Yüz milyon dollarlıq tablolar dövrü bitir - ARAŞDIRMA

Yüz milyon dollarlıq tablolar dövrü bitir -  ARAŞDIRMA
6 yanvar 2016
# 12:48

2015-ci il təkcə siyasət sahəsində deyil, sənət sahəsində də hər mənada inkişafla yadda qaldı. Milyonçuların sənət əsərləri üçün xeyli miqdarda pul-para xərclədiyi 2015-ci ildə auksion salonları yeni rekordların şahidi oldu.

May ayında Pablo Pikassonun “Əlcəzairli qadınlar” tablosu 179 milyon dollara satılaraq bütün auksiyonlarda satılan ən bahalı sənət əsəri oldu.

Noyabr ayında çinli kolleksioner Madilyaninin “Qırmızı Nü” əsərini 170 milyon 400 min dollara satın alaraq ilin ikinci bahalı əsərini qazandı.

Ötən il Nyu Yorkda düzənlənən auksionlarda cəmi 9 gün ərzində 2,3 milyard dollar xərcləndi.

Xatırladaq ki, dünyanın sənət bazarı bir-biriylə uzaqdan əlaqəsi olan və bir-birinə fərqli davranışlar sərgiləyən balaca bazarlardan ibarətdir. İllər sonra bütün bu balaca bazarlarda ilk dəfə ortaq vəziyyət müşahidə olunur: zəifləmə.

Misal üçün, Londondndakı 4 auksiyonda 2007-dən bəri ən böhranlı il 2015-ci il olub. Eyni zamanda ötən ilin dekabrına doğru Rusiyada da durğunluq müşahidə olundu. Dekabr ayında ümumiyyətlə ən məşhur rəssamların əsərlərinin satıldığı bütün auksionlarda düşmə davam etdi.

Şişirilmiş qiymətlər

Noyabr ayında çoxu çağdaş, empresionist və modern sənət əsərlərindən ibarət olan auksionlarda satışın aşağı düşən tempi əvvəlcədən edilən ən pis təxminləri belə ötüb keçdi. Alıcılar qiymətlərdən şikayətlənməyə başladılar.

“Levin Art Group”un baş sənət məsləhətçisi Todd Levin “Düşünürəm ki, 2015-ci ilin ilk yarısında edə biləcəklərimizin ən yaxşısını etdik” – deyərək, 2016-cı ildə daha böyük bir böhran yaşayacaqlarını təxmin etdiyini də gizlətmədi.

Böhranın bir başqa səbəbi də fərqli bazarlardan gələn alıcıların auksionları tərk etməsi oldu.

Mütəxəssislərin fikrincə, 2014-cü ildə xəyal edilməyəcək qədər yüksək qiymətə satılan əsərlərin qiyməti 2015-ci ilin sonuna doğru xeyli düşmüşdü. Sənət məsləhətçisi Liza Skiff bu tənəzzülü normal hesab etdiyini bildirərək, qeyd edib ki, bəzi gənc rəssamların əsərlərinə qoyulan şişirdilmiş qiymətlər haqlı olaraq alıcıları qaçırmışdır.

Günah kimdədir?

2015-ci il eyni zamanda auksion evlərinin şirnikləşdirici metodlardan istifadə edərək ən çox tədbirlər keçirdiyi illərdən oldu. Christies, Sothebys ve Philips kimi dünyaca məşhur auksion evlərinin arasındakı rəqabət də güclü idi. Ancaq nəticə əvvəlki illər kimi olmadı. Noyabr ayında Sothebys könüllü işdən çıxarmalara başlayaraq işçi heyətini kiçiltməyə məcbur oldu.

Sənət yarmarkaları

Əlbəttə auksion sənət bazarındakı hərəkətin yalnız bir ayağıdır. Başqa sahələrdə da vəziyyət oxşardır. Bəzi qalereyalar ötən illərlə müqayisədə satışlarında yavaşlama müşahidə etdiklərini bildirib. Son illər sənət yarmarkalarındakı artım da alıcı ve kolleksionerləri yordu elə bil. Los Ancelesdə yaşayan kolleksioner Mixail Lari böhranın səbəblərindən danışaraq deyir: “Yarmarkalar alıcıları tələsdirir. Bu, nə sənətçilər, nə də kolleksionerler üçün yaxşıdır. Satın almaq üçün yalnız bir neçə saatımız olduğu üçün tələsik alıb peşman olduğumuz əsrlərlə baş-başa qalırıq”.

Sənət təəssübkeşi Kristofe Van de Vegheye görə isə bazar bu gün daha seçicidir. “İnsanlar qiymət, keyfiyyət və janr mənasında bir neçə il öncədən daha seçici davranırlar” - deyir.

Bazarda Asiya təsiri

Asya iqtisadiyyatındakı böhran sənət bazarını yaxından təsirləndirir. 2015-ci ildə Van Qoqun 1888 tarixli “Lallee Des Alyscamps”ını 66,3 milyon dollara satın alan asiyalıların yeni dönəmdə bu cür əsərlərə olan ilgisi azaldı. Ünlü kolleksioner Liu Yiqianın noyabr ayında bir Monet tablosunu bəyəndiyi, lakin almadığı bildirilir.

“Tate Youg Patrons”un başqanı, eyni zamanda kolleksioner Alia Al-Senussi bu dəyişikliklərin ciddi böhrandan xəbər verdiyini söyləyir: “Buna bir keçid dövrü demək də məntiqli olar. Çox öyülən və çox bahalı işlər artıq alıcı tapmır, keyfiyyətli olansa daim satılır”.

“Cheim & Read Galeri” ve “Amerikan Sanat Simsarları Dərnəyi”nin yeni başqanı Adam Şeffersə deyir: “Bizə görə sənət bazarının sürəti daha sağlam və rahat hal alıb”.

Vegheyə görə isə, ümumi böhrana rəğmən əlinizdə doğru qiymətləndirilmiş keyfiyyətli əsərlər varsa, 2016-cı ildə də olduqca yaxşı işlər görmək mümkündür.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
Cüzeppe Verdi  hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı  kimi tanınıb?

Cüzeppe Verdi hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı kimi tanınıb?

15:38 10 oktyabr 2025
Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

10:25 10 oktyabr 2025
Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi

Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi

10:00 10 oktyabr 2025
Bu gün Nobel mükafatına layiq görülən  Laszlo Krasznahorkai kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər