Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - “Dədə-Qorqud”un Turalı necə Mark Jozef oldu?

Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - “Dədə-Qorqud”un Turalı necə Mark Jozef oldu?
24 fevral 2021
# 12:10

Kulis.az azərbaycanlı aktyor Fərhad Yusifov haqqında maraqlı faktları təqdim edir.


Fərhad Fəttah oğlu Yusifov 27 sentyabr 1954-cü ildə Moskvada anadan olub. Orta məktəbi Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alır. Universitet illərindən səhnəyə çıxır, konsertlər təşkil edir.

***

Aktyorluq fəaliyyəti ilə məşğul olsa da, Fərhadın ürəyindəki ən böyük arzu rejissorluq olur. Arzusunu reallaşdırmaq üçün Moskvada VGİK-in rejissorluq şöbəsinə daxil olur. Məşhur sovet rejissoru Yefim Dziqanın kursuna qəbul olunur. Dziqan onun ilk rejissorluq işinə rəhbərlik edir.

***

VGİK-i biriəndən sonra o, yenidən Bakıya qayıdır. Bir sıra ekran əsərlərində “Siyavuş haqqında dastan”, “Nizami”, “Dədə Qorqud”, “Yarımçıq qalmış mahnı” filmlərində müxtəlif obrazları canlandırır.

“Tacikfilm”in istehsalı olan rejissor Boris Kimyagərovun Firdovsinin “Şahnamə” əsəri əsasında “Siyavuş haqqında dastan” filmində canlandırdığı Siyavuş obrazı Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Bunu Rusiya mətbuatının tez-tez Fərhad Yusifovun yaradıcılığına müraciət etməsi, habelə kinosevərlərin azərbaycanlı aktyorla maraqlanmaları da sübut edir. Filmdə Fərhad kaskadyorun etməli olduğu bütün təhlükəli tryukları özü yerinə yetirir.

***

1975-ci ildə rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Dədə Qorqud” filmində Tural obrazını canlandırandan sonra o, böyük məşhurluq qazanır. Onu “Bakının Alen Delonu” adlandırırlar. Filmdə Günel obrazını canlandıran aktrisa Dinarə Yusifova isə aktyorun bacısıdır.

***

Aktyor 1986-cı ildə Ramiz Fətəliyevlə birgə “Aşkarsızlıq şəraitində” filminin rejissorluğunu edir. Rejissor kimi bu film Fərhad Yusifovun ilk işi olur. “Aşkarsızlıq şəraitində” filmi 1986-cı ilin Bakının təsviri baxımından maraqlıdır.

Bu filmin çəkilməsindən üç il sonra 1989-cu ildə Fərhad Yusifov Bakını tərk edərək Kanadanın Monreal şəhərinə köçərək orada yaşamağa başlayır.

***

Aktyorun dostu və sinif yoldaşı Rasim Rəhimov müsahibələrinin birində deyir:
“Bülbül adına Musiqi Məktəbində birinci sinifdən Fərhadla birlikdə oxumuşuq. Fərhadın cavan vaxtlarından kinoya marağı çox idi. Ona görə də, karyerasını kino istiqamətində davam etdirdi. Fərhad gəncliyində də çox yaraşıqlı idi. Hamı onun simasını bəyənirdi. Hələ o vaxtlar Fərhadı Avropa aktyorları ilə müqayisə edirdilər. Onun Bakıdan getmə səbəblərini bilmirik. Bəlkə maddi çətinlik, bəlkə də diqqətsizlik, işsizlik onu bu addıma vadar edib. Amma hələ o vaxtlar da həyata baxış tərzi fərqli idi. Fərhad heç dəyişməyib. Bircə uzun saçları indi yoxdur, qırxdırıb. Başının arxasında isə bir topa uzun saç saxlayıb. Deyir, qoy, baxanlar bilsinlər ki, nə vaxtsa mənim də uzun saçlarım olub. Fərhad bütün pulunu filmlərə xərcləyir. Maddi problemləri var. Azərbaycana gəlmək üçün müəyyən qədər vəsait lazımdır”.

Fərhad Yusifov müsahibələrinin birində Bakını xatırlayır:
“Bakı üçün çox darıxıram. Eşitmişəm ki, Bakı çox dəyişib, gözəlləşib. Xəzər dənizini, Azərbaycanı görmək istəyirəm. Həmişə gənclik illərimiz, Bakı küçələri gözümün önünə gəlir. İnternetdə tez-tez Bakının şəkillərinə, videolarına baxıram. Azərbaycan çox gözəlləşib. Çəkildiyim kinolar heç yaddaşımdan çıxmır. Azərbaycanın uğurlarını eşidəndə sevinirəm. Sağ olsun bəzi dostlarım da, məni unutmayıblar. Bura gələn ilk günlərdə heç kəs mənə “Fərhad” deyə bilmirdi. Nə qədər öyrətsəm də, bu sözü tələffüz edə bilmirdilər. Ona görə də fikirləşdim ki, Fərhadı “Mark”la əvəz edim. İndi hamı məni Mark Jozef kimi tanıyır. Artıq illərdir ki, Kanadada yaşayıram. Buradakı həyat tərzinə öyrəşmişəm. İşlərimi yekunlaşdırsam, yəqin ki, sizinlə Bakıda görüşəcəyəm.

***

Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.

Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan Peruda çəkilmiş birinci film "Salado" 2015-ci ildə "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb.

# 27998 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #