Döyüşə hazırlanan erməni qızlar haqda 7 cümlə

Döyüşə hazırlanan erməni qızlar haqda 7 cümlə
3 oktyabr 2020
# 11:38

"Müharibə qadın simalı deyil" deyir Nobel mükafatlı yazıçı Svetlana Alekseyeviç.

Keçən dəfə dostlara zarafatyana demişdim, müharibə elə qadın simalıdır, əks halda adı "müharibə" yox, "müharib" olardı.

Bu yersiz zarafat ağlıma son günlər sosial şəbəkədə dolaşan erməni hərbçi qadınlarını görəndə gəlmişdi.

Bəlkə də bütün müharibələrin yaranmasının kökündə qadın durur, amma bu fəlsəfi kontekstdə doğrulana biləcək iddiadır, Qarabağ döyüşünə qəti aid deyil.

Ermənistan cəbhədəki hazırki durumu Qafqaz dikbaşlığı ilə gizlədərək, əsgərlərini sona qədər güdaza verməkdə qərarlı görünür, çünki bitmiş döyüş əhvallarını qaldırmaq üçün "qadın bölüyü"nün yaradıldığını nümayiş edir.

Təbii ki, bu addım döyüşdən soyumuş erməni əsgərlərini yenidən cəbhəyə qaytarmaq üçün sonuncu fənddir.

Həm də, Qafqazda qadınlar döyüşə adətən sonda qatılır - sonuna çatırıq.

# 12423 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #