İlham Mirzəyevin dedi-qodusu
2 iyun 2011
09:53
Teleaparıcı, psixologiya elmləri namizədi, astroloq, şair İlham Mirzəyevin humanist, qayğıkeş obrazı, qadın dedi-qodusu ruhunda söhbətləri, sualları məni qıcıqlandırmır. Əksinə, məzəli gəlir. Hətta o bu istedadı ilə komediya filmində və ya tamaşada uğurla oynaya bilərdi.
Di gəl ki, İ.Mirzəyev televiziyaya dəxli olmayan adamdır. Daha doğrusu, bu gün telekanallarda çalışan çoxlu sayda təsadüfi adamlardan biridir.
Yazımda İ.Mirzəyevin aparıcısı olduğu “Bizi barışdırın” tok-şousundan danışacam.
Yaxınlara qədər adını çəkdiyim tok-şoudan bixəbər idim. Günlərin birində Space kanalında haray-həşirlə, təhqirlə, qarğışla rastlaşdım. Məni maraq elə bürüdü ki, studiyada nələrin baş verdiyini, hisslərini cilovlunu buraxan qadınların, kişilərin qəzəbinin motivini anlamaq üçün proqramı sona kimi izlədim.
Məsələnin məğzini qisaca anladım: gənc bir kişi tələbə vaxtı sevdiyi qızın bakirəlyini “əlindən alıb”( doğrusu burda bir qədər düşünməli oldum. Əcəba, nə yazsam daha uyğun gələr? “Əlindən almaq”, “pozmaq”- əziz oxucular, başqa variantlarınız varsa, o zaman seçimi sizin öhdənizə buraxıram) və sonra onunla evlənməyib.
Bəzi melodramatik filmlərdə olduğu kimi -başqa qadınla evlənən kişinin ailə həyatı çox uğursuz olub. Qəhrəman barmağını dişləyib və anlayıb ki, ey dili qafil, uğursuzluqları onun nə zamansa etdiyi günahının nəticəsidir.
İ.Mirzəyevin verilişinə pənah aparan kişi cavanlıq səhvini gec də olsa düzəltməyi qərara alır və mərhəmətli astroloqdan onu qızla barışdırmağı xahiş edir. Və beləcə məsələ ictimaiyyətin müzakirəsinə çıxarılır.
Predmetin tragikomik, dəvət olunan iştirakçıların saxta və ya həqiqi olub-olmaması məsələsini bir kənara buraxıb, tamamilə başqa məqamlardan danışaq.
Təbii ki, tok-şouda “dar ağacına çəkilən” gənc kişi idi. Adam hadisəni nəql edəndən sonra studiyada ona ünvanlanan təhqir yağışına məruz qaldı:
“Nə qədər bişərəf, axırıncı adam olasan ki, belə bir ziyalının, şəxsiyyətin (yəni İ.Mirzəyevin- S.S) verilişinə gələsən”.
“Səni görüm maşın altında qalasan”.
“Utan, utan üzün də var danlşmağa”.
“Biqeyrət oğul”.
“Sən əxlaqsızsan”.
“Sən səviyysəsiz ailənin oğlusan” və s.
Sonra studiyaya daxil olan, uğursuzluqların səbəbkarı qadın da kişiyə bir neçə “daş” atdı:
“Sən bişərəf, binamussan ki, məni aldatdın”
Söyüşləri, təhqirləri sakitcə, ləzzətlə izləyən və üzündə məmnunluq ifadəsi dolaşan İ.Mirzəyev isə kişiyə “sənə demişdim ki, başını tumarlamayacaqlar” söylədi.
Çoxsaylı titullarının olmasına rəğmən İ.Mirzəyevin televiziyanın qanunları, jurnalistika haqda ən zəruri, adi bilgiləri almağa ehtiyacı var.
İndi mütəmadi olaraq yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə jurnalistika kursları keçirilir. İ.Mirzəyevin arada belə kurslara baş çəkməsi onun üçün faydalı olardı.
Əgər vaxtı yoxdusa, o zaman onun üçün burda bir-iki zəruri qeyd edə bilərəm.
“Bizi barışdırın” janrına görə tok şoudur. Və tok-şou Linç məhkəməsi demək deyil.
Mənbəyini ingiliscədən alan “talk show” danışıq, söhbət şousu anlamına gəlir. Yəni tok-şouda söymürlər, təhqir etmirlər, əksinə insanlar bir- birinin heysiyyatına toxunmadan, sivil şəkildə fikrilərini sərbəst ifadə edir.
Jurnalist, teleaparıcı - hakim və ya müstəntiq deyil. O,
- mövqelərindən asılı olmayaraq müsahiblərin hüquqlarına hörmətlə yanaşmağı bacarmalı,
- müsahibin ona ünvanlanan tənələrə cavab verməsi üçün imkan verməli,
- bütün tərəflərə fikirlərini ifadə etməsi üçün eyni şəraiti yaratmalı,
-tərəfsizlik nümayiş etdirməli,
-söyüşün, təhqirin səslənməsinə yol verməməlidir.
Hətta müsahib ən qatı cinayətkar olsa belə jurnalistin onu ittiham və təhqir etməyə, başqalarına da bu şəraiti yaratmağa ixtiyarı yoxdur.
....”bilməm anlata bildimmi?”

10035 dəfə oxunub