Ən yaxşı Azərbaycan filmi bəlli oldu 46 NƏFƏRLİK SORĞU

Ən yaxşı Azərbaycan filmi bəlli oldu <span style="color:red;">46 NƏFƏRLİK SORĞU
10 aprel 2014
# 08:00

Kulis.Az ssenarist, rejissor, tənqidçi və aktyorlardan ibarət 46 nəfər arasında sorğu keçirib.

Sorğuda iştirak edənlərdən “Azərbaycanın ən yaxşı üç filmi”ni seçmək xahiş edilmişdi.

Sorğuda 48 Azərbaycan filminin adı çəkilib.

Nəticələrə görə “Ən yaxşı 3 Azərbaycan filmi” 19 səslə “O olmasın, bu olsun” (Rejissor Hüseyn Seyidzadə) filmi qalib gəlib.

İkinci yeri isə 14 səslə “Şərikli çörək” (Rejissor Şamil Mahmudbəyov) filmi tutub.

Üçüncü yerə isə 12 səslə isə “Axırıncı aşırım” (Rejissor Kamil Rüstəmbəyov) filmi layiq görünüb.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Bəxtiyar Xanızadə, Anar, Ayaz Salayev, Hüseyn Mehdiyev, Şəfiqə Məmmədova və Vaqif Mustafayev sorğuda iştirakdan imtina etdilər.

Sorğunun nəticələrini təqdim edirik.

1. “O olmasın, bu olsun” 19

2. “Şərikli çörək” 14

3. “Axırıncı aşırım” 12

4. “Arşın mal alan” (birinci) 11

5. “Bizim Cəbiş müəllim” 8

6. “Gün keçdi” 4

7. “Yaramaz” 4

8. “Nəsimi” 4

9. “Yeddi oğul istərəm” 4

10. “Ögey ana” 4

11. “Arşın mal alan” (ikinci) 3

12 “Kəndlilər” 3

13. “Bir cənub şəhərində” 3

14. “Ölsəm bağışla” 2

15. “İstintaq” 2

16. “Uşaqlığın son gecəsi” 2

17. “Ad günü” 2

18. “Tütək səsi” 2

19. “Babək” 2

20. “Bəyin oğurlanması” 2

21. “Dəli Kür” 2

22. “Arxadan vurulan zərbə” 2

23. “Dədə Qorqud” 1

24. “Bir qalanın sirri” 1

25. “Bağ mövsümü” 1

26. “Arazın o tayında” 1

27. “Ərazi” 1

28. “Mattoe Falkone” 1

29. “Bakılılar” 1

30. “Əzizim Fellini” 1

31. “Lətif” 1

32. “Bağlı qapı arxasında” 1

33. “Bəxtiyar” 1

34. “Sən niyə susursan” 1

35. “Kişi sözü” 1

36. “Yarasa” 1

37. “Fəryad” 1

38. “Vahimə” 1

39. “Bəxt üzüyü” 1

40. “Dağlarda döyüş” 1

41. “Əhməd haradadır?” 1

42. “Yoxlama” 1

43.“Fransız” 1

44. “Bizi bağışlayın” 1

45. “Çölçü” 1

46. “Paradoks” 1

47. “Dolu” 1

48. “Aktrisa” 1

49. “Uzaq sahillərdə” 1

Üç ən yaxşı Azərbaycan filmi hansıdır? SORĞU

# 6926 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər