Prezident Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edibYENİLƏNİB

<b>Prezident Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib</b> – <span style="color:red;">YENİLƏNİB
2 noyabr 2017
# 22:20

Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

APA-nın məlumatına görə, Xalq Artistini təbrik edən prezident İlham Əliyev R. Abdullayevin uzun illərdir Azərbaycanın musiqi sənətinə böyük töhfə verdiyini bildirib:

“İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə can sağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmisiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmısınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamısınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz. Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Bilirəm ki, onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olan “İstiqlal” ordeni ilə də təltif edilmisiniz”.

Prezident İlham Əliyev “İstiqlal” ordenini Xalq Artisti Rauf Abdullayevə təqdim edib.

Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini minnətdarlıqla xatırlayan R. Abdullayev bunları deyib: “Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var nə yox, işlər necədir? Arzularımızı ona söyləyərdik və o, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi. Siz də onun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmisiniz, onlara fəxri adlar, ordenlər vermisiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, işlərinizdə uğurlar diləyirəm”.

*** 14.08

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumatı yayıb.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 28-də Rauf Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R. Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.

R. Abdullayev Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti, "Dövlət mükafatı" və "Şöhrət" ordeni laureatıdır.

# 2055 dəfə oxunub

Oxşar xəbərlər

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Şekspir fantastikasını kətanda canlandıran rəssam -  "Yay gecəsinin yuxusu"

Şekspir fantastikasını kətanda canlandıran rəssam - "Yay gecəsinin yuxusu"

11:30 6 sentyabr 2026
"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

15:30 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər