20 pedofil məşhurun həbs olunduğu şok olay – Porsuqağacı əməliyyatı

20 pedofil məşhurun həbs olunduğu şok olay – Porsuqağacı əməliyyatı
14 mart 2020
# 14:02

Pedofiliya (uşaqbazlıq) bütün ölkələrdə ən iyrənc, ən dəhşətli cinayət sayılır. Bu tip hadisələr adətən psixi problemi olan şəxslər tərəfindən həyata keçirilir. Amma bəzən illərlə tanıdığımız, hətta dünyaca məşhur şəxslərin də pedofil olduğunu duyuruq.

2012-ci ilin oktyabrında Böyük Britaniyada polislərin pedofiliya ilə əlaqədar olan məşhur adamlara qarşı keçirdiyi əməliyyatdan sonra ortaya rəzil bir görüntü çıxdı.

Kulis.az şərti olaraq “Porsuqağacı əməliyyatı” (Operation Yewtree) adlandırılan mədəniyyət və mətbuat adamlarının həbs olunduğu əməliyyat haqqında maraqlı faktlar təqdi edir.

“Porsuqağacı” tədbiri nəticəsində cinayətkar publisist Maks Klifford, müğənni Hari Qlitter və Rolf Harris, DJ Kris Denninq və dəstənin BBC kanalında işləyən digər üzvləri həbs olundu.

Dünya tarixinə ən çox səs salan bu əməliyyatda ümumilikdə 20 nəfərdən artıq mədəniyyət və mətbuat nümayəndəsi ifşa edilərək cinayət məsuliyyətinə cəlb olundu.

"Porsuqağacı" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına da kömək etdi.

İstintaq zamanı Cimmi Sevil adlı BBC aparıcısı 28 xəstəxanada yaşı 5-dən 75-ə qədər olan 103 nəfərə qarşı seksual cinayət törətdiyini etiraf edib. Zərər çəkmişlərin çoxu azyaşlı oğlanlar və qızlar olub. 19 nəfər qurban isə xəstəxanada işləyib.

Cimmi Sevil onların bəzilərinə qarşı cinsi təcavüz hərəkətləri edib, üç qadını isə zorlayıb. O, cinayətlərini xəstəxana dəhlizlərində və həkim kabinetlərində həyata keçirib. Qeyd edək ki, Cimmi Sevil bir sıra Britaniya siyasətçiləri və kral ailəsinin üzvləri ilə yaxından tanış olub.

İstintaq zamanı, televiziya aparıcısı və telejurnalist Cill Dandonun və Şotlandiya Milli Partiyasının üzvü Uilli Makreyin qətlinin bu qrupu ifşa eləmək istədiyinə görə baş tutduğu hesab olunur.

Əməliyyat nəticəsində ifşa olunan ən məşhur şəxslərdən biri Qarri Qliter bir neçə ay öncə yenidən dünya gündəminə gəldi. Bu dəfə bəstəkar öz bəstələri ilə dilə-dişə düşdü. Belə ki, rekord nominasiyada “Oskar”a namizəd olan “Joker” (2019) filmində məhz bu pedofil bəstəkarın bəstələrindən istifadə olunub. “Joker” filmi nümayişə çıxarıldıqdan sonra dünyanın bir neçə ölkəsində kinosevərlər mənzərəyə etirazını bildirdilər.

Onların fikrincə sosial şəbəkələrdə yüksək sayda baxış qazanan bu musiqilərin gətirdiyi gəlir, pedofil bəstəkarın hesabına gedir. Lakin məsələyə hüquqi müstəvidə baxılmadı və həmin musiqilərin də tərkibində olduğu “Joker” filmi nümayişdədir.

Gallery

“Porsuqağacı əməliyyatı”nı məşhur edən amillərdən ən əsası məhz bu tədbir nəticəsində ifşa edilən və həbs olunan şəxslərin, demək olar ki, hamısının məşhur olmasıdır.

Əməliyyat nəticəsində həbs olunan şəxsləri və onlar haqqında məhkəmənin verdiyi qərarları təqdim edirik.

Qari Qlitter. (rok pop müğənni)

Gallery

28 oktyabr 2012-ci ildə həbs olunub. Üç yeniyetmə qızı zorlamaqda təqsirli bilinir. Cinayətlər 1970-ci illərdə həyata keçirilib. 70 yaşlı Qlitter 12-13 yaşlı qızlara qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqəyə girib. Müğənni hələ 2006-cı ildə pedofiliya ittihamı ilə 3 il Vyetnam həbsxanasında cəza çəkib. Həmin qızların birinin 11, digərinin 12 yaşı var idi. Yekun hökm gözlənilir.

Freddi Starr (komediyaçı)

Gallery

1 noyabr 2012-ci ildə yaxalanıb, buraxılıb. Təkrar 2014-cü ildə həbs olunub. Təqsirli bilinməyib.

Deyv Li Travis (DJ, televiziya aparıcısı)

15 noyabr 2012-ci ildə Bedfordşirdə həbs olunub, pul cəzası ilə sərbəst buraxılıb.

Maks Klifford Təbliğatçı

6 dekabr 2012-ci ildə həbs olunub. Klifford 1970-80-ci illərdə dörd azyaşlı qızla intim münasibətdə olub. Məhkəmə 1977-1984-cü illərdə jurnalist tərəfindən yaşı 14-19 arasında dəyişən dörd qız üzərində edilmiş seksual zorakılıq əməlini təsdiqləyib. 8 il həbs cəzasına məhkum edilib.

Devid Smit (Sürücü)

10 dekabr 2012-ci ildə saxlanılıb. 28 oktyabr 2013-də məhkəməyə gəlməyib və intihar edib.

Rolf Harris (Müğənni və rəssam)

Gallery

28 mart 2013-cü ildə həbs edilib. Britaniya məhkəməsi 1980-ci illərdə 9 az yaşlı qıza təcavüz etməkdə suçlayıb. Bir müddət sonra, təxminən 13 zorakılıq faktı ilə avqust ayında günahkar bilinən Rolf Harris, daha üç ittiham ilə şübhəli bilinib. Son üç ittihamda zərərçəkənlərdən birinin 1984-cü il təvəllüdlü 19 yaş, o birisi 7 və ya 8, digəri isə 14 yaşında 1975-ci il təvəllüdlü olan xanımlardır. 5 il 9 ay həbs olunub.

Kris Denninq (DJ)

Gallery

2013-cü ilin iyununda həbs olunub, pul cəzası ilə sentryabra kimi sərbəst buraxılıb. Kris Denninq 41 cinsi cinayətdə ittiham edilib. 13 il həbs olunub.

Bunlardan əlavə "Porsuqağacı əməliyyatı"nda həbs olunan, sonradan azadlığa buraxılan, hələki hökmünü gözləyən bir neçə naməlum və məşhur pedofillər var.

Gallery
(cinayətin coğrafiyası)

# 6431 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
# # #