Adına mahnı həsr olunan qadını niyə güllələmək istəmişdilər? – İllərin mahnısı

Rəşid Behbudov, Mircəfər Bağırov, Zeynəb Xanlarova

Rəşid Behbudov, Mircəfər Bağırov, Zeynəb Xanlarova

26 iyun 2022
# 10:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Dağlar qızı Reyhan” xalq mahnısı haqda maraqlı faktları təqdim edir.

1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. O, erməni daşnakları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib üstünə nəcis yaxır.

***

Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyil.

Dağlar qızı Reyhan” mahnısı necə yaranıb? » Manera.Az

***

1928-ci ildə yenə də ermənilər tərəfindən "antisovet" damğası vurularaq, güllələnməyə məhkum edilir. Əslən Xaçmazın Padar kəndindən olan Reyhanı güllənmədən Mir Cəfər Bağırov xilas edir.

Bağırov haqqında qeyri-adi faktlar | Azərbaycan tarixi | Kayzen

***

Dağlar qızı Reyhan, Reyhan

Parlaq dan ulduzu Reyhan, Reyhan...

Aləm sənə heyran, heyran, heyran ...

II

Nə qəşəngsən, ay qız,

Gül-çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız...

III

Gözəllər gözəli Reyhan, Reyhan,

Sevdamın əzəli Reyhan Reyhan,

Aləm sənə heyran, heyran, heyran ...

IV

Nə qəşəngsən, ay qız,

Gül-çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız...

V

Zil qaradır gözün Reyhan, Reyhan,

Baldan şirin sözün Reyhan, Reyhan.

Aləm sənə heyran, heyran, heyran...

VI

Nə qəşəngsən, ay qız,

Gül-çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız...

1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir.

Fikrət Əmirov (film, 1985) — Vikipediya

***

Bir versiyaya görə, mahnının sözləri şair Tələt Eyyubova məxsusdur.

***

1960-cı ildə mahnını ilk dəfə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib.

Stream Goy Gülüm Gelsin Ay Nene by Alireza Mirzaei 1 | Listen online for  free on SoundCloud

Lakin bu mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır.

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxs bu imiş - FOTO

***

1969-cu ildə Türkiyədə "Reyhan – Dağlar kızı" filmi çəkilmişdir. Bu filmdə də "Reyhan" mahnısından istifadə edilir. "Reyhan" mahnısı Azərbaycanla qonşu olan bir neçə qonşu ölkə dillərində də ifa edilib.

Dağlar Kızı Reyhan - Vikipedi

***

Hətta bu mahnını uzaq Koreyada da oxuyublar. Koreyalı xanım müğənni Joey Youngmi Azərbaycan mahnısı "Reyhan"ı Korea və Azərbaycan dillərində ifa edib. Mahnıya klip çəkdirən müğənni bu ifasını dünya şöhrətli Rəşid Behbudovun xatirəsinə həsr edib.

Koreyalı müğənni "Dağlar qızı Reyhan" oxudu - AZƏRTAC Video – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

***

Maraqlı faktlardan biri odur ki, “Reyhan” mahnısı yeni təqdimatda türk serialı “Şahsiyet”de də səsləndirilib. Mahnı serialda təcavüzə uğrayan qızın taleyi ilə eyniləşdirilib.

Şahsiyet- Reyhan, Nevra | Film

# 17552 dəfə oxunub

Oxşar xəbərlər

Bəzənib ev-ev gəzən qızlar, səməni toyu, yalan çərşənbə... – Qeyri-adi Novruz adətləri

Bəzənib ev-ev gəzən qızlar, səməni toyu, yalan çərşənbə... – Qeyri-adi Novruz adətləri

21:00 20 mart 2023
Polis rəisi oğlunu güllələdilər, ayaq üstə can verdi, Fəxri Xiyabana qoymadılar - Həsənağa Turabovun həyat faciəsi

Polis rəisi oğlunu güllələdilər, ayaq üstə can verdi, Fəxri Xiyabana qoymadılar - Həsənağa Turabovun həyat faciəsi

21:00 23 fevral 2023
Ən yaxın rəfiqəsinin oğluna aşiq oldu, cəsədi 6 aydan sonra tapıldı...

Ən yaxın rəfiqəsinin oğluna aşiq oldu, cəsədi 6 aydan sonra tapıldı...

16:00 4 fevral 2023
Qızı yoxa çıxdı, oğlunu güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

Qızı yoxa çıxdı, oğlunu güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

12:00 31 yanvar 2023
Dünyanın ən kədərli 10 abidəsi

Dünyanın ən kədərli 10 abidəsi

16:00 20 yanvar 2023
“Bir qalanın sirri” filminə görə həbs olundu, arvadı onu tərk etdi, Moskvada qocalar evində öldü – Məşhur rejissorun acınacaqlı həyatı

“Bir qalanın sirri” filminə görə həbs olundu, arvadı onu tərk etdi, Moskvada qocalar evində öldü – Məşhur rejissorun acınacaqlı həyatı

12:00 7 noyabr 2022
# # #