“Savadlı Cəmiyyət”də peşə təhsili

“Savadlı Cəmiyyət”də peşə təhsili
28 noyabr 2012
# 11:15

Avropa Təhsil Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi 27 noyabr 2012-ci il tarixində Azərbaycanda həyata keçirilən peşə təhsili islahatının nəticələrinə dair, o cümlədən respublikada həyata keçirilən sosial-iqtisadi siyasət kontekstində təhsilin inkişafı vəziyyətinə dair “Peşə təhsili və təlimində islahatlar – hazırlıq mərhələsi” adlı seminar təşkil etmişdi. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə bərabər, beynəlxalq təşkilatların, yerli QHT-lərin, həmçinin işəgötürən təşkilatların nümayəndələri, sosial tərəfdaşlar da təmsil olunurdular.

Görüş zamanı çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili şöbəsinin müdiri Namiq Məmmədov respublikada texniki təhsil sahəsində həyata keçirilən islahatlar barədə danışıb, “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə” Dövlət Proqramı çərçivəsində icra edilən fəaliyyətlərdən və əldə edilən nəticələr barədə məlumat verib.

Avropa Təhsil Fondunun eksperti Arien Dey “Turin Prosesi” çərçivəsində Azərbaycan və digər ölkələrdə peşə təhsili sahəsində həyata keçirilən islahatların müqayisəli təhlilinə toxunmuş və respublikamızda bu sahənin inkişaf etdirilməsinə təsir göstərəcək fəaliyyətlərin vacibliyini vurğulayıb.

Avropa Təhsil Fondunun Peşə Təhsili və Təlimi Sistemi üzrə baş məsləhətçisi Manfred Vallenborn “Turin Prosesi”nin əhəmiyyəti və mahiyyəti barədə məlumat verib.

Seminarın yekununda Avropa Təhsil Fondunun nümayəndələri və yerli mütəxəssislərin gəldiyi qənaətə əsasən peşə təhsili və təlimi sahəsində islahatın gücləndirilməsi məqsədi ilə işəgötürənlər və təhsil müəssisələri arasında daha güclü əlaqələrin yaradılması, sosial əməkdaşlığın inkişaf etdirilməsi üzrə strategiyanın hazırlanmasına, biznes müəssisələri ilə təhsil sistemi arasında əlaqələri tənzimləmək üçün dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və biznes müəssisələrinin təmsilçilərindən ibarət əlaqələndirmə şurasının yaradılmasına, işçi qüvvəsinin əmək bazarının tələbatlarına uyğun olaraq ixtisasının artırılması və onun peşəkarlığını yüksəltmək üçün ixtisaslaşdırılmış institutların qurulmasına və inkişafına dəstək göstərilməsinə, işəgötürənlərin təlim prosesində iştirakını fəallaşdırmağa yönəlmiş hüquqi bazanın yaradılmasına, ixtisasların akkreditasiyasına və sertifikatlaşdırılması üçün Milli İxtisas Çərçivəsinin hazırlanmasına və s. müvafiq fəaliyyətlərin həyata keçirilməsini zəruri hesab etdilər.

Qeyd etmək lazımdır ki, 2010-cu ildə Avropa Birliyi və tərəfdaş ölkələrin iştirakı ilə Peşə Təhsili və Təlimi sahəsində üzv və tərəfdaş ölkələrdə həyata keçirilən islahatlara dəstək olmaq, həmçinin işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq modelinin inkişaf etdirilməsi məqsəd ilə Avropa Təhsil Fondu tərəfindən “Turin Prosesi” adlı sənəd qəbul edib. “Turin Prosesi”nin əsas məqsədi peşə təhsili və təlimi sahəsində son 2 ildə həyata keçirilən islahat nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq, nailiyyətlər və çatışmazlıqları müəyyənləşdirmək və ümumi inkişaf strategiyasının formalaşmasına yardım göstərməkdir.

# 1406 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər