Yeni həyata başlamaq üçün 10 məsləhət

Yeni həyata başlamaq üçün 10 məsləhət
7 fevral 2022
# 17:30

Kulis.az “Yeni həyata başlamaq üçün 10 məsləhət” yazısını təqdim edir.

Köhnə həyatdan qurtulmaq

İrəli getmək istəyirsinizsə, öz qabağınızdan çəkilin, yeni bir həyata başlamaq istəyirsinizsə, köhnəsindən qurtulun. Əvvəlcə insanları, sonra yerləri, ən sonda da xatirələri geridə qoymaq.

Şüarlarla yaşamamaq

"Carpe diem", "namaste", "anı yaşamaq" və s. kimi kökü əsassız olan, mənasız fəlsəfi sözlərdən və sadəcə qulağa xoş gələn bu cür şeylərdən və bütün "izm"lərdən qurtulmaq.

Plan qurmamaq

Yəqin çoxunuz razılaşar ki, həyatda nə plan qurursansa daima əksi olur. Ona görə də, həyatda nə olacağın haqqında bir fikrin olmayan dünyada yaşamaq. Bir qazananmı, ya itirənmi olmağın bir mənasının olmadığını anlamaq. Üst-üstə yığılan problemləri qabağına qoymaq və ən altdakını dartmaq.

Həyata yeni bir baxış

Həyatınız ona necə baxdığınıza görə dəyişir. Yeni bir baxış bucağı, bambaşqa bir həyat deməkdir.

Cəsarət

Ən birinci şey cəsarətdir. Yoxlayın. Cəsarət yolun yarısıdır.

Müsibət

Başınıza travmatik və dramatik bir hadisə gəlməyibsə, yeni bir həyat hələ üfüqdə görünmür deməkdir. Dost aldanışı, xəyanət, kimisə itirmək, alçalmaq və s. Əlbəttə, bu o demək deyil ki, başınıza müsibət gəlməyibsə yeni bir həyata başlaya bilməzsiniz. Sadəcə bunları yaşayanlar daha iradəli, cəsur və dibi görmüş olurlar.

Nə istədiyini bilmək

Həyatdan nə istədiyini bilməlisən. Yoxsa daima ora-bura yırğalanacaqsan. Bu istək, yüksək maaşlı bir işi tərk edib, tanqo rəqs müəllimi olmaq da ola bilər, ailəni, dostlarını, həzlərini, özünü silib başqa bir ölkəyə getmək də ola bilər, yüksək bir vəzifə tutmaq da ola bilər. Yetər ki, nə istədiyini bil.

“Əşşşi”

“Əşşşi” deməyi bacarmaq. “Əşşşi”də, həyatı çox da ciddiyə almamaq, hüzn, vecsizlik, ümid və daha başqa şeylər yatır. Həmişə yuxarıda saxladığınız bir “vecsizlik” olsun. O vecə heç nə çata bilməsin, heç nəyi vecinizə almayın.

"Mən"

Ən sonda bunu bilin ki, öz məninizi dəyişmək lazımdır. Əgər o "mən"lə başqa ölkəyə də getsəz, çoxlu pul da qazansanız, nə istədiyinizi də bilsəniz, cəsarətli də olsanız, fərq olmayacaq. İlk növbədə məninizi dəyişin (təbii ki yeni bir həyata başlamaq istəyirsinizsə). Bunun üçün, əvvəlcə ruh, sonra bədən sağlığınıza diqqət edin. Fikirlərinizi dəyişin, öz əxlaq qaydalarınızı yaradın, kitab oxuyun, kitab.

Tərk etmək

Tərk edin! Kimisə, sizi xoşbəxt etməyən adamı, yaxud sizə hüzur verməyən şəhəri tərk edin. Tərk etdikcə, daha çox xoşbəxt olacaqsınız və onda yeni həyat sizə daha maraqlı gələcək.

# 9281 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər