Napoleonun bacısının sevgilisi olmuş, mason himnini yazan məşhur bəstəkar

Napoleonun bacısının sevgilisi olmuş, mason himnini yazan məşhur bəstəkar
26 dekabr 2013
# 15:10

Kulis.Az məşhur bəstəkar Nikkolo Paqaninin həyatından maraqlı faktları təqdim edir.

1. Bəstəkar çoxuşaqlı ailədə anadan olub. O, altı uşaqdan üçüncüsü idi. Onun atası əvvəllər yükdaşıyan işləyib, daha sonra isə limanda piştaxtaya sahib olub. Ancaq Genuya əhalisinin siyahıya alınması zamanı Napoleonun əmri ilə onun atası mandolinçi kimi qeyd olunub.

2. Beş yaşından atası ona mandolin çalmağı öyrədib. Altı yaşından isə skripkada ifa eləməyə başlayır. Paqaninin araşdırmaçılarına inansaq musiqiçi sonralar xatırlayırmış ki, o skripkada tapşırıqları yerinə yetirə bilməyəndə atası cəzalandırırmış. Bu da sonralar skripkaçının sağlamlığına təsirsiz ötüşmür.

3. İlk konsertini 13 yaşı olanda 31 iyul 1795-ci ildə Sant-Aqostino teatrında verib. Bu konsertdən yığılan vəsait hesabına Parmaya məşhur skripkaçı, pedaqoq Alessandro Rollun yanına təhsil almağa göndərilib.

4. Alessandro Rollun xəstə olduğu üçün ata ilə oğulu qəbul etməkdən imtina edir. Lakin onun otağının yanındakı otaqda bir gün əvvəl bəstələnmiş bəstənin notları ilə birlikdə skripka da varmış. Nikollo aləti götürür bu musiqini ifa edir. Paqanininin ifasını eşidib heyrətlənən pedaqoq qonaqların qarşısına çıxaraq deyir ki, o uşağa daha heç nə öyrədə bilməz, o hər şeyi bilir.

5. Nikkolo öz ustalığını artırmaq üçün hər gün əldən düşənə qədər məşq edir, hər dəfə özünə yeni məşğələlər tapır.

6. İlk və deyəsən ən güclü sevgisini isə o məşhur bir xanımla yaşayır. Həmin qadının adını gizli saxlayırmış. Xanımın Toskanadakı mülkündə üç il birlikdə yaşayırlar. Bu illərdə o özü üçün gitaranı kəşf edir, gitara və skripka üçün 12 bəstə yazır. Bundan başqa o kart oyunlarına da maraq göstərir.

7. Nikkolo Paqanininin dediyinə görə Napoleonun böyük bacısı Eliza Bonapart ilə də münasibəti var imiş. Musiqiçi onun şəxsi qvardiyasında kapitan rütbəsində imiş. “Saray virtouzu” tituluna sahib olan bəstəçi konsetlər verir, tamaşalara rəhbərlik edirmiş.

8. Maestro skripkanın bir, hətta bir neçə simi çatışmayanda belə ifa eləməyi bacarırmış. Misal üçün, konsert zamanı simlər qırılanda o dayanmır, ifasına davam edirmiş. İmperatorun doğum gününə bəstələdiyi “Napoleon” sonatasını bir sim (sol) üçün yazmışdı.

9. Musiqiçi aktiv surətdə Avropaya qastrol səfərlərinə çıxaraq konsertlər verirdi. Onun konsertləri olduqca populyar idi. 1840-cı ildə ölümündən sonra onun bir neçə milyon frank dəyərində sərvəti qalmışdı.

10. Nikkolo Paqanini mason idi. O mason himnini yazaraq İtaliyanın Böyük Şərqi lojasında ifa etmişdi. Təşkilatın sənədləri də onun mason olduğunu təsdiq edir.

11. Virtouz öz sevimli skripkasını doğma şəhəri Genuyaya vəsiyyət etmişdi. Moestro ölümündən sonra heç kəsin onda ifa etməsini istəmirmiş. Sonralar skripka “Paqaninin dul aləti” adını alır.

# 2715 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #