Xədicə İsmayıldan Nigar Köçərliyə: “Xalid Hüseyni Əfqanıstanda çap edilməyib”

Xədicə İsmayıldan Nigar Köçərliyə: “Xalid Hüseyni Əfqanıstanda çap edilməyib”
18 sentyabr 2013
# 11:18

Nigar Köçərlinin qalmaqal yaratmış fikirlərinə jurnalist, Xalid Hüseynin “Çərpələng uçuran” romanının tərcüməçisi Xədicə İsmayıl da qoşulub. Jurnalist Facebook profilinə yazdığı qeyddən Nigar Köçərlinin “Xalid Hüseyn kimi yazın, kitablarınız satılsın” fikirlərinə etiraz edib: “Praqada əfqan həmkarlarımı gördüm. Soruşdum "Xalid Hüseyninin kitabları Əfqanıstanda hansı tirajla satılır?" Sualıma mat qaldılar doğrusu. Sən demə dünya bestselleri, mənim azərbaycancaya tərcümə etdiyim “Çərpələng uçuran”ı puştu dilinə heç tərcümə də eləməyiblər. Fars dilinə bir tərcüməsini samizdat üsulu ilə çap ediblər, o da boykot olunub”.

Jurnalist Xalid Hüseynin Əfqanıstanı özü üçün çox təhlükəli saydığını da bildirib: “O Əfqanıstana gələndə Amerika səfirliyində yaşayır, küçəyə çıxanda üzünü dəyişdirir çıxır ki, küçədə tanıyan olmasın. Təsəvvür edin ki, yazıçının qanına susayan təkcə puştular deyil, həm də dərdini anlatdığı həzaralardır. İnciyiblər ki, niyə bizim zorlandığımızı qələmə alırsan. Bir sözlə, vətənində peyğəmbər olan yoxdur. İngiliscə, bacarsanız ispanca yazın...”

# 5039 dəfə oxunub

Oxşar xəbərlər

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər