Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı, ruhi sarsıntıdan pirlərə üz tutdu – Azərbaycanın ilk duet oxuyan cütlüyü

Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı, ruhi sarsıntıdan pirlərə üz tutdu – Azərbaycanın ilk duet oxuyan cütlüyü
25 may 2021
# 12:01

Kulis.az ötən əsrin 70-ci illərində duetləri ilə böyük məşhurluq qazanan müğənnilər Təranə Vəlizadə və Eyvaz Həsənov haqqında maraqlı faktları təqdim edir.

Təranə Vəlizadə ilə Eyvaz Həsənov Asəf Zeynallı adına musiqi kollecində tanış olublar. Təranə xanım kollecin gündüz şöbəsində, Eyvaz Həsənov isə axşam şöbəsində oxuyurdu. Lakin bəzən, onlar dərsləri bir yerdə keçir, mahnılar oxuyub, bir-birindən öyrənirdilər. Belə günlərin birində onların isti münasibəti yaranır.

***

Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz əlində tutduğu balaca şeir dəftərçəsini Təranəyə verib oradakı şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərçənin ilk vərəqində “Həyatımdakı ən əziz insana ithaf edirəm” sözləri yazılmışdı.

Həmin vaxtdan onların sevgi münasibəti başlayır. On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına “hə” cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən razılaşmaqdan başqa çarəsi qalmır.

***

Onlar yağışlı noyabr günündə ailə qurur. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, o cür qəbul edirdilər. Onlar bir-birini o qədər gözəl tanıyırdılar ki, bəzən demək istədiklərini bir baxışla anladırdılar.

***

Ancaq deyilənə görə, Eyvazın qadın pərəstişkarları həddindən artıq çox imiş. O, hər dəfə toydan, konsertdən evə gələndə paltarlarının cibindən çoxlu məktublar çıxırmış. Təranə Vəlizadə isə həyat yoldaşını hədsiz dərəcədə qısqanır, onunla mübahisə edir. Təranə xanım müsahibələrinin birində bu haqda deyir: “Əlbəttə, hər bir ailədə söz-söhbət, mübahisə olduğu kimi bizdə də olurdu. Mən onu çox qısqanırdım, o da məni qısqanırdı, amma mənim qədər büruzə vermirdi. Buna baxmayaraq, onun mənim qədər kimisə sevməsinə inanmıram.”

Bəzən, Eyvazı toya tək dəvət edəndə onunla danışığa qadın gəlirmiş. O isə həmin qadınla danışmaz, Təranə xanımın telefonunu verib deyirmiş ki, mən qadınla toy haqqında danışıb ondan pul istəyə bilmərəm. Bu nömrəni götürün, Təranə ilə danışın.

***

Günlərin birində Təranə xanım yuxudan oyanıb görür ki, evdən quzu mələrtisi gəlir. Əvvəl elə bilir yuxu görür, sonra reallıq olduğunu anlayır. Eyvaz yatan otağa keçib görür ki, yerində yatan Eyvazın qucağında balaca bir quzu var. Sən demə, gecə saatlarında onların tövləsində quzu doğulub və quzunun anası ölüb. Eyvazın quzunu tövlədə tək qoymağa ürəyi gəlmir.

Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.

***

Ancaq deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:

“Müğənninin axı öz ailəsini güclə saxlayan qoca kişi nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi”.

Məşhur “Qal, sənə qurban” mahnısı məxsusi olaraq Təranə Vəlizadə üçün yazılıb. Belə ki, Təranə ilə Eyvaz təzə ailə qurandan üç ay sonra dalaşırlar. Təranə atası evinə küsülü gedir. Atasına isə yalandan “Eyvaz qastrola gedib” deyir. Üç gündən sonra onun atası məsələdən xəbərdar olub qızını maşınla öz evinə gətirir. Təranə evə gələndə üzünü saç-saqqal basmış Eyvazın səsi də batmışdı. Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur “Qal sənə qurban” mahnısının sözləri yazılıbmış. Müğənni mahnının ona həsr edildiyini düşünür. Bir neçə gündən sonra bəstəkar Bəhram Nəsibov bu şeirə mahnı bəstələyir.

***

Günlərin birində səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir.

Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər.

***

Uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir.

***

Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir.

***

Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.

Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmadı. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmədi. O, Eyvazdan sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir.

***

Cütlüyün Xəyalə adlı bir qızları var.

# 16996 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #