Cavanşir Yusifliylə vicdan söhbəti

Cavanşir Yusifliylə vicdan söhbəti
24 sentyabr 2019
# 21:01

Həmişə bu fikirdə olmuşam ki, Azərbaycan ədəbiyyatının istedaddan çox, vicdana ehtiyacı var. Bu, heç də gəlişigözəl söz deyil.

Məmləkətdə az qala hər addımbaşı maraqlı bir insanla rastlaşırsan. Fəqət, yetər ki, bu insanlar mikrofon görsünlər, kamera görsünlər...

Bu, bizim milli-çoğrafi problemimizdir ki, zaman-zaman tərəqqimizə əngəl olub. Xüsusən insan ədəbiyyat adamıdırsa, xüsusən tənqidçidirsə vicdan hissini heç vaxt itirməməlidir. Əks təqdirdə onun yazdıqlarında “əsla əsər olmayacaq”.

Cavanşir Yusifli – içində məhz o vicdan duyğusunu itirməyən çox az qələm adamlarındandır. Ona qeydsiz-şərtsiz inanıram. Biliyinə, istedadına və dünyagörüşünə görə səhv etməyəcəyinə, vicdanına görə yalan yazmayacağına əminəm!

Bu gün gözəl müəllimimiz, dostumuz, adını duyanda, yazılarını görəndə sevindiyimiz Cavanşir Yusiflinin doğum günüdür!

Onu Kulisçilər adından ürəkdən təbrik edir, can sağlığı və uğurlar arzulayıram!

# 3490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #