Özünü pəncərələrə çırpan balaca sərçə - Sevinc Elsevər Elinaya şeir yazdı...

Özünü pəncərələrə çırpan balaca sərçə - <span style="color:red;">Sevinc Elsevər Elinaya şeir yazdı...
12 aprel 2019
# 12:21

Kulis.az Sevinc Elsevərin “Elinaya” şeirini təqdim edir.

Xəttimiz ilk müəllimimizin bizə yadigarıdır

onun bizə sevgisini

sevgisizliyini anladır

sənin xəttin necə idi, Elina?

“İlan-qurbağa”ydı, ya sədəf kimi?

ilk müəllimin əlindən tutub

necə tale yazdırdı sənə?

Məktəbə başladığın gün

necəydi hava?

Günmü doğmuşdu

yağışmı yağmışdı?

əlində balaca çantan

gülün-çiçəyin

getdiyin küçədə

qarşından qara pişikmi keçmişdi?

Allahın bacısı oğlumu üzmüşdü səni,

şikayət etdin də

dinləmədi

dualarını eşitmədi?

İndi bütün pəncərələr səni xatırladır

sən ey yolunu azıb

daş binaların içinə düşən

otaqlarında vurnuxan

qəddar əllərdən canını qurtarmaq təlaşıyla

özünü pəncərələrə çırpan

balaca sərçə,

hara uçdun,

hara qaçdın,

yox oldun belə?!

# 4491 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #