş. Daha sonra vali təyin olunduqda 1550-ci ildə Pir Sultanı edam etdirir.

Cordano Bruno

İtalyan alim.

1600-cü ildə kilsənin qərarı ilə ölüm cəzasına məhkum olur və diri-diri yandırılır.

Aleksandr Qriboyedov

Rus yazıçısı, dramaturqu.

1829-cu ildə İranda rəsmi səfir təyin olunur. Həmin il Tehranda baş verən üsyan zamanı səfirlik binasında qətlə yetirilir.

A.S.Puşkin

Rus şairi.

1837-ci ildə dueldə Dantes tərəfindən öldürülüb.

Mixail Lermontov

Rus şair və yazıçı.

1841-ci ildə Puşkin kimi o da dueldə öldürülüb.

Evarist Qalua

Müasir cəbrin yaradıcısı.

1832-ci ildə 20 yaşında dueldə öldürülüb.

Federiko Qarsiya Lorka

İspan şairi.

1936-cı ildə diktator Frankonun tərəfdarları olan millətçilər tərəfindən güllələnib.

Pyer Paolo Pazolini

İtalyan rejissor.

1975-ci ildə “Salo və ya Sodomun 120 günü” adlı məşhur filminin ekranlara çıxmağından iki gün sonra qətlə yetirilib.

Antuan de Sent Ekzüperi

Fransız yazıçı.

1944-cü ildə idarə etdiyi hərbi təyyarə vurulması nəticəsində dünyasını dəyişib.

Con Lennon

Məşhur “The Beatles” qrupunun yaradıcı və ifaçısı.

1980-ci ildə Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuyan Mark Çampan adlı şəxs tərəfindən öldürülür. Qatil qətli romanın qəhrəmanı Holden Koldfildin sifarişi ilə etdiyini bildirib.

Lev Trotski

Marksist inqilabçı, Sovet siyasi xadimi, Qızıl Ordunun qurucusu.

1940-cı ildə Stalinin əmri ilə ispan mənşəli NKVD agenti Ramon Merkader Meksikada, yaşadığı mənzildə buz baltası ilə Trotskiyə sui-qəsd etdi. İnqilabçı bir gün sonra öldü.

Mahatma Qandi

Filosof, Hindistan Azadlıq hərəkatının lideri.

1948-ci ildə gecə evinin baxçasında gəzərkən öldürüldü. Sui-qəsdi hindli radikal Naturam Qodse həyata keçirmişdir.

Səməd Behrəngi

Güney Azərbaycanlı yazıçı

1967-ci ildə Araz çayında müəmmalı şəraitdə boğulub.

Əli Şəriəti

İranlı sosialist filosof, tarixçi.

1977-ci ildə tək yaşadığı evin qapısı ağzında cəsədi tapılıb. Gənc yaşda heç bir xəstəliyi olmadığına görə ölümünə səbəbin cinayət olduğu göstərilir.

Yanus Korçak

Polyak yazıçı.

1942-ci ildə Treblinka alman əsir düşərgəsində, himayəsində olan iki yüz uşaqla birgə öldürülüb.

Brus Li

Çinli aktyor.

Ölümü müəmmalıdır. Çoxları onun killer tərəfindən öldürüldüyünü desə də, bunun əksini iddia edənlər də var. Məşhur aktyor 1973-cü ildə vəfat edib.

Merlin Monro

Amerikalı aktrisa.

Bəziləri onun narkotikdən öldüyünü deyir. Başqa bir iddiaya görə isə, məşhur aktrisa Kennedinin qardaşının sifarişi ilə öldürülüb. Xatırladaq ki, Kennedinin qardaşı Merlin Monronu sevirdi. Məşhur aktrisa 1962-ci ildə vəfat edib.

Sabahattin Ali

Türk yazıçı.

Meyidi Türkiyə Bolqarıstan sərhədində tapılıb. Rəsmi açıqlamalara görə polis tərəfindən öldürülüb. Lakin dostları həbsdə işgəncə nəticəsində öldürüldüyü lakin meyidinin sərhəddə atıldığını iddia edirlər.

Tupak Şakur

Afro-amerikan hip-hop ifaçısı, reper.

1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdanda güllələnmişdir.

Fəzlullah Nəimi

Hürufilik təriqətinin əsasını qoymuş mistik-filosof.

1401-ci ildə Əlincə qalasında edam olunub.

İmadəddin Nəsimi

Şair.

1417-ci ildə Hələbdə dərisi soyulmaqla edam olunub.

Molla Pənah Vaqif

Şair.

1797-ci ildə Qarabağ xanı olan Məhəmməd bəy Cavanşir tərəfindən edam edilir.

Hüseyn Ərəblinski

Aktyor və rejissor. Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri.

Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib.

Firidun bəy Köçərli

Maarifçi, ədəbiyyatşünas.

1920-ci ildə millətçiliklə ittiham olunaraq güllələnib.

Ömər Faiq Nemanzadə

Maarifçi, pedaqoq.

1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

Mikayıl Müşfiq

Şair.

1938-ci ildə Nargin adasında güllələnmişdir.

Rafiq Tağı

Yazıçı, publisist.

2011-ci ildə naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə gün sonra xəstəxanada vəfat edib.

# 3656 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #