Beynəlxalq Federasiya nazirə məktub yazdı - YUĞ MƏSƏLƏSİ

Beynəlxalq Federasiya nazirə məktub yazdı - YUĞ MƏSƏLƏSİ
21 yanvar 2016
# 17:08

Beynəlxalq Aktyorlar Federasiyası (FİA) üzvü və Türkiyə təmsilçisi TOBAV Dövlət Teatrı Opera və Balet İşçiləri Yardımlaşma Vəqfinin idarə heyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlayıb.

Kulis məktubun mətnini olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə Ankaradan.

Türk dünyasının yetişdirdiyi ən önəmli teatr sənətkarlarından biri olan rəhmətlik Vaqif İbrahimoğlunun qurucusu olduğu YUĞ Dövlət Teatrının yerləşdiyi tarixi binanın sökülərək yerinə ticarət mərkəzi (hündürmərtəbəli bina) tikiləcəyi xəbərini Azərbaycan mediası və sənətkarlarından böyük üzüntü ilə öyrəndik.

Son illərdə şəhərin yenidən qurulması adı ilə ölkəmizdə də bir çox teatr binası eyni taleyi yaşadı. Ankarada, Qızılayda yerləşən “Yeni Səhnə” teatrı, təəssüf ki, söküldü. İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzi hələ də bağlıdır. Yenə Ankaradakı dövlət teatrlarına aid AKÜN və ŞİNASİ teatrları milli və beynəlxalq etirazlar nəticəsində xilas edildi. Beynəlxalq Aktyorlar Federasiyası (FİA) üzvü və Türkiyə təmsilçisi TOBAV son illərdə bu cür sənət ocaqlarının yox edilməməsi üçün aparılan mübarizənin əsas müdafiəçisi olub.

Türk Mədəniyyəti üçün təməl daş hesab edilən və işlərini yaxından izlədiyimiz YUĞ Dövlət Teatrının binasının sökülməsinin həm tarixə, həm sənətə, həm də Bakı şəhərinin mədəni həyatına bərpa edilə bilməyəcək ziyan vuracağına görə narahatıq. Bu qərarınızı bir daha nəzərdən keçirərək həm Azərbaycan, həm bütün Türk dünyası, həm də modern sənət ictimaiyyəti üçün böyük itki sayılacaq bu hərəkəti etməməyinizi sizdən rica edirik.

Hörmətlə Tamer Ləvənt,

baş direktor.

TOBAV Dövlət Teatrı Opera və Balet İşçiləri Yardımlaşma Vəqfinin idarə heyəti”.

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər