Ancelina ilə 60 milyonluq qəsrdə

Ancelina ilə 60 milyonluq qəsrdə
5 oktyabr 2012
# 12:37
Məşhur aktyor Bred Pitt toyqabağı Ancelina Coliyə toy hədiyyəsi olaraq döyüş tiri bağışlayıb. Kulis.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə Bred Piti bu qəribə hədiyyəni seçməyə Ancelinanın silahlara olan rəğbəti vadar edib.

Pitt və Coli 2005-ci ildən bir yerdə olmalarına baxmayaraq, hələ də evli deyillər. Ancelina Coli Bred Pitt üçün üç övlad dünyaya gətirib, daha üçünü isə övladlığa götürüblər. Bu illər ərzində Ancelina özünü evliliyə hazır bilmədiyi üçün nihagları baş tutmayıb.

Bred Pitt sevindiyindən sevgilisi üçün maraqlı bir toy hədiyyəsi hazırlayıb. O, Fransanın cənubunda aldıqları və evlilikdən sonra orda yaşayacaqlarına qərar verdikləri qədim qəsrdə əsl silah anbarı yaradıb. Qəsri 60 milyon dollara alıblar, onun təmiri cütlüyə 5 milyon dollara başa gəlib. Bred Pitt həmin qəsrdə böyük döyüş tirinin tikintisinə 250 min dollar xərcləyib. Həmin yerdə döyüş silahları saxlanılacaq. Ancelina Colinin silaha marağı hamıya məlumdur. Tir indi onun stresini atacağı yer olacaq. Bred Pitlə dalaşıb qapını çırpıb çıxanda tirə yollanıb bütün hirsini silahlarla hədəfdən çıxaracaq.

Yeri gəlmişkən, aldıqları köhnə qəsrin zirzəmisində on illərlə yığılmış şərablar var. İndiyə qədərki qəsrin sakinləri bu ənənəni davam etdirib kolleksiyanı zənginləşdiriblər. Ənəni Bred Pit də davam etdirmək fikrindədir. Hətta özü də içki istehsal edəcək.

Toyu həmin qəsrdə, özü də xudmani şəraitdə etmək istəyirlər. Deyiblər ki, pulu böyük toy mərasiminə xərcləməkdənsə uşaqlara və xeyriyyə tədbirlərinə xərcləmək daha yaxşıdır.

Ramilə QURBANLI
# 3500 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər