"Üzeyir bəyin xahişilə Mircəfər Bağırov atamla əmimi həbsdən azad etdi"

"Üzeyir bəyin xahişilə Mircəfər Bağırov atamla əmimi həbsdən azad etdi"
30 yanvar 2015
# 23:52

Bu ilin dekabrında 85 yaşım tamam olur. Yəqin ki, bu il də böyük təntənəli yubileyim keçiriləcək. Böyük və mənalı bir ömür yaşamışam. Ətrafımda dahi sənətkarlar olub. Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov kimi şəxsiyyətlər bizim qonşu idilər. Ən böyük xoşbəxtliyim isə atam, tarzən Əhməd Bakıxanovun oğlu, Üzeyir Hacıbəyovun rektorluğu dövründə isə konservatoriyanın tələbəsi olmağımdır. Məhz Üzeyir bəyin məsləhəti ilə mən skripka ifaçısı oldum. O, atama dedi ki, Avropa musiqi alətləri üzrə ifaçılarımız azdır. Yaxşısı budur, Tofiq skripka sinfində təhsil alsın. Beləcə, konservatoriyanın nəzdindəki onillik musiqi məktəbinin skripka sinfinə qəbul olundum." Bunu APA.tv nin efirində yayımlanan "Ulduz axını" verilişinin qonağı xalq artisti Tofiq Bakıxanov deyib.

Xalq artisti onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov adına ilk təqaüd alan tələbə olub. "Üzeyir Hacıbəyovun 60 illik yubileyində "Arşın mal alan" musiqili komediyasından fantaziya ifa etdim. Üzeyir bəy ifamı çox bəyəndi. Bundan əvvəl də başqa əsərlərini ifa etmişdim. İstedadıma bələd idi. Ona görə də məni imtahansız konservatoriyaya qəbul etdi. Ancaq bir müddət sonra o dünyasını dəyişdi. Ölümündən sonra Üzeyir Hacıbəyovun adına təqaüd təsis edildi. Mən də məhz bu təqaüdə layiq görülən ilk tələbə oldum."

Uşaqlıq xatirələrini bölüşən Tofiq Bakıxanov ata və əmisinin İran muğamlarını təbliğ etdikləri üçün həbs olunmasından danışıb. "Əlbəttə, bu söhbətlər sadəcə əsassız iddialar idi. Atam Əhməd Bakıxanov və əmim şər atılaraq həbs olundu. Anam Üzeyir Hacıbəyovun yanına gedib onların günahsız həbs olunduğunu və onlara köməklik etməyini xahiş etdi. Üzeyir bəy Mircəfər Bağırovla danışanda o, Bakıxanovlar nəslini yaxşı tanıdığını və atamgili azad edəcəyinə söz verdi. Bu danışıqdan sonra atam və əmim həbsdən azad olundular."

Heydər Əliyevlə xatirələrini bölüşən xalq artisti indiyədək yaradıcılığına dövlət tərəfindən böyük dəstək və qayğı gördüyünü dilə gətirərək razılığını bildirdi. "70 illik yubileyimdə Heydər Əliyevin sərəncamı ilə mənə "Şöhrət Ordeni" verildi. Bu, mənim yaradıcılığıma və əməyimə böyük dəyər idi. Yadımdadır ki, Heydər Əliyevlə qısa və maraqlı söhbətimiz oldu. Mənim atam Əhməd Bakıxanova da ömrünün sonlarına yaxın məhz Heydər Əliyevin sərəncamı ilə Xalq artisti adı verilmişdi. Görüşdə bunu da xatırladım təşəkkürümü bildirdim. Gələcəkdə bizim nəslin nümayəndəsinin məhz Əliyevlər tərəfindən yenə də mükafat almasını arzuladığımı söylədim"

# 3833 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

12:00 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər