Məşhur rejissor hansı filmləri təhlükəli sayır? - HƏYAT QAYDALARI

Məşhur rejissor hansı filmləri təhlükəli sayır? - HƏYAT QAYDALARI
25 may 2016
# 14:50

Kulis.Az dünyaca məşhur rejissor Cim Carmuşun həyat qaydalarını təqdim edir:

- Həmişə yapon filmi çəkmək istəmişəm, amma məlum şərait buna mane olur.

- Belə bir gələcək təsəvvür edin: Amerika imperiyasının süqutundan sonra Şərqdən adamlar gəlib bizim mədəniyyətlə tanış olmaq istəyəcəklər. Onlar rok ulduzların və kinoulduzların evinə gedəcəklər, bu, bizim mədəniyyətin aşağı yuxarı hamısıdır.

- Uşaqlıqda anam məni “Selik”, “Nəhəng monstr yengəcin hücumu”, “Qara körfəzdən olan məxluq” filmlərinə baxmağa kinoteatra aparırdı. Filmlər də çox xoşuma gəlirdi. 17 yaşımda Ohayodan çıxıb Nyu-Yorka gəldim və kəşf etdim ki, filmlərin hamısında Monstr-yengəclər olmur.

- Adamlar dəbdə olan şeylər haqda həddən artıq çox düşünürlər. Bunun mənim üçün əhəmiyyəti yoxdur. İstənilən halda, dəbdə olan hər şey, keçmişə aiddir.

- Jan Klod Vandamdansa, Stiven Siqaldansa Dolfanı üstün tuturam. O robota oxşayır və bu birilər kimi yalandan özünü elə aparmır ki, guya onun qəhrəmanları mənəvi-əxlaqi dilemma qarşısındadırlar.

- Mənə elə gəlir ki, artıq Amerika və Avropada terrorizm effektiv deyil, çünki onu asanlıqla hər cür tənqidi fəaliyyətə qarşı dövlətin silahına çevirmək olar.

- Müstəqillik anlayışı – məhduddur. Sizi müstəqil adlandırmaq olmaz, əgər siz filmi öz hesabınıza çəkmirsinizsə. Bunu da ağlı başında olan heç kim etmir.

- Biz öz planetimizi tamahkarlığımız, acgözlüyümüz üzündən korlamışıq. Böyük mənada bu planetdə nəsə etmək üçün o qədər gecikmişik ki, mənə ən sadə şeylər daha vacib gəlir, məsələn kimlərsə gəzmək, söhbət etmək, və yaxud buludun üzüb getməsi.

- Kinoda pauza sözdən vacibdir, bir dəqiqəlik sükut dialoqdan vacibdir, çünki həyatda da belədir.

- Tamaşaçı başa düşməlidir ki, ona başdansovdu yanaşırlar, onu kürək-kürək zir-zibil yedirirlər. Məsələn, gənclərin bakirəliyini itirilməsi haqda nə qədər filmə baxmaq lazımdır ki, anlayasan: “Lənət şeytana! Deyəsən burada nəsə bir formul var”.

- Tarantinonun əhvalatlarını strukturlaşdırması xoşuma gəlir. Amma onun saundtrekləri bərbaddır. Bu elə ona qədər də baş vermişdi; gəlin dinməz-söyləməz popsa mahnılarını götürüb filmə bir yerdən dürtüşdürək.

- Mən qadınları sevirəm, tamamən kişi cəmiyyətində özümü birtərəfli hiss edirəm.

- Bir dəfə mən Roberto Benini ilə Romada bir fəhlə yeməkxanasına girmişdik. Orada uzun stollar var idi, hamı bir yerdə otururdu. Biz mavi kombinzonlu adamlarla nahar etdik. Benini onlarla Dante, Ariesti və XV əsr italyan şairləri haqda söhbət etdi. İndi bundan sonra qayıt get bu lənətə gəlmiş Vayominqə, bara gir və orada “poeziya” sözünü işlət; adamın dalına təpik vurarlar.

- Təhsil – 5 faiz həqiqətən vacib şey öyrənmək üçün 95 faiz itirilən vaxtdır.

- Məni ölkələrə, millətlərə, zamanlara bölmək maraqlandırmır. Əvvəl bitniklər oldu, sonra hippilər, sonra panklar - bunlar hamısı dalğalardır. Əgər ona yuxarıdan baxa bilsəniz, görərsiniz ki, onlar bir okeandan gəlir, daim ayrılır, coşur və bir-birinə qovuşurlar.

-Mən bilərəkdən, ya da bilməyərəkdən kapitalizmin, rasizmin, tamahkarlığın, uğurun, xristianlığın, istehlak vahidi kimi ailənin təbii qayda-qanunlar olmasını təkid edən kinoya səmimi qəlbdən nifrət edirəm. Mən belə kinonu təhlükəli sayıram.

# 1331 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #