Qoboya görə zirzəmiyə salınan, ifası kosmosa göndərilən, toya yox, yasa çağırılan Xalq artisti

Qoboya görə zirzəmiyə salınan, ifası kosmosa göndərilən, toya yox, yasa çağırılan Xalq artisti
29 yanvar 2020
# 16:03

Bu gün Kamil Cəlilovun doğum günüdür. 82 yaşı tamam olur. Kulis.az bu münasibətlə qocaman sənətkarı təbrik edir və onun haqqında maraqlı faktları yayımlayır.

Gələcəyin ən böyük qaboy ifaçısı, Xalq artsiti Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində dünyaya gəlib.

***

Atası Cəlil kişi İkinci Dünya Müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olub. Ona görə də oğlunun musiqi məktəbində təhsil almağını istəyirdi. Hətta Kamilə bir nağara da düzəltmişdi.

Əlaqədar şəkil

Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyir. Ancaq atası bu həvəsə qarşı çıxır. Kamil Cəlilov həmin illəri belə xatırlayır:

“Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orda qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi.”

***

Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalır, eyni zamanda qoboy dərslərinə gedirdi. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır.

Əlaqədar şəkil

Sənətinə çox bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib: “Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm ondan yaxşıdır.”

***

1977-ci ildə onun balaban ilə ifa etdiyi “Çahargah ahəngi” kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.

***

Qoboy alətini muğam janrına gətirən ilk sənətçidir. Onu da qeyd edək ki, Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.

***

O, çox erkən yaşlarında bacısını itirib və bu itkini böyük travma kimi yaşayıb.

Əlaqədar şəkil

Kamil Cəlilov qoboyu Azərbaycanca “danışdıran” ilk böyük ifaçı olub. Bunun üçün qoboyun özünün “dil”i uyğun deyildi. Ona görə, sənətkar xüsusi “dil” düzəltmək üçün qamış axtarışına çıxır və istədiyi səsi verən qamışı Kürdəmirdə tapır. Beləliklə, Avropanın qoboyu Azərbaycanca Kürdəmir qamışından hazırlanmış “dil”lə danışır.

***

Habil Kamanla yanaşı ifa etdiyi musiqi aləti təxəllüsünə çevrilən ilk sənətkarlardandır: Kamil Qoboy!

***

Onu respublikada daha çox tanıdan 20 yanvar şəhidlərinin dəfni zamanı çaldığı “Zəminxarə” muğamı oldu. Kamil Cəlilov əvvəllər də bu muğamı ifa etmişdi, amma bu qədər əks-səda yaratmamışdı. İndi isə muğamın nisgili milyonların yas əhval-ruhiyyəsinə hopub onu daha da təsirli eləmişdi.

***

Kamil Cəlilov deyir, 20 Yanvardan sonra məni toylara yox, yas mərasimlərinə çağırdılar. Bu, mənim sənətkar həyatımda gözlənilməz bir dönüş oldu.

***

Yəqin, çoxları bilmir ki, 1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Çahargah ahəngi" adlı kompozisiya da var.

# 9703 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #