Avropa “erməni soyqırımı” filminə inanmadı MÖVQELƏR

Avropa “erməni soyqırımı” filminə inanmadı <span style="color:red;">MÖVQELƏR
2 sentyabr 2014
# 16:58

71-ci Venesiya kinofestivalının əsas proqramında türk əsilli alman rejissoru Fatih Akının “Çapıq” (The Cut) filmi nümayiş olunub. İngilis dilində çəkilən film Almaniyanın, Fransanın, Türkiyənin, Polşanın, Kanadanın, Rusiyanın prodakşn şirkətlərinin dəstəyi ilə çəkilib.

Film Türkiyədə guya 1915-ci ildə baş verən “erməni soyqırımı”nın nəticələrindən danışır. Əlcəzair əsilli fransız aktyoru Tahar Rahimin oynadığı əsas qəhrəman gənc erməni bu “soyqırım” zaman sağ qalır və bilir ki, onun iki qızı yaşayır. O, qızlarını tapmaq üçün dünyanı gəzir.

Kulis.Az filmlə bağlı dünya mətbuatında yer almış tənqidi fikirləri təqdim edir:

Fatih Akın çalışıb ki, “Küləklə sovrulanlar” üslubunda böyük epoxanı əhatə edən hissiyyatlı, duyğusal kino çəksin, amma bu kinematoqrafik format alınmayıb. Xoreoqrafik kütləvi səhnələr, hissiz dialoqlar, əsəbi, coşqun ovqat gətirən musiqi publikanın filmdə emosional iştirakına, ona daxil olmasına imkan vermir. Akından bəslənən “böyük ümidlər” özünü doğrultmayıb.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti, Susanne Ostwald

Son filmi “Soul Kitchen”i 2009-cu ildə çəkən Fatih Akın ilk dəfədir ki, tarixi materialla işləyir. Nəticə isə çox naşı alınıb: Film gündəlik həyatdan görüntülərlə başlayır və bu görüntülərdə təsvir texnikasının funksionallığı azalır, hər şey sürətlə baş verdiyindən, tələm-tələsik situasiya yaradıldığından, film məhz səthi qalır. İşgəncə, qətllər, uzun səyahət təsvirləri, qızlarının hələ sağ qalması “Çapıq” filmini sxematikləşdirib.

Avstriyanın „Der Standard.at“ saytı, Isabella Reicher

Fransız rejissoru Jak Odiyarın “Peyğəmbər” filmindən tanınan, əlcəzairli ulduz Tahar Rahim çox təəssüf ki, həmişə eyni görkəmdədir, eyni mimikalara malik ifadəli üzü, dəyişməyən, sadəlövh siması var. Və o dəhşətlərdən keçərək dünyanı gəzir, amma nə daxili ruhu, nə zahiri görünüşü insana təsir edir. Onun dünyada cəhənnəm yaşaması nə ruhunda, nə üzündə gözə çarpan izlər buraxmır. On il yoxsulluq, bədbəxtlik, ehtiyac içində yaşamasına və ölüm təhlükəsinə baxmayaraq, bir gün də olsun qocalmayıb. Onun bu çətinlikləri yaşamasına bir saniyə də olsun inanmırsan.

Almaniyanın „swr2.de“ saytı, Rüdiger Suchsland

“Çapıq” filmini sadəlövh, hətta vulqar hesab etmək olar. Və yaxud da buna sadəcə bütün ümidlərin itirilmədiyi müharibə filmi kimi də baxmaq olar.

Almaniyanın “Zeit” qəzeti, Julia Dettke.

Rejissorun cəhdlərinə baxmayaraq, “Çapıq” uğursuzdur. Əsas məqsəd - dünyanı bu hadisənin "qurbanlarının" dərdinə şərik etmək məqsədi alınmayıb. Filmdə hadisələrin səbəbi qarışıq izah edilir. “Çapıq”ın seansında iki kateqoriya tamaşaçı – həssas ev qadınları və bundan zərərçəkənlərin qohumları ağlaya bilər. Amma bu, yetərli deyil. Bütün publikanın ağlaması lazım idi.

Filmin ən böyük əskikliyi odur ki, Osmanlı rəhbərliyinin ermənilərlə bağlı başlatdığı bu hadisənin hardan qaynaqlanması ilə əlaqədar heç nə deyilmir.

Afisha.ru saytı, Anton Dolin

Rejissor özü filmlə bağlı deyir: “Mən bir soyqırım filmi çəkmədim. Heç bir siyasi gəlişmədən xəbəri olmayan mardinli erməni dəmirçinin başına gələnləri anlatdım. Hadisələrə onun pəncərəsindən baxdım.

# 3014 dəfə oxunub

Müəllifin son yazıları

# # #