Dünyanın ən yaxşı 12 filmindən biri sayılan Azərbaycan kinosu – Maraqlı fakt

Dünyanın ən yaxşı 12 filmindən biri sayılan Azərbaycan kinosu – Maraqlı fakt
3 fevral 2020
# 13:18

Ölkəmizdə məşhur olmasa da, "Ən mavi dənizin sahilində" filmi dünyanın ən yaxşı 12 filmindən biri kimi dəfələrlə nüfuzlu kino tənqidçilərin siyahısında yer alıb.

Kulis.az xəbər verir ki, dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilib.

Gallery

Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. Müraciət 3 kateqoriya təqdim olunub: kinonun incəsənətin kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən), müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən), şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən).

Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Ən mavi Dənizin Sahilində" filminin adı da vardı.

Gallery

“Ən mavi dənizin sahilində” (bəzi mənbələrdə "Mavi dənizin sahilində") filmi 1935-ci ildə Boris Barnet və Səməd Mərdanov tərəfindən lentə alınıb. Filmin ssenari müəllifi Klimenti Mintsdir.

Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.

Gallery

Qeyd edək ki, “Ən mavi dənizin sahilində” filmi kino tarixinə həm də Azərbaycanın və SSRİ-nin ilk səsli filmi kimi düşüb. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

# 26148 dəfə oxunub

Müəllifin son yazıları

# # #