Rejissorun Mirzə Cəlil sözlərinə SƏRT REAKSİYALAR  

Rejissorun Mirzə Cəlil sözlərinə SƏRT REAKSİYALAR  
7 may 2014
# 13:56

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kulis. Az-a müsahibəsində Mirzə Cəlillə bağlı mübahisəli fikirlər səsləndirib: “Mən Mirzə Cəlili tamaşaya qoya bilmərəm. "Aydın”ı, “Oqtay Eloğlu”nu hazırlaya bilərəm. Amma Mirzə Cəlili yox. Çünki Mirzə Cəlilin qəhrəmanlarının çoxu yer adamları deyil. Bu əsərlərin səhnə həllini tapmaq olduqca çətindi. Onun pyes qəhrəmanları real deyil. Sanki göydən pyesin içinə düşür, sonra harasa yoxa çıxırlar.

…Mehdi Məmmədovla ünsiyyətim var idi. Münasibətimiz müəllim-tələbə ünsiyyətindən də bir az artıqdı. Bir dəfə ondan soruşdum ki, niyə Mirzə Cəlildən “Ölülər”i hazırlamır. Dedi ki, “Mən Şeyx Nəsrullahın kim olduğunu anlamamışam. Oradakı ən kiçik personajların-Birinci Xəstənin, İkinci Xəstənin də hərəkət xəttini tapdım, amma Şeyx Nəsrullahın kimliyi mənə məlum deyil”.

Kulis.az tanınmışlardan Bəhram Osmanovun dediklərinə münasibət öyrənib.

Əli Əmirli (dramaturq)

“Onun “Mirzə Cəlilin qəhrəmanları real deyil, pyeslərin səhnə həlli çətindir” fikrini anlamaq mənim üçün çətin oldu. Amma bu rejissorun öz baxışıdır. Ola bİlər Mirzə Cəlilin pyesləri onun rejissor qayəsinə, dəst-xəttinə uyğun deyil. Şəxsən mən elə hesab etmirəm. Məncə, xüsusilə “Ölülər” realist bir əsərdir və realist, sarkastik yanaşma var. Mən hətta əsərdə o dövrün Azərbaycanının həyatını, relyefini görə bilirəm. O müsahibədə hətta belə bir fikir var ki, Mehdi Məmmədov “Ölülər”i hazırlamaq istəməyib, çünki Şeyx Nəsrullahın kim olduğunu anlaya bilməyib. Amma Mehdi Məmmədov “Dəli yığıncağı” kimi şərtiliklərlə dolu bir əsəri tamaşaya hazırladı. Əlbəttə gərək rejissor əsəri sevsin, anlasın, səhnə həllini görə bilsin. Bəhram Osmanovun fikirləri çox fərdi, spesifikdir. Bu olan şeydi, görünür dramaturqun personajları, pyesin strukturu, konflikti rejissoru təmin etmir.

Vaxtilə Azərpaşa Nemət Gənc Tamaşaçılar Teatrında “Danabaş kəndinin məktəbi”ni tamaşaya hazırlamışdı və o tamaşa böyük şöhrət tapmışdı. İndi “Anamın kitabı”nı Firudin Məhərrəmli hazırlayıb, mən aktyorların oyununa görə məmnuniyyətlə bir də baxardım o tamaşaya. Tamaşanın müəyyən emosional təsir gücü də var. O əsərin ictimai – sosial aktuallığı hələ də qalıb. Mənə elə gəlir ki, “Ölülər”ə tam fərqli bir rejissor yanaşması lazımdır. Hər şey rejissor yozumundan asılıdı. Hətta hadisələri də indiki zamana köçürmək olar. “Ölülər”də dramaturji bir tapmaca var- hamı gözləyir ki, bu “maşennik” gəlib ölüləri necə dirildəcək? Bu pyesi “Müfəttiş”ə oxşatsalar da, “Ölülər” çox milli bir yanaşmadır. Bu gün üçün “Ölülər” çox aktualdıır. Amma əsas məsələ bədii aktuallıqdadır”.

Seymur Baycan (yazıçı)

“Şeyx Nəsrullahın kim olduğunu bilmək ücün Asif Əfəndiyevin “Şeyx Nəsrullah əsarəti” essesini oxumaq lazımdı. Orda Şeyx Nəsrullahın kim olduğu gözəl izah olunub. Məncə onlar Mirzə Cəlildən qorxurlar. Bizim heç vaxt bugünkü qədər Mirzə Cəlilə ehtiyacımız olmayıb. Öz qorxaqlılaqlarına bəraət qazandırmaq ücün Mirzə Cəlilə şər atmasınlar”.

Aydın Talıbzadə (teatrşünas):

“Bəhram Osmanovun öz fikri öz anlayışı var mən ona müdaxilə edə bilmərəm. Yalnız bunu deyə bilərəm: Cəlil Məmmədquluzadənin “Ölülər və “Dəli yığıncağı” pyesləri absurd dramaturgiyanın ən gözəl nümunələri sayıla bilər. Təbii ki, səhnə həlli də var. Ən gözəl nümunə kimi Mehdi Məmmədovun “Dəli yığıncağı” və Tofiq Kazımovun “Ölülər”ini göstərmək olar. Bunlar Azərbaycan teatr mədəniyyətinin şedevrləridir. Klassika həmişə aktualdır. Hər yerdə kifayət qədər diri ölülər var- bu da sənə Mirzə Cəlilin aktuallığı. Tovstonoqovun gözəl bir sözü var. Deyir ki, mən müasirlik görmürəm, amma başqa rejissor görürsə, bu, onun öz işidir. Bu seçim kifayət qədər individualdır. Amma Bəhram Osmanov kifayət qədər özgür adamdır və onun da fikrinə hörmətlə yanaşmaq lazımdır”

# 4485 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər