Kulis.Az “Baxılası 50 film” layihəsində Jan Renuarın “Oyun qaydaları” filmini təqdim edir.
Jan Renuar (1894-1979), fransız rejissoru, impressionizmin əsas nümayəndələrindən sayılan rəssam Ogüst Renuarın oğludur.
Eksperimentaldan tutmuş sosial drama qədər ən müxtəlif janrlarda işləyən Renuarın təhkiyə üslubuna dərin fəlsəfi, düşüncə, istehzalı manera xasdır.
Onun ilk filmlərində impressionizmə yaxın natura çəkilişləri, aktyor oyunundaki şairanəlik güclüdür.
Səsli kinonun meydana gəldiyi dövrlərdə studiyalar səsləri imitasiya edəndə Renuar ilk dəfə “On purge bebe” (hərfi tərcümədə “Uşağı təmizləyirik”) filmində ilk dəfə təbii səslərdən istifadə etdi. Və onun eksperimenti uğur qazandı.
Bu dəfə Renuarın uzun illərdir kino mütəxəssislərinin ilk onluğunda yer alan, fransiz kinematoqrafiyasının dahiyanə əsərlərdən sayılan “Oyun qaydaları” dramından danışacağıq.
Məzmunu: Fransa İkinci Dünya müharibəsi ərəfəsindədir. Təyyarəçi Andrenin evli və zəngin qadın Kristinlə sevgi macərası var. Arvadının eşq romanını bilsə də əri onu itirmək istəmir. Sonra hadisələr, Andre də daxil olmaqla yüksək təbəqəyə məxsus adamların qonaq olduğu şəhərkənarı malikanədə davam edir. Uik-end və ov zamanı yüksək çəmiyyətin amansız qanunları ilə qəddar oyun başlayır...
1939-cu ildə “Oyun qaydaları”nın premyerası zamanı tamaşaçılar filmi qəzəblə qarşılayırlar. Onlar ağır, düşündürücü yox, sadəcə, əyləncəli, qayğılardan uzaq film istəyirdilər.
Tamaşaçılarn qəzəbli reaksiyasından sonra prokatçılar rejissordan filmdə radikal dəyişikliklər tələb edir.
Renuar böyük rol oynayan ikinci dərəcəli epizodları və ləng templi kadrları kəsməyə məcbur olur.
“Oyun qaydaları”nın ilk dəqiqələrində seyrçiyə elə gəlir ki, o, yüngül bir melodram izləyəcək. Amma gedişatda intriqlar artır, hadisələr gülünc, gözlənilməz axara düşür.
Film təkcə burjua yox, ümumən cəmiyyətin bütün qatlarının satırik portretidir. Şovinist fransızlar fransız aristokratiyasının sinik, riyakar təsvirinə etiraz olaraq filmin nümayiş olunduğu kinoteatrları yandırmaq da istəyiblər.
Həmin illərdə Fransa hökuməti və daha sonra nasisitlər filmi pozğunluq kimi qiymətləndirərək kinoteatrlarda nümayişinə qadağa qoyur.
“Oyun qaydalar”ını kino tənqidçiləri də həzm edə bilmirdi. Məsələn, onu qarışıq, əlaqəsiz, dramaturgiyasi olmayan pinti əsər adlandırıdılar.
Müharibədən sonra film yenidən qiymətəndirildi. Fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazenə görə, bu, şedevr idi: “Demək olar ki, dramaturji struktursuz keçinən, yalnız əks-sədaların, eyhamların, müxtəlif temaların hörgüsü olan “Oyun qaydaları”nda reallıq və əxlaqi ideya səsləşir, fikir, ritm pozulmur, bundan başqa film əla qurulub, bir kadr belə yersiz görünmür”.
İkinci Dünya müharibəsindən sonra film ilkin variantına qaytarıldı, 1959-cu ildə Renuraın razılığı ilə tam versiyası bərpa olundu.
“Oyun qaydaları” həm də kameranın mürəkkəb və rəvan keçidləri, məşhur ov səhnəsi - müharibəni öncə görməsi, kadrlarda arxa və ön planda baş verənlərin eyni əhəmiyyətə malik olması ilə unikal sayılır.
İtalyan kinosunun ustalarından biri Bernardo Bertoluççi “Oyun qaydaları” ilə bağlı məqaləsində yazır:
“Mən birinci dəfə “Oyun qaydaları” filmini 19-20 yaşımda görmüşəm. Filmə yenidən, yalnız 5 il sonra baxa bildim, amma illər əzrində o, mənimlə bərabər oldu. Sanki yuxu kimi: detalları xatırlamırdım, ancaq ümumi hissiyyat. Çox güclü duyğu. Bu film mənim üçün əhəmiyyətli hadisə oldu. Çünki belə bir ekran əsərini 60-cı illərdə görmək çətin idi. Film bir neçə versiyada mövcud olsa da, bizdə onda nə videokasset, nə DVD var idi. Onu tapmaq faktiki olaraq qeyri real idi. 1970-ci illərdə nəhayət, ona yenidən baxdım. Və müntəzəm olaraq 50 yaşına kimi izlədim.
“Oyun qaydaları” İkinci Dünya müharibəsinə az qalmış çəkilib. Orda villaya yığışan kompaniyanın ova getmə səhnəsi var. Onlar quş və dovşanları öldürür və ov getdikcə qanlı vuruşa çevrilir. İndi bu səhnə həqiqətən peyğəmbərcəsinə çəkilmiş görünür: sanki Renuar tezliklə bütün Avropanı saran müharibəni əvvəlcədən görür.
Renuar fransız impressionistləri ilə XX əsrin Fransası arasında əlaqələndirici həlqədir. Bəzən belə təəssürat yaranır ki, onun qəhrəmanları atasının tablolarından gəlib. Amma məni xüsusilə, Renuarın qəhrəmanalrına sevgisi heyran edir. O, yaxşıları da, pisləri də sevir. O adamları sevir ki, qorxunc səhvlər edir. O adamları sevir ki, ekranda bir neçə dəqiqəliyə peyda olur.
Özüm də həmişə buna can atmışam.
İlk filmimi çəkəndə 21 yaşım vardı və onda hələ “Oyun qaydaların”ı yenidən izləmək imkanım olmamışdı, amma onu xatırlayırdım.
İtaliyada “XX əsr” filmini işləyəndə uzun bir kadrda çəkilmiş toy səhnəsi ilə Renuarı bilərəkdən təqlid elədim. Səhnənin sonunda Robert de Niro deyir: “Artıq gecdir, indicə yağış başlayacaq. Evə qayıdaq”. Bu, “Oyun qaydalar”ının finalındandır.
Los Ancelesdə aktyorları seçəndə, mənə zəng edib dedilər ki, Renuar filmilərimdən birini görüb və çox bəyənib. O, mənimlə şəxsən görüşmək istəyirdi. Həyat yoldaşımla evinə getdik. 1974-cü il idi, Renuarın artıq 80 yaşı vardı, amma ağlı tamamilə yerində idi. Biz təcrübələrimizi bölüşdük, çəkilişin hər cürə texniki aspektindən danışdıq. Mənə elə gəldi ki, gənc oğlanla danışıram”.
Filmə burdan baxa bilərsiz.
Vim Venders “Berlin üzərində səma ” filmi
Con Fordun "Dilican" filmi.
İnqmar Berqmanın "Persona" filmi.